Həcmi və kristal nanoquruluşlu materiallar




Download 4,11 Mb.
Pdf ko'rish
bet89/100
Sana03.06.2024
Hajmi4,11 Mb.
#259676
1   ...   85   86   87   88   89   90   91   92   ...   100
Bog'liq
Elektrotexnikimateriallar-drsvsaiti20201

5.3. Həcmi və kristal nanoquruluşlu materiallar 
 
Həcmi nanoquruluşlu materiallar
nanoölçülü quruluşa 
malik bərk cisimlərə deyilir. Həcmi nanoquruluşları əmələ 


157 
gətirən quruluş elementleri nizamsızlıqla yanaşı, həm də heç 
bir simmetriyaya malik deyil. Belə materiallar kompakt, sürətli 
bərkimə, qazla atomlaşdırma və qalvanik üsullarla alınır. 
Kompakt üsulu ilə 
Cu - Fe
nanoquruluşlu ərinti almaq 
üçün, əvvəlcə tərkibi 
Fe
85
Cu
15
-
dən ibarət olan mis va dəmir 
tozu qarışığı 15 saat ərzində otaq temperaturunda kürə 
dəyirmanında qarışdırılır. Sonra alınmış material əvvəlcə 
volfram karbid ştampında 24 saat ərzində 10

Pa
təzyiqdə, otaq 
temperaturunda, bundan sonra isa 400
0


də 30 dəqiqə ərzində 
870 
MPa
təzyiq altında sıxılır. Alınan materialın sıxlığı ilkin 
məsaməsiz materialın sıxlığının 99,2%-ni təşkil edir. Onu 
təşkil edən zərrəciklərin ölçüsü 20-70 
nm
arasında dəyişsə də, 
əksəriyyətinin ölçüsü 40 
nm
ətrafında olur. Bu yolla alınmış 
həcmi nanoquruluşlu materialın dağılması 2,8.10
9
Pa
mexaniki 
gərginliyə uyğun gəlir ki, bu da zərrəciklərinin ölçüsü 50-100 
mikron olan dəmirinkindən 5 dəfə boyükdür. Nanokristal 
metalların və ərintilərin əldə edilməsi onların tətbiq sahələrinin 
genişlənməsinə imkan yaradır. 
Nanoquruluşlu materialların alınması üçün tətbiq edilən 
sürətlə bərkimə üsulunun mahiyyəti isə aşağıdakı kimidir. 
Metal yüksək tezlikli qızdırıcı vasitəsilə xüsusi körükdə 
əridilərək müəyyən istiqamatdə ətrafa püskürdülür və bu ərinti 
seli daxildə soyudulan, inert qaz atmosferində fırlanan 
diyircəyin üzərinə buraxılır. Bu proses nəticəsində qalınlığı l0 
və 100 
mkm
olan zolaq və ya lent formalarında material alınır. 
Alınmış həmin bu materialın quruluşu körüyün ölçüsündən, 
forsunkadan diyircəyə qədər olan məsafənin qiymətindən, 
körükdəki ərintinin təzyiqindən və metal diyircəyin fırlanma 
sürətindən asılıdır. Bu üsulla tərkibi 85-94% alüminiumdan və 
Y,Ni,Fe
əlavələrindən ibarət ərinti əldə edilir.


158 
Nanoquruluşlu materialları qalvanik üsulla almaq üçün 
CuSO
4
- göy daş məhluluna iki elektrod daxil edərək, həmin 
elektrodlara gərginlik verilir. Bu zaman mənfi yüklü titan el-
ektrodu üzərində nanoquruluşlu mis qatı əmələ gəlir. Bu üsul 
ilə qalınlığı 2 
mm
olan mis lövhə alına bilir və həmin lövhədəki 
mis nanozərrəciklərinin ölçüsü 27 
nm
tərtibində olur. 

Download 4,11 Mb.
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Download 4,11 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



 Həcmi və kristal nanoquruluşlu materiallar

Download 4,11 Mb.
Pdf ko'rish