161
Füllerenlər
– karbon atomunun allotropik forması olub,
karbon atomu
ilə meydana gəlmiş bir
molekuldur
. Fullerenlər
kürə, silindir və ya qəfəs şəkillərində olur,
maqnit, yüksək
keçirici xassəyə malikdir.
İlk dəfə fullerenləri qrafitin
kondensləşmiş buxarından bərk qrafit nümünələrinin
lazer
şualanmasından almışlar.
Şəkil.5.6.
Füllenerlərin görünüşü
Fullerenlər qeyri-düz optiki xassəyə malikdirlər.
Karbon atomunun C
60
və C
70
molekulları ilk dəfə altı və
beştərəfli geodezik qübbəni inşa edən amerikalı mühəndis və
memarı Richard Bakminster Fullerenin (1895-1983) şərəfinə
fullerenlər adlandırılmışdır. 1996-cı ildə N.V. Kroto, R. F. Kerl
və R. E. Smolli fullerenlərin gələcək tədqiqatları üçün
Nobel
mükafatına layiq görülmüşlər. Fullerenlərin bir çox növü var
və hal-hazırda C
60
, C
70
, C
80
, C
240
, C
540
və s. kimi adlanır.
(indeks karbon atomlarının sayını göstərir). Ən çox tanınan
fülleren C
60
-dır.
C
60
füllereni öz termodinamik sabitliyini 1700
K-ə qədər saxlaya bilir. Yüksək temperaturlarda o,
asta-asta
parçalanır.
Füllerenlər asanlıqla metallarla,
ftorla reaksiyaya
girərək, çoxlu törəmə birləşmələri yaradırlar. Fullerenlər
texniki yarımkeçirici materiallar kimi, akkumlyator və elektriki
162
batareyalarda, farmakologiyaada, yanğınaqarşı istifadə olunan,
rənglərdə, günəş elementlərinin hazırlanmasında istifadə edilir.
Nanoborular -
karbon nanoboruları, diametri 1:n.10
(n=1,2,....9)
nanometr, uzunluğu isə bir neçə mikrona qədər
olan, bir və ya iç-içə bir neçə qrafit laylarının bükülməsindən
yaranan silindrik quruluşlara deyilir. Karbon nanoboruları
özündə həm nanoklasterlərə xas, həm də həcmli bərk cisimlərə
xas xassələri birləşdirdiyi üçün, onlarda füllerenlərdən fərqli
yeni xassələr biruzə olunur. Məhz onların bu xassələrindən
gələcəkdə
yeni
nanomaterialların
və
nanoqurğuların
yaradılmasında istifadə edilməsi nəzərdə tutulur və çox
prespektivli hesab olunur.
Sintezdən asılı olaraq birlaylı, ikilaylı və s. borular almaq
mümkündür. Karbon nanoboruları (KNB) kovalent rabitəyə
malik karbon atomlarından ibarət, özü təşkil olunmuş, boru
şəkilli nanoquruluşlardır. Onlar əsasən iki formada -