Martın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetində 8 Mart−Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir




Download 43.33 Kb.
bet4/8
Sana07.04.2017
Hajmi43.33 Kb.
#3604
1   2   3   4   5   6   7   8
Martın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetində 8 Mart−Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

Qadınlar cəmiyyətin fəal qurucularıdır
         Mərasimi giriş sözü ilə açan YAP Yasamal Rayon 43 saylı ərazi təşkilatı Qadınlar Şurasının sədri Salatın Əhmədova tədbirə dəvət olunmuş qadınları 8 Mart− Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara cansağlığı, xoş günlər, ailə səadəti arzuladı.
         Azərbaycan qadınının tarixən istər ictimai-siyasi həyatda, istərsə də ailə-məişət  fonunda həmişə nümunə olduğunu deyən Salatın xanım bu gün onların cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrildiyini söylədi. O, qeyd etdi ki, qadın hökmdar Tomris, ilk diplomat Sara xatun, ərənlərlə  çiyin-çiyinə döyüşən Nigar, Həcər və tarixin müxtəlif məqamlarında ayrı-ayrı sahələrdə tanınmış qadınlarımızla bu gün bütün xalqımız fəxr edir.
         Salatın Əhmədova çıxışında universitetimizin fakültə, kafedra, kitabxana, şöbə və bölmələrində çalışan qadınlardan da söhbət açdı. Onların tutduqları vəzifədən asılı olmayaraq öz vəzifə borclarına məsuliyyətlə yanaşdıqlarını, təlim-tərbiyə sahəsində, universitetin ictimai həyatında ümumi işimizə çox böyük kömək göstərdiklərini xüsusi qeyd etdi.
         Sonra söz universitetin tədris işləri üzrə prorektoru Fərhad Cəfərova verildi. O, əvvəlcə tədbirə dəvət olunmuş qadınları salamladı və onların timsalında universitetimizdə çalışan bütün xanımları rektorluq adından əlamətdar gün münasibətilə təbrik etdi, onlara cansağlığı, uzun ömür, işlərində yeni-yeni nailiyyətlər arzuladı.
         Azərbaycan qadınlarının bütün dövrlərdə ağıllı, uzaqgörən və mərd bir xanım olduqlarını deyən Fərhad Cəfərov bu gün universitetimizdə aparılan təlim-tərbiyə işinin müəyyən ağırlığının da qadınlarımızın zərif çiyinlərinə düçdüyünü qeyd etdi.
         Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin İsmayılov da zala toplaşan xanımları 8 Mart Qadınlar Günü münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi.
         Şahin İsmayılov çıxışında qeyd etdi ki, Ulu Tanrı dünyanın əşrəfi, onun xilqəti sayılan ilk insanı−Adəmi yaradanda onu təklikdən xilas etmək üçün Həvvanı yaratmışdı. Onun timsalında dünyaya, yer üzünə Adəmin qayğıları ilə bir yaşayan, sevincini, kədərini bölüşən müqəddəs qadın-ana bəxş etmişdir. Əbəs yerə demirlər ki, “Cənnət anaların ayaqları altındadır”. Ana-qadın müqəddəs varlıqdır. O, müqəddəsliyi isə göz bəbəyi kimi qorumaq, ona hörmət etmək hər kəsin borcudur.
         Tədbirdə çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Akif Hacıyev, universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov da zala toplaşan xanımları əlamətdar bayram münasibətilə təbrik etdi, onlara işdə, ailədə və cəmiyyətdə həmişə fəal mövqe tutmalarını arzuladılar.
         Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova, İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasının dosenti Rəhilə Qurbanova, Əcnəbi tələbələrin təhsili üzrə dekan müavini Kəmalə Sərdarova və başqaları universitetdə çalışan qadınlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, habelə çıxış edən natiqlərə qadınlar haqqında səsləndirdikləri xoş və səmimi sözlərinə görə öz təşəkkürlərini bildirdilər.
         Tədbirdə universitetin fəal qadınlarından bir qrupuna bayram hədiyyələri təqdim olundu.

  1. An event devoted to 8th March – International Women’s Day was held at Azerbaijan University of Architecture and Construction on March 6.

The women are active builders of society.

The greeting speech was made by chairman of Women’s Council Salatin Asgarova and she congratulated all invited women with the 8th March – International Women’s Day.

She told about Azerbaijani women’s role in the family and their important role in society. She noted that we are still proud of Tomris, 1st diplomat woman Sara khatun, Nigar, Hajar and with others.

She also spoke about women working in faculties, departments, libraries and in other divisions of our university and their role in university life.

The the vice – rector for Education Affairs Farhad Jafarov made a speech in the event. Firstly he greeted women in the event then he congregated them with 8th March – International Women’s Day.

He also noted that Azerbaijani women always were intelligent, wise and courageous in all period of time.

Chairman of Trade Unions Committee Shahin Ismayilov, Vice – rector for Training and Teaching Affairs Tofig Gasimov, Assoc. Prof. of Azerbaijan Language and Pedagogy Akif Hajiyev congratulated women.

Holidays gifts were presented to some group of active women of the University.



  1. Download 43.33 Kb.
1   2   3   4   5   6   7   8




Download 43.33 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Martın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetində 8 Mart−Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

Download 43.33 Kb.