|
Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Universitetimizdə olmuşdur
|
bet | 2/8 | Sana | 07.04.2017 | Hajmi | 43.33 Kb. | | #3604 |
MİT fakültəsinin dekanı Akif Qasımov “ABŞ-da ali təhsilin idarə olunması” adlı proqramda iştirak etmişdir.
Universitetimizin Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Akif Fazil oğlu Qasımov İVLP-İnternational Visitor Leadership Program çərçivəsində 21 fevral-15 mart 2015-ci tarixlərində “ABŞ-da ali təhsilin idarə olunması” adlı proqramda iştirak etmək üçün ABŞ-a səfər etmişdir. Səfər zamanı paytaxt Vaşınqtonda Konqresdə, ABŞ Dövlət Deportamentinin Avropa və Avrasiya bürosunda, ABŞ Nümayəndələr Palatasında Təhsil və İşçi Qüvvəsi komitəsində, ABŞ Təhsil deportamentinin Ali təhsil idarəsi, Beynəlxalq Təhsil institutunda və digər idarələrdə mötəbər şəxslərlə işgüzar görüşlər keçirərək ABŞ-da Ali təhsilin idarə olunması sistemi ilə yaxından taniş olmuşlar. Amerikanın Oklahoma ştatının Talsa, Yuta ştatının Solt Leyk Siti və Miçiqan ştatının Detroit şəhərlərində aparıcı universitetlərdə əhəmiyyətli görüşlər keçirərək təcrübə toplamış, müasir tədris metodlarını öyrənməklə Qərb təhsil sistemi barədə biliklərini artırmışlar. Sonda iştirakçılar Beynəlxalq Sertifikata layiq görülmüşlər.
-
Dean of the Faculty Mechanics and Information Technologies Akif Gasimov
Dean of the Faculty Mechanics and Information Technologies Akif Gasimov participated in “Higher education management in USA” Program within International Visitors leadership Program on 21th February – 15th march in 2015 in USA. He hold a business meeting with esteemed people in Congress, Bureau of Europe and Eurasia of US State Department, Education and Workforce Committee, Higher Education Office of USA Education Department, International Education Institute and in other institutions and got acquainted with USA System of Education Management. He hold important meetings in Tulsa (Oklahoma), Salt Lake City (Utah), Detroit (Michigan) and gained useful experience. During his visit he improved his knowledge in the field of West education System. In the end the participants were awarded with certificates.
_________________________________________________________________________________
-
“MACE” şirkətinin tikinti üzrə baş menecerləri “Metal konstruksiyaların müasir memarlıqda tətbiqi” adlı vorkşop keçirmişlər.
İngiltərənin tanınmış tikinti şirkətlərindən biri olan “MACE” şirkətinin tikinti üzrə baş menecerləri Guilherme Santos, Octavian Filip və dizayn üzrə menecer- Joao Rodrigues 2015-ci il 11 mart tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında Memarlıq və İnşaat fakultəsinin tələbələri ilə “Metal konstruksiyaların müasir memarlıqda tətbiqi” adlı vorkşop keçirdilər. Qonaqları öncə rektor Gülçöhrə Məmmədova qəbul etmişdir. Onlar müasir inşaat texnologiyalardan və standartlardan fikir mübadiləsi aparmışdırlar. Tədbirdə Strateji planlaşdırma şöbəsinin müdiri Səttarova Ülkər, Mace şirkəti adından HR şöbəsinin müdiri Nigar Brown, koordinator Rəna Mikayılova da iştirak ediblər.
Öncə şirkətin tarixindən danışıldı və ekspertlər Bakı şəhərində Şirkət tərəfindən 28 Mall – Alış veriş mərkəzi, Four Seasons oteli, Port Baku Rezidens yaşayış binaları, Milli Gimnastika Arenası və s. kimi nəhəng layihələrin tikintisindən bəhs etdilər.
Ekspertlər inşaatda metal konstruksiyaların istifadəsinin üstünlüklərindən (keyfiyyətli, möhkəm və asan tikinti olmasından) və nöqsanlarından (yüksək qiymət və s.) söhbət etdilər.
Seminarda tikili materiallardan, profillərdən, onların istifadəsindən və əyilmə qabiliyyətindən danışıldı. Müxtəlif birləşmə tiplərindən: dayaqlar, binövrə və sütunlar haqqında da məlumat verildi.
“Caspian Waterfront” əyləncə mərkəzinin layihəsinin mərhələlərindən bəhs etdilər.
Qeyd etmək lazımdır ki, “workshop” tələbələr tərəfindən böyük maraqla qarşılanmış və verilən bütün suallar ətraflı şəkildə cavablandırılmışdır.
-
Senior managers of “MACE” construction company hold a work - shop “Application of metal structures in modern architecture”
Senior managers of “MACE” on construction Guilherme Santos, Octavian Philip and manager on design Joao Rodrigues hold a work shop “Application of metal structures in modern architecture” with the students of Azerbaijan University of Architecture and Construction on April 11, 2015. Firstly the rector Gulchohra Mammadova received guests. They exchanged opinions on modern construction technologies and standards. Chief of the department of Strategic Planning Ulker Sattarova, Head of HR Department Nigar Brown, coordinator Rena Mikayilova also participated at the event.
First of all they spoke about history of the company as well as about 28 Mall Shopping Center, Four Seasons Hotel, Port Baku Residence and National Gymnastics Arena.
Experts spoke about advantages of usage of metal structures in construction (its quality, durability and easy access to construction) and its shortcomings (high price etc.).
They discussed about construction materials, profiles, their utilization and bending abilities as well as gave information about various types of mergers: stands, bases and columns.
They spoke about planning stages “Caspian Waterfront” entertainment center .
We must note that the work shop was meet with great attention by the students and all asked questions were answered in details.
_________________________________________________________________________________
-
Norveçin Beynəlxalq Konsaltinq Kompaniyaları ilə Azərbaycanın ABEMDA arasında bağlanan mwqavilə əsasında “Azərbaycanın binalarında enerji effektivliyi” mövzusunda konfransı keçirilmişdir.
Konfransda bir sıra Nazirliklərin və Dövlət Komitələrinin, Norveç Krallığının Azərbaycandakı Səfirliyinin, Dövlət Neft Şirkətinin, qeyri-dövlət və ictimai təşkilatların, ali məktəblərin 60-dan çox nümayəndəsi iştirak etmişdir. Konfransın işində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri A.Bədəlov, Norveç Krallığının Azərbaycandakı Səfiri Cənab Bord Ivar Svendsen, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru prof. N.Abdullayeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya mühəndisliyi” kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti prof. F.Əliyev, ENSI kompaniyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri N.Qritsenko və aparıcı mütəxəssisi L.Çervilov, “Norsk-Energı” kompaniyasının aparıcı mütəxəssisləri N.Murtazaliyeva və S.Faşevski çıxış etmişlər. Daha sonra Norveç kompaniyalarının üç il ərzində Azərbaycanda apardığı treninqlərdə müntəzəm iştirak edən və sonda keçirilmiş imtahanları müvəffəqiyyətlə verən yeddi nəfər azərbaycanlı mütəxəssisə (F.Q.Əliyev, N.Y.Məmmədov, A.M.Nəsirov, S.M.Əkbərova, A.B.Zeynalova, F.F.Əliyev, N.N.Məhərrəmov) “Binaların enerji auditoru” sertifikatı təqdim olunmuşdur.
Daha sonra Norveçin ENSİ kompaniyası ilə Azərbaycan Memarlıq-inşaat Universitetinin mütəxəssislərinin birgə yazdıqları və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qrifi ilə nəfis şəkildə çap olunan “Binaların enerji auditi” adlı irihəcmli dərs vəsaitinin təqdimatı olmuşdur. Təqdimatı Azərbaycan Memarlıq-inşaat Universitetinin kafedra müdiri N.Y.Məmmədov etmişdir. Kitab konfrans iştirakçılarının hər birinə hədiyyə edilmişdir.
Konfransın sonunda “ENSİ AS” Beynəlxalq Kompaniyasının mütəxəssislərinin rəhbərliyi altında Azərbaycan mütəxəssislərinin yerinə yetirdikləri üç ədəd tədris binasının (iki orta məktəb binası və Azərbaycan Memarlıq-inşaat Universitetinin 2 saylı tədris korpusu) enerji auditinin nəticələri təqdim olunmuşdur.
-
A conference on “Energy efficiency of buildings in Azerbaijan” was held under the agreement with ABEMDA (Azerbaijan) and International Consulting Companies of Norway
Representatives from some Ministries and State Committees, the Royal Norwegian Embassy in Azerbaijan, State Oil Company, non – governmental and public organizations, more than 60 HEIs participated in the conference. The chairman of State Agency on Alternative and Renewable Energy Sources A. Badalov, Embassy of the Kingdom of Norway in Azerbaijan Mr. Bard Ivar Svendsen, vice – rector for International Relations of Azerbaijan university of Architecture and Construction Prof. N. Abdullayeva, head of Department of “Ecology Engineering” of AzUAC, President of International Ecoenergy Academy Prof. F. Aliyev, chief of International Relations Department of ENSI N. Gritensko and leading specialist L. Chervilov , leading specialists of “Norsk - Energi” N. Murtazaliyeva and S. Fashevski participated in the conference. Then seven specialists (F. G. Aliyev, N. Y. Mammadov. A. M. Nasirov, S. M. Akbarova, A. B. Zeynalova, F. F. Aliyev, N. N. Maharramov ) were awarded with certificates.
______________________________________________________________________________
-
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Universitetimizdə olmuşdur
|