147
4.5. Diamaqnetiklər, paramaqnetiklər və ferromaqnetiklər
Diamaqnetiklərdə
maqnit həssaslığı mənfidir və
xarici
maqnit sahəsinin gərginliyindən asılı deyildir. Diamaqnetiklərə
inert qazlar, hidrogen, azot, bir çox mayelər, bir sıra materiallar
- mis, gümüş, qızıl, sink, civə əksər yarımkeçiricilər - silisium,
germanium və s. aiddir. Diamaqnetiklərin maqnit həssaslığının
ədədi qiyməti 10
-6
-10
-7
təşkil edir. Diamaqnetiklərin
maqnit
həssaslığı temperaturdan çox zəif asılıdır. Diamaqnetiklər
sahənin istiqamətinin əksinə maqnitləşdiyindən onlar üçün μ<1
bərabərsizlik şərti ödənilir. Maqnit nüfuzluğu vahiddən çox az
fərqlənir.
Paramaqnetiklərə
maqnit həssaslığı müsbət olan və
xarici maqnit sahəsinin gərginliyindən asılı olmayan maddələr
aiddir. Otaq temperaturunda paramaqnetiklərdə KM=10
-3
–10
-6
təşkil edir. Odur ki, bunların maqnit nüfuzluğu vahiddən çox
az fərqlənir. Onlarda maqnit momentləri nizamsız yerləşir.
Paramaqnitizm qələvi metallarda (Na, K və s.) və keçid
metallarında (T, Cr, Mn və s.) müşahidə olunur. Paramaqnit
effekti fiziki kəmiyyətcə dielektrikdə baş verən
dipol-
relaksasiya polyarlaşmasına anolojidir. Paramaqnetiklərə
oksigen, azot-oksidi, qələviləşdirilmiş metallar, dəmir, karbolit,
nikel duzları aiddir. Xarici maqnit sahəsi olmayanda
paramaqnitlərin atomları artıq özlərinin elektronlarının arxa
maqnit momenti ilə kompensasiya oluna bilməyən xüsusi
maqnit momentinə malik olur.
Ferromaqnetiklərdə
maqnit həssaslığının qiyməti çox
böyükdür (10
-6
ya qədər) maqnit sahəsinin gərginliyindən və
temperaturdan kəskin asılıdır. Ferromaqnetiklərin
xarakterik
148
xüsusiyyəti nisbətən zəif maqnit sahəsində doyma halına qədər
maqnitlənməsidir.
1>