172
Bu mayelər ferromaqnit mayelər adlandırılsalar da, xarici
maqnit sahəsi olmadıqda ferromaqnit xassələrini biruzə
vermirlər. Əslində ferromaqnit paramaqnetiklərdir və onları
yüksək
maqnit
hərisliyinə
görə
çox
vaxt
“superparamaqnetiklər” adlandırırlar. Ümumiyyətlə, tam
mənasında əsil ferromaqnit yaratmaq çox çətindir.
Hal-hazırda maqnit mayelərdən texnikada geniş şəkildə
istifadə olunur. Belə ki, onlar vasitəsilə mexaniki enerji elektrik
enerjisinə çevrilir. Əgər tərkibində maqnit maye olan ampulanı
kondensatorla
birləşmiş
induksiya
çarxının
daxilinə
yerləşdirsək, onda ampulanın hər sikrələnməsində maye yerini
dəyişəcək, onun zərrəcikləri isə maqnit sahəsi istiqamətində
yönələcək. Bu zaman ayrılan enerji radioqəbuledici, cib saatları
və s. mexanizmlərin işləməsini təmin etməyə qadirdi. Maqnit
mayelərinin bu xassələrindən gələcəkdə yağış damcılarının
enerjisini
elektrik
cərəyanına
çevirən
qurğuların
hazırlanmasında istifadə edilməsi nəzərdə tutulur. Bundan
başqa, torpaqda qazılmış xüsusi kanalları maqnit mayesi ilə
doldursaq, onda onun zərrəcikləri Yerin maqnit sahəsi boyunca
yönələrək, bu enerjini çarxa ötürəcəklər. Beləliklə, Yerin maqnit
sahəsi elektrik sahəsinə çevriləcək. Artıq bu tip sistemlərdən bir
çox ölkələrdə şəhərətrafı evlərin elektrik enerjisi ilə təmin
edilməsində
istifadə
olunur.
Nanotexnologiyanın intensiv inkişafı ilə əlaqədar olaraq son za
manlar maqnit materiallara maraq daha da artmışdır.