• Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi universitetimizin nümayəndə heyəti “Azərbaycan günü” tədbirlərində iştirak edib.
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının( III korpus) əsaslı təmirdən sonra açılışı olub




    Download 43.33 Kb.
    bet5/8
    Sana07.04.2017
    Hajmi43.33 Kb.
    #3604
    1   2   3   4   5   6   7   8
    Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının( III korpus) əsaslı təmirdən sonra açılışı olub.

      06.03.2015-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının( III korpus) əsaslı təmirdən sonra açılışı olub.Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, universitetin professor-müəllim heyəti və tələbələr, QHT rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
           Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yenidənqurma işləri ilə tanış olublar. Bildirilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş binanın əsaslı təmirinə 2014-cü ilin avqustunda başlanılıb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tikinti işləri müasir infrastrukturun yaradılması üçün tələb olunan qaydalara uyğun aparılıb. Ümümi sahəsi 4 min kvadratmetrdən çox olan yeni binada 20 auditoriya, kompüter otağı, kitabxana, elektron oxu zalı, konfrans otağı yaradılıb.
          Binaya baxış keçirən qonaqlar üçün elektron kitabxananın təqdimatı keçirilib. Pedaqoji heyət və tələbələr üçün yaradılan şəraitlə maraqlanan mərasim iştirakçıları auditoriyalara və kafedra otağına baxıb, “Nadir kitablar Fondu”ndakı əyani vəsaitləri nəzərdən keçiriblər. Sonra yeni binanın akt zalında elmi şura ilə görüş keçirilib. Mərasim iştirakçılarını salamlayan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova təhsil ocaqlarının infrastrukturunun yaxşılaşdırılmasının, maddi-texniki bazanın müasirləşdirilməsinin təlim-tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb.
         Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil müəssisələrinin yenidən qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərin genişləndiyini qeyd edən nazir təhsilalanlar üçün yaradılan şəraitin ölkəmizin müasir kadrlara olan tələbatının ödənilməsinə, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verdiyini vurğulayıb. Nazir bildirib ki, tədris ocaqları üçün yeni binalar inşa olunarkən və ya mövcud tikililər əsaslı təmir edilərkən həmin təhsil müəssisələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə imkan verən infrastrukturun yaradılması prioritet hədəf kimi qarşıya qoyulur.

    1. Teaching building of Faculty of Architecture of Azerbaijan University of Architecture and Construction was opened after renovation.

    Teaching building (3th) of Faculty of Architecture of Azerbaijan University of Architecture and Construction was opened after renovation on March 6, 2015. Minister of Education of Republic of Azerbaijan Mikayil Jabbarov , teaching staff of the University and students , NGOs leaders, education experts participated in the opening ceremony.

    After opening ceremony the guests got acquainted with reconstruction works. It was said that reconstruction works was begun in August, 2014. Construction works was implemented by Ministry of Education of Republic of Azerbaijan. There are 20 audiences, computer room, library, electronic reading hall, conference room in new building.

    Electronic library was presented to the guests. Then a meeting with scientific Council was held in assembly hall. After greeting the guests, Rector of Azerbaijan University of Architecture and Construction spoke about improvement of infrastructure of HEIs and importance of modernization of material and technical base.

    1. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi universitetimizin nümayəndə heyəti “Azərbaycan günü” tədbirlərində iştirak edib.

     “Azərbaycan günü” tədbirləri çərçivəsində fevralın 26-da Universitetimizin nümayəndə heyətinin də qatıldığı Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Pyer və Mari Küri Universitetində görüş keçirib. Universitetin prezidenti Jan Şambaz Azərbaycan nümayəndə heyətinə məlumat verərək bildirib ki, ali məktəbdə müxtəlif ixtisaslar üzrə 34 min tələbə təhsil alır. Ali məktəbin ümumi fəaliyyətindən söz açan J.Şambaz universitetdə 100-ə qədər istiqamət üzrə elmi tədqiqatların aparıldığını qeyd edib.  
           Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun direktoru Raja Şatila rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, aparılan elmi araşdırmalar, robot texnikası barədə təqdimatla çıxış edib. R.Şatila universitet tərəfindən yaradılan robot texnikası nümunələrinə sənaye, tibb və farmokologiya kimi sahələrdə böyük tələbatın olduğunu, yalnız Fransanın deyil, Avropa miqyasında müxtəlif şirkətlərin universitetlə əməkdaşlıq etdiyini və elmi-tədqiqat layihələrini maliyyələşdirdiyini bildirib.    
          Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ali təhsil müəssisəsinin elmi-tədqiqat və robot hazırlığı laboratoriyaları ilə yaxından tanış olub, təhsil müəssisəsinin müvafiq sahədəki iş təcrübəsi haqqında məlumat əldə ediblər. Sonda Azərbaycan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

     Fevralın 27-də Parisdə “Azərbaycan günü” tədbirlərinə start verilib və tədbirlərin rəsmi açılış mərasimi baş tutub. “Azərbaycan günü” tədbirlərinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

           Açılış mərasimində iştirak edən “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü”nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil əlaqələrin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu mühüm tədbirdə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin iştirak etdiyini və bunun iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

    Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayıblar.

        Strasburq Universitetinin prezidenti Alen Beretz ikili proqramlar, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.

           Təhsil nazirinin müavini Firudin Qurbanov “Kampus Frans” Agentliyinin rəhbərliyinə Azərbaycan və Fransa ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən belə bir tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından təşəkkürünü bildirib.

    İki ölkə arasında tarixi münasibətləri və son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndiyini vurğulayan F.Qurbanov ümummilli lider Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.

     Nazir müavini ölkəmizin sosial-iqtisadi inkişafı barədə geniş məlumat verib. Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirləri, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradılmasını nəzərə çatdıran F.Qurbanov eyni zamanda azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali məktəblərində də uğurla təhsil aldıqlarını qeyd edib.

    Sonra Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı sualları cavablandırılıb.

         Tədbirdə “Kampus Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər şəxsləri Fransada təhsil imkanları, mövcud əməkdaşlıq layihələri barədə təqdimatlar ediblər.

           “Azərbaycan günü” tədbirlərinə qatılan Fransa universitetlərinin azərbaycanlı tələbələri təhsil aldıqları ali məktəblər haqqında məlumat veriblər.​


    1. A delegation of representatives headed by Rector of Azerbaijan University of Architecture and Construction , Prof. Gulchohra Mammadova participated in the event on “Day of Azerbaijan”

    A number of representatives from Azerbaijan HEIs hold a meeting at Pierre and Marie Curie University within “Day of Azerbaijan” on February 26. The president of the University Jean Chambaz informed a delegation of representatives from Azerbaijan that there are 34 000 students at the University. He also noted that about scientific research are done in about 100 directions at the University.

    Director of Institute for Intelligent Systems and Robotics Raja Chatila spoke about activity of the institute, scientific researches, robotics. He also noted that there is a demand to robotics in industry, medicine and pharmacology not only in France but also in whole Europe.

    A delegation of representative headed by Deputy Minister of Education Firudin Gurbanov got familiar with scientific and research laboratories and robot developments laboratories, got information on work experience in this field of the Institute for Intelligent Systems and Robotics. In the end the question asked by the representative were answered.

    Event on “Day of Azerbaijan” started and the official opening ceremony was on February 27. The main purpose of the “Day of Azerbaijan” was development bilateral relations between HEIs of Azerbaijan and France, exchange of students and tutors and implementation of joint programs.

    Participating in the event director of Campus France Antoine Grassin told about importance of “Day of Azerbaijan”. Noting the importance of development of bilateral relations the director spoke about attendance of about 10m HEIs from Azerbaijan and it was a real sample of cooperation.

    The leaders of HEIs of France and Campus France delivered presentations on education possibilities in France, existing cooperation projects.

    Azerbaijani students of French Universities gave information about the universities they study.



    Download 43.33 Kb.
    1   2   3   4   5   6   7   8




    Download 43.33 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının( III korpus) əsaslı təmirdən sonra açılışı olub

    Download 43.33 Kb.