• Maqnit lentlər
  • Fləş yaddaş (flash memory




    Download 0.8 Mb.
    bet4/4
    Sana01.04.2022
    Hajmi0.8 Mb.
    #19211
    1   2   3   4
    Bog'liq
    Xarici yaddaş qurğulafı (Sərbəst iş)

    Fləş yaddaş (flash memory
    Kompyuterlərdə və rəqəmsal qurğularda informasiya mübadiləsinin sürəti və verilənlərin saxlanılmasının böyük tutumu yaddaşın ən vacib xarakteristikalarıdır.

    Fləş-yaddaş (USB Flash Drive) kompyuterin sərt disklərindən, disketlərdən, optik disklərdən prinsipial fərqlənir.
    Sadalanan yaddaş qurğuların bir-neçə çatışmayan nöqsanı var. Bu ya zəif yazma/oxuma sürəti, ya da yaddaşın az tutumudur. Fləş-yaddaşdan oxunma və yazma sürəti əməli yaddaşla müqayisə oluna bilər, lakin əməli yaddaşdan fərqli olaraq o, kompyuterin sönülü vəziyyətində də məlumatları özündə saxlaya bilir.
    Fləş-yaddaşın əsas parametrləri aşağıdakilardır:
    yaddaşın tutumu (bir-neçə qiqabaytlarla ölçülür);
    Verilənlərin oxuma sürəti. Bütün fləş-qurğular kompyuterə və ya digər rəqəmsal qurğulara USB port vasitəsi ilə birləşdirilir. Adətən, yazma sürəti 10 meqabayt/san, oxuma surəti isə 15 meqabayt/san təşkil edir.
    Fləş-yaddaşın yeni bir növü U3-dür. Bu cür qurğular kompyuter tərəfindən 2 disk kimi tanınır. Birində verilənlər saxlanılır, digər diskdən isə proqram təminatını yükləmək olar, məsələn əməliyyat sistemini. U3 qurğunun üstünlüyü ondan ibarətdir ki, istənilən kompyuterdə bu qurğu vasitəsilə işləmək olar, və bu işdən sonra həmin kompyuterdə sizin işiniz haqqında heç bir əsər-əlamət qalmayacaq.
    Fləş-yaddaş elektrik silinən və proqramlaşdırılan daimi yaddaş qurğusunun bir növüdür. Bu yaddaş elə təşkil olunub ki, hətta bir baytın yazılması üçün oxuma-silmə- yazma siklini həyata keçirmək lazım gəlir. Fləş-yaddaşın çatışmamazlığı ondan ibarətdir ki, yaddaş səhifələrin yenidən yazma sikllərin sayı təxminən 10000-dir. Yeni modellərdə bu rəqəmi bir milliona çatdırıblar.
    Fləş-yaddaş qurğuların əksəriyyəti NAND ventillər əsasında təşkil olunur.
    Maqnit lentlər
    Strimer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimerin kassetləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir.

    Strimer (ingiliscə -tape, streamer) böyük həcmdə informasiyanın ehtiyat köçürülməsi üçün qurğudur. Daşıyıcı kimi burada 1¸2 Qbayt və daha çox tutumlu maqnit lentli kasetlər istifadə olunur.
    Strimerlər maqnit lentli kiçik kasetə çox böyük miqdarda informasiya yazmağa imkan verir. Strimerin daxilində qurulmuş aparatla sıxma vasitələri yazılmadan əvvəl informasiyanı avtomatik sıxlaşdırmağa və oxunmadan sonra bərpa etməyə imkan verirlər ki, bu da saxlanılan informasiyanın həcmini artırır.

    Müasir strimerlərdə lent seqmentlərə bölünür. Seqmentlər nömrələnir. Seqmentlər bir-birinə paralel olan treklərdən ibarətdir. Hər bir trekə müraciət etmək mümkündür.
    Strimerlərin çatışmazlığı onların informasiyanı nisbətən aşağı yazma, axtarma və oxuma sürətidir. Böyük tutumluq, etibarlılıq və iqtisadi səmərəlilik bu qurğunun istifadəsini çox faydalı edir.
    Download 0.8 Mb.
    1   2   3   4




    Download 0.8 Mb.