166
Nanoalmaz
karbon atomunun bütün nanoformaları
arasında təbii hala daha yaxın quruluş hesab edilir. Bu
quruluşun yaranmasında karbonun bütün elektronları iştirak
edir və ona görə də dielektrik sayılır, yəni, o elektrik cərəyanını
keçirmir.
Nanoalmaz
nanotexnologiyalar haqqında məlumat
olmayan vaxtlar ilk dəfə sovet ittifaqında yaranmışdır.
Şəkil 5.8.
Təbbi və kubşəkilli nanoalmazın görünüşü
Nanoalmaz adi almazdan yalnız ölçülərinə görə deyil,
həm də karbon atomlarının əksəriyyətinin səthdə yerləşməsi ilə
fərqlənir. Elə bu səbəbdən də, nanoalmazın xassələri, adi
almazın xassələri ilə müqayisədə bir sıra üstünlüyə malikdir.
Adi almaz möhkəm kristallik quruluşa malikdir. Nanoalmazın
ölçüləri
2÷4 nm tərtibindədir. Nanoalmazın
reaksiya
qabiliyyəti yüksəkdir, çünki onun yaratdığı rabitələrin
əksəriyyəti səthdə olur. Məsələn, həcmli almaz qrafitə 1800
0
S
temperaturda keçirsə, nanoalmaz -1000
0
S-də, adi almaz havada
900
0
S-də oksidləşirsə, nanoalmaz -450
0
S-də və s.
Nanokompozit materiallar
adi kompozit materiallardan
yalnız ölçülərin nano diapozonda yerləşməsi ilə deyil, həm də
bir-birinə birləşən müxtəlif hissələr arasındakı məsafənin
(fazaların) 10-larca nm-dən çox olmamaları ilə fərqlənir.
167
Nanokompozitin həcmini təşkil edən əsas materialların
növündən asılı olaraq onu üç kateqoriyaya ayırırlar;
►keramik əsaslı nanokompozitlər;
►metallik əsaslı nanokompozitlər;
►polimer əsaslı nanokompozitlər.
a)
b) c)