• Ümumi məlumat
  • Təlimə hazırlıq
  • 4.2Təlimin qiymətləndirmə memoandumu, təlim iştirakçıları və təlimçilərin təqdim edilməsi
  • Təlimin aparılması və yekunlaşdırılması.
  • 4.4Təlimin təlim iştirakçıları tərəfindən başa düşülməsi və qiymətləndirilməsi
  • Gələcək təlimlərə dair tövsiyələr
  • İstinad materialları
  • Front Page




    Download 63,24 Kb.
    bet1/9
    Sana24.03.2017
    Hajmi63,24 Kb.
    #1410
      1   2   3   4   5   6   7   8   9

    Azərbaycan Respublikası

    gerb
    TƏHSİL NAZİRLİYİ
    Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi
    IDA Kredit 4595AZ
    Beton Yolların İstismarına Giriş” üzrə Təlim



    Təlim üzrə Yekun Hesabat

    avqust


    2011
    sweroad färg
    İçindəkilər



    1.Giriş 3

    2.Ümumi məlumat 3

    3.Təlimə hazırlıq 4

    4.1Giriş 4

    4.2Təlimin qiymətləndirmə memoandumu, təlim iştirakçıları və təlimçilərin təqdim edilməsi 5

    4.Təlimin aparılması və yekunlaşdırılması. 9

    4.3Təlimin aparılması 9

    4.4Təlimin təlim iştirakçıları tərəfindən başa düşülməsi və qiymətləndirilməsi 9

    5.Gələcək təlimlərə dair tövsiyələr 11

    6.İstinad materialları 11



    1. Giriş


    Texniki Tapşırıqlarda deyilir – Tapşırığın əsas məqsədi beton yol geyimlərinə malik yolların istismarı, beton yolların planlaşdırılması, dövri və orta istifmar fəaliyyətlərinin seçilməsi, iş üsulları, xərclər və keyfiyyətə zəmanət haqqında anlayışı olan iştirakçılara təlim keçməkdən ibarətdir.
    1. Ümumi məlumat


    Azərbaycan üçün həyata keçiriləcək Dövlət investisiyalari üzrə layihə əsas “ictimai yollar” komponentinin əsas olduğu ictimai infrastukturların reabilitasiyası və yaxşılaşdırılması məqsədi daşıyır. Azərbaycanın demək oalr ki bir çox yolları 1991-ci ildən qabaq Sovet İttifaqı hakimiyyəti dövründə tikilmişdir.
    Sovet-GERMANIYA BITIMLARI (1939) - 1) hujum qilmaslik haqida 1939 y. 23 avg .da tuzildi ("MolotovRibbentrop pakta"); bitimga ilova qilingan maxfiy hujjat tomonlarning "manfaatlar doirasi"ni chegaralab berdi (Boltiqboʻyi, Sharqiy Polsha, Finlyandiya, Bessarabiya va Shim. Bukovina SSSR ning "manfaatlar doirasi"ga kiritildi)
    Müstəqillik əldə etdikdən sonra bu işləri icra edən təşkiltlarda idarəetmə və texniki bacarıqların aşağı səviyyədə olmasına baxmayaraq iri miqyaslı reabilitasiya və yenidənqurma proqramlarına başlanmışdır.


    buna görə də Azərbaycan Hökuməti Dünya Bankından beynlxalq maliyyə dəstəyi istəmişdir ki, bunun nəticəsində Azərbaycanda 2009-cu ildən bura başlamış Dövlət investisiyalari üzrə kadr potensialının gücləndirilməsi layihəsinə start verilmişdir. Bu sektora müvafiq fəaliyyətlərin bir komponenti yol sektorunda layihələndirmə, tikinti və istismar imkanlarının gücləndirilməsindən ibarətdir.

    DİKPGL proqramının dəstəyi ilə həyata keçirilmiş köhnə yollar üçün uzun müddətli reabilitasiya proqramına əlavə olaraq yeni növ yollar –beton yol geyiminə malik yollar- Azərbaycana təqdim edilmişdir. Bu yolların cəmi iki və ya üç il istifadədə olması faktına baxmayaraq istismar və reabilitasiya işləri təcili diqqət tələb edir.

    Bakı – Quba yolu (təxminən 120 km) və hava limanına gedən yol (təxminən 20 km) iki beton örtüklü yoldur. Bu yollar az vaxt ərzində tikilmişdir və yollarda tikinti spesifikasiyalarına əməl edilmədiyini və ya spesifikasiyaların müvafiq olmadığını və tikintinin keyfiyyətinə nəzarət iş və üsullarının qənaətbəxş olmadıöını və ya çatışmadığını ortaya çıxaran gözlə görünən zədələnmələr və çatışmazlıqlar müşahidə olunur. Bu iki yol avropadan dəstək və avadanlıqların köməyi ilə Azərbaycanın özəl podratnı şirkəti tərəfindən tikilmişdir.

    Ümumilikdə - Azəryolservis (AYS) və Azərbaycanın özəl sektoru beton yol geyiminə malik yolların reabilitasiyası və istismarına nəzarət, o cümlədən bu yolların hesabi xidmət müddəti üzrə öz bilik və bacarıqların qısa müddətdə yeniləməlidirlər. Texniki, nəzəri və praktik bilik və bacarıqların, o cümlədən keyfiyyətin qiymətləndirilməsi üzrə bilik və bacarıqların çatışmazlığı vardır. Beton yol geyiminə malik yolların tikilməsi və onlarla davranış və gələcək istismar işlərinin qiymətləndirilməsi və onun qiyməti diqqət tələb edən digər məsələlərdir.
    1. Təlimə hazırlıq

    4.1Giriş


    Məsləhətçi təlimlə bağlı hazırıq səfəri üçün Azərbaycanda yolların idarəedilməsi və istismarına vəziyyətlə tanış olmaq və iki beton yol geyiminə malik yola səfər məqsədi ilə bir həftə ayırmışdır. Azəryolservisin bir sıra əməkdaşları Azərbaycanda həm ümumilikdə bütün yolların, həm də ayrıca olaraq beton yolların istismarına dair vəziyyətlə bağlı fikirlərini bölüşmüşlər.

    hazırlıq səfərində əldə olunan qeydlər, o cümlədən yuxarıda haqqında danışılmış iki yolda müçahidələrin nəticələri PAYLANMA MATERİALLARI (aşağıya bax) adlə sənəddləöz əksini tapmışdır. Bu müşahidələrdə yalnız zədələnmələr və çatışmazlıqlara dair nümunələr göstərilir və yolların ümumi vəziyyətini tam şəkildə əks etdirmir. Təlim proqramı və materialların yekun versiyasının hazırlanması üçün yekun müşahidələr və şəkillərdən istifadə olunmuşdur.

    1. Texniki Tapşırıqlarda (TT) təmin olunan təlim proqramı təlim kursu zamanə xırda dəyişikliklərlə müşaiyət olunmuşdur.

    2. Təlim materialları müvafiq olaraq 2011-ci il may və iyun aylarında keşirilmiş iki təlimdə istifadə olunmuş “PAYLANMA MATERİALLARI” adlı sənəddə ümumiləşdirilmişdir. Azərbaycan və ingilis dillırində hazırlanmış bu sənədin mündəricatı aşağıdakı kimidir:

    • Təlim proqramı üçün praktik hazırlıqlar

    • Beton yol geyiminə malik yolların istismarına giriş – Kursun təqdimatı

    • Qiymətləndirmə memorandumu

    • Əlavə 1. Beton yol geyimi layihəsi (Akkord)

    • Əlavə 2. Yol hərəkəti haqqında məlumat Bakı-Quba yolu

    • Əlavə 3. Materialların sınaqdan keçirilməsinə dair protokol (Akkord)

    • Əlavə 4.Sahə təftişindən qeydlər – 4-cü gün

    • Əlavə 5. Sahə təftişindən şəkillər aprel 12-13, 2011, 4-cü gün

    • Əlavə 6.
      Aprel (lot. Aprilis) - Grigoriy taqvimida yilning toʻrtinchi oyi. 30 kundan iborat.
      Təlim proqramının planı və kursun qiymətləndirilməsi

    • Təqdimat 1-2-ci günlər

    • Təqdimat 4-5-ci günlər

    • Təqdimat – Planlaşdırmaya yardım Gün 4 PM

    • Təqdimat Gün 5 AM – İstismar üsulları

    • Kurs sertifikatları

    PAYLANMA MATERİALLARI sənədi Sifarişçiyə və təlim iştirakçılarına təlim başlamazdan qabaq çap edilmiş formada və elektron formada – ingilis və azərbaycan dilində - təqdim edilmişdir.

    4.2Təlimin qiymətləndirmə memoandumu, təlim iştirakçıları və təlimçilərin təqdim edilməsi


    Təlimin qiymətləndirilməsi

    Qiymətləndirmə Memoranduru” adlı sənədin mündəricatı PAYLANMA MATERİALLARI sənədinin mündəricatına əlavə edilmişdir – təlimlə bağlı ümumi məlumat və həmçinin iki təlimçinin təcrübələrinə dair məlumat almaq təqdirəlayiqdir. Daha sonra isə Azəryolservis (AYS) heyətinin və Podratçının beton yollara dair müzakirələrinin xülasəsi memorandum daxil edilmişdir:



    1. Dövlət yol şəbəkəsində (beton yollar istisna olmaqla) aparılan bütün gündəlik istismar işləri birbaşa Azəryolservis – onların bütünlükdə ölkəni əhatə edən 65 regional administrasiyası tərəfindən həyata keçirilir.

    2. İki beton yolun istismarı – Aeroport və Bakı – Quba yolları hələ də podratçının (AKKORD) öhdəliyindədir.
      Aeroport (aero... va port) - yo‘lovchilar, kj, pochtani havo trans-porta vositalarida muntazam tashishni ta’minlovchi binolar, inshootlar (aero-drom bilan birga) va jihozlar majmui. Xalqaro va mahalliy A.


    3. Dövri istismar işləri – asphalt örtükləri üçün müqavilə imzalanmışdır.

    4. ARS nəzdində beton yolların istismarına dair xüsusi şöbə təşkil olunmaqdadıq.

    5. Aeroport beton yolu 2006-2007 – ci illərdə tikilmişdir, hərəkət şiddəti haqqında məlumatımız yoxdur.

    6. Bakı – Quba yolunda 2010 – cu il üçün hərəkət şiddəti hər gün 10.000 -14.500 nəqliyyat vasitəsi arasında dəyişir – 3 saylı Qoşmaya baxın.

    7. Şimala Rusiya sərhəddi istiqamətinə doğru olan Bakı – Quba beton yolu 2008-2009 – cu illərdə 8 aya tikilmişdir. Çiyinlər hələ hazır deyil və yolun sonuncu seksiyasında ayırıcı zolaqdakı maneə tikilməkdədir. Bu yolun tikintisində vaxt məhdudiyyəti olmuşdur və müşahidə olunan qüsurlar tikinti spesifikasiyalarının tələb olunan formada həyata keçirilməməsindən irəli gəlmiş ola bilər.

    8. Yuxarıda adı çəkilən hər iki beton yolun beton lövhələri Avropa/Alman standartlarına, əsasın alt layı isə Rusiya standartlarına görə deyil, beynəlxalq standartlara uyğun layihələndirilmişdir.

    9. Donma və ərimə baş vermir.

    10. Keçmiş Sovet ölkələri arasında yol texnikası və s ilə bağlı əməkdaşlıq mövcuddur. Lakin bu əməkdaşlıq əsas yol şəbəkəsinin yenidən qurulması, bərpası və təkmilləşdirilməsi sahəsində həyata keçirilən çox böyük investisiya proqramları üçün idarəetmədə tələb olunan müasirləşmə və heyətin potensialının artırılması ilə nəticələnməmişdir. Beləliklə yol sektorunun idarə edilməsi və texniki potensialı aşağə səviyyədə qalmaqda davam edir, bu xüsusilə yol fəaliyyətlərinin plan və proqramlaşdırılması, layihələndirmə və istismar sahələrində özünü biruzə verir.

    11. Beton yollarda tökmənin çökməsi məsələsi müzakirə edildi, əgər bu cür çökmələr beton lövhənin eni və uzunu boyuncadırsa, o zaman daha az problem olar.

    12. Döşəmə zamanı ortaya çıxan beton lövhənin nahamar səthi asanlıqla hamarlana bilər, lakin bu böyük xərclərə başa gələcək.

    13. Uzun müddət sonra əgər əsasın alt layı hələ də yaxşı vəziyyətdə olmuş olsa, betonun üzərinə asphalt örtüyü döşənə bilər.

    14. Hər iki beton yolun cizgiləri nəzərdən keçirilmişdir və belə məlum olur ki, yol geyiminin layihəsi hər iki yol üçün Avropa – Alman standartları olmaqla eynidir. Beton lövhələrin qalınlığı 28 sm və betona yapışmayan gərginləşən materialın altındakı üç lay üçün Kaliforniya Yükgötürmə Əmsalı (CBR) 80%, 40%, 15% , aşağı terras üçün 8% olduğunu göstərir – qoşmaya daxil edilmiş layihə hesabatına baxın.
      Kaliforniya Kaliforniya - AQSH jan.gʻarbidagi shtat, Tinch okean sohilida. Mayd. 411 ming km2. Aholisi 34,5 mln. kishi (2001). Maʼmuriy markazi - Sakramento sh. Shtat markazini keng Qirgʻoq boʻyi tizmalari b-n oʻralgan Kaliforniya vodiysi egallagan.

    Yollar çox qısa bir müddətə tikilmişdir və müşahidə olunan qüsurlar göstərir ki, tövsiyyə olunan spesifikasiyalar tam olaraq tətbiq edilməmişdir. Eyni zamanda səthin düzəldilməsinə ehtiyac var, çünki bir neçə illik xidmətdən sonra materialın qopduğu, kiçik çalalar və səth çatlarının və s əmələ gəldiyi çoxlu yerlər ortaya çıxmışdır. Tikinti və istismarın idarə edilməsi – xüsusilə beton yolların idarə edilməsinə ya birbaşa əmək ilə (daxili imkanları hesabına), yaxud müqavilə bağlamaqla – bütün işlərin icrası vaxtında həyata keçirilməklə - layihələndirmə, təmin etmə və təchizatın idarə edilməsi daxildir. Belə məlum olur ki, ARS – in bütün səviyyələrdə təkmilləşdirilməsinə ehtiyac vardır.



    Tılimçilərin təqdimatı

    Cənab Sten Pettersson

    1970-ci ildə Çalmers Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsini magistr dərəcəsi ilə bitirmişdir.

    Hazırda İsveç Nəqliyyat Administrasiyası İNA adlanan İsveç Yol Administrasiyası İYA tərəfindən yol texnologiyasına dair bir sıra kurslar təşkil olunmuşdur.
    Karyerasına 1970-ci ildə İAS-nın inşaat şöbəsində asphalt geyiminə dair sahə nəzarətçisi kimi başlamışdır, 1971-1973 – cü illərdə mərkəzi İsveçin 4 saylı Avropa Avtomagistralında tikinti işləri üzrə menecer, 1973-1979-cu illərdə asphalt istehsalı zavodu da daxil olmaqla yol və körpü sahəsində tikinti işləri üzrə menecer işləmişdir. 1980-ci ildə İYA-nın baş idarəsində istehsalat planlaşdırması və ölkə üzrə istehsalat vahidlərində xidmətlə məşğul olmuşdur. 1986-cı ildə İYA-nın baş idarəsində əməliyyat və körpülərin istismarı, müşahidə və tədbirlər, istismar və reabilitasiya üçün spesifikasiya hazırlanması fəaliyyəti ilə məşğul olmuşdur.

    1995 – 2005-də İYA-nın baş idarəsinin Texniki İdarəsində layihə və beton yollar da daxil olamaqla inşaat və material spesifikasiyalarının hazırlanması və istismar işində çalışmışdır.

    2005-ci ildən yeni İsveç Spesifikasiyası (AMA) ilə beton yollar, təmir və istismar işi daxil olmaqla materiallar, iş metodları, normalar və spesifikasiyalarla bağlı inşaat mühəndisliyi işləri üçün məsləhətçi olaraq işləyir.

    son olaraq, Cənab Petterssonun təhqiqata rəhbərlik, bu cür strukturların layihələndirilməsi, inşası və istismarı, avtomagistral üçün yük götürmə tutumuna, yeyilmə və funksiyasına görə yol geyiminin seçilməsi ilə bağlı təhqiqatlar daxil olmaqla körpülər və beton örtüklü yollar kimi beton konstruksiyalarla işdə böyük təcrübəsi vardır.


    Yol inşası və istismarı üzrə müəllim və mühazirəçi olaraq təcrübəyə malikdir.
    Cənab Krister Hagert

    Cənab Hagert 1967-ci ildə Stokholm İnstitutunun Mühəndislik fakültəsini bitirmişdir. İsveç Yol Administrasiyası tərəfindən yol texnologiyasına dair təşkil olunan bir sıra kurslarda iştirak etmişdir. Keçmiş İsveç Yol Administrasiyası dövründə 44 il müddətinə yol tikintisi sahəsində işləmişdir. Son illərdə isə yeni qurulmuş İsveç Nəqliyyat Administrasiyasında - dəmiryol, yol, dənizkənarı və aviasiya işləyir. Cənab Hagert Beton Yollara dair İsveç Komissiyasının üzvüdür.


    Cənab Hagertin yol işində böyük təcrübəsi vardır, əsas sahələr aşağıdakılardır:

    • Yolun layihələndirilməsi və inşaat mühəndisliyi, qiymətin hesablanması və planlaşdırma;

    • Beton örtüklü yollar və onların tikintisi, istismarı və təmiri;

    • Şəraitin araşdırılması və beton örtüklü yollara dair təhqiqat;

    • Beton örtüklü yolların təmiri metodları;

    • Yol və körpü konstruksiyalarının planlaşdırılması;

    • Torpaq işi və daşıma;

    • Yol tikinti texnikası;

    • Şəbəkənin planlaşdırılması;

    • Yol geyimi texnikası;

    • Dağın, qayaların partladılması.



    Yol tikinti sahəsində işlər üzrə menecer, işlərə nəzarət, planlaşdırma, hesablama və idarə etmə sahəsində təcrübəyə malikdir.

    • Kiçik, eyni zamanda orta və böyük yol və körpü tikintisi layihələrində işləmişdir.

    • Dağ yaxud qayaların partladılması, qazma və daşıma üçün olan texnikanın imkanlarının araşdırılması.

    • Layihələndirmə və tikinti daxil olmaqla beton örtüklü yollarla işdə böyük təcrübəyə malikdir.

    • Layihələndirmə və istismar işləri daxil olmaqla beton örtüklü yolların salınmasında və təhqiqata rəhbərlikdə təcrübəsi vardır.

    • “Beton örtüklü yollarda zədələnmələrin təmiri, istismar və əməliyyata dair təlimat kitabının” hazırlanmasında iştirak etmişdir.

    • Avtomagistral üçün yük götürmə tutumuna, yeyilmə və funksiyasına görə yol geyiminin seçilməsi ilə bağlı təhqiqatlar.

    Yol inşası və istismarı üzrə müəllim və mühazirəçi olaraq təcrübəyə malikdir.



    Təlim iştirakçıları

    Təlim iştirakçıları Sifarişçi tərəfindən və yol istismarının satınalınması və birbaşa istismarla bağlı təmin edilmiş ümumi məlumatlara əsasında əsasən Azəryolservisdən seçilmişdir. qeyd etmək lazımdır ki, təlim iştirakçıları arasında beton yol geyimlərini tikintisi ilə məşğul olan Podratçının heş bir nümayəndəsi yox idi.
    1. Təlimin aparılması və yekunlaşdırılması.

    4.3Təlimin aparılması


    Təlim – onun məqsədləri və proqram – təlimin başlanğıcında təlim iştirakçılarına təqdim edilmişdir və PAYLANMA MATERİALLARI sənədinin strukturuna uyğun gəlmişdir. Təlim SweRoad sirkətindən olan iki nəfər mühazirəçi tərəfindən sinif təlimi səklində keçiriləcək. Təlim tərcüməçi tərəfindən Azərbaycan dilin tərcümə ediləcək və SweRoad sirkətinin aparıcı nümayəndəsi tərəfindən dəstək veriləcək
    Təlimə beton örtüklü iki yola – Bakı – Quba yolu və Hava limanına gedən yol - sahə səfərləri daxildir. Burada faktiki zədələnmələr və çatışmazlıqlara dair müxtəlif nümunələr izah və müzakirə edilmişdir.

    Beləliklə təlim bütün proqram boyu müzakirələrə və suallara açıq olmuşdur – burada müxtəlif mövzular və texniki məsələlər vürğulanmış və təlim iştirakçılarının tam başa düşmələri üçün müzakirə edilmişdir. Əvvəlcədən hazırlanmış power-point təqdimatlar təlimin əsasını təşkil etmişdir. Bütün materiallar PAYLANMA MATERİALLARI adlı sənəddə öz əksini tapmışdır.

    Təlimə həmçinin beton yol geyiminə malik yolların tikilməsindən tikişlərin funksionallığı və texniki göstərişlərinə dair yaxşı nəticələr əldə etmək üçün mühüm addımların seçilməsi və s. - bəhs edən DVD daxil olmuşdur.

    Təlimin qiymətləndirilməsi müvafiq təlim həftəsinin sonunda aparılmışdır. Əvvəlcə birinci təlimdə təlim iştirakçılarının beton yol geyiminə malik yolların istismarı və reabilitasiyası, o cümlədən texniki və idarəetmə komponentlər mövzusunu dərindən başa düşdüyünü göstərmək üçün bir neçə sınaq suallarından istifadə olunmuşdur.

    Təlimin iştirakçılarının təlimi əla və ya yaxşı olaraq dəyərləndirdiyi qiymətləndirmə aparılmışdır – bax aşağıda Fəsil 4.1.

    Təlim iştirakçılarına onların təlimdə iştirakını və təlimi tamamladıqlarını göstərən təlim sertifikatları verilmişdir.

    4.4Təlimin təlim iştirakçıları tərəfindən başa düşülməsi və qiymətləndirilməsi


    Başa düşmə


    Təlimin təlim iştirakçıları tərəfindən başa düşülmə səviyyəsini qiymətləndirmək üçün beton yol geyiminin istismarı və reabilitasiyasına dair bir sıra suallardan istifadə olunmuşdur. Suallara verilən cavablar iştirakçıların təlimi başa düşmə səviyyələrinin əks etdirir. Suallar qruplar şəklində müzakirə edilmiş, cavablar isə auditoru=iya qarşısında səsləndirilmişdir.

    Qrupların verdiyi cavablar təlim mövzuların yaxşı başa düşüldüyünü göstərdi və həmçinin təlim proqramı ərzində bir sıra spesifik suallar da ortaya çıxdı. Bu suallar aşağıdakılardan ibarətdir:

    • Yaxşı tikilmiş və yaxşı istismar olunan beton yol əsaslı təmir olunmadan nə qədər vaxt xidmət etməlidir?

    • Gözlənilən xidmət müddətini əldə edə bilmək üçün hansı nəzarət və istismar tədbirlərinin görülməsi vacibdir?

    • Şpunt və dəmir ankerin faydası nədir?

    • İlişmə, səs və yeyilmə gücü baxımından yaxşı icra xüsusiyyətləri necə yaradıla bilər?

    • Yan tikişlərdə zədələnmələrin ən geniş yayılmış səbəbləri hansılardır?

    • Bütünlükdə plitənin dəyişdirilməsi yaxud yenidən tökülməsi üçün başlıca səbəblər nədir?

    • Tikişlərin mişarlanması (kəsilməsi) zamanı nə nəzərə alınmalıdır?

    • Almazla cilalama vasitəsilə hansı qüsurlar düzəldilə bilər?

    • Asfalt örtüklü yollar ilə müqayisədə beton örtüklü yolların beş üstün cəhətini qeyd edin.

    • Xidmət müddətinə dair təhlilə daxil edilməli olan ən az dörd xərc/faydaları qeyd edin.

    • Nazik üst layın qoyulması üçün hansı vaxt münasibdir?

    • Beton plitənin sabitləşdirilməsi nə deməkdir?

    Qiymətləndirmə

    Proqramın son bəndi təlimin təlim iştirakçıları tərəfindən qiymətləndirilməsi, o cümlədə təlim iştirakçılarının təlimin necə keçirildiyinə dair fikirlərindən ibarət olmuşdur.

    Əlavədə təmin olunmuş nəticə: Təlimin qiymətləndirilməsi – göstərir ki qiymətləndirilmiş bütün hallar YAXŞI və ya ƏLA olaraq dəyərləndirilmişdir.

    Qiymətləndirilmiş məsələlər:

    • Təlimin ümumi qiymətləndirilməsi;

    • Təlimin (kursun) səviyyəsi;

    • Mövzular arasında bölgü;

    • Sənədləşdirmə;

    • Fənn sahəsində müəllimin biliyi;

    • Təlimin təşkil edilməsi;

    • Əlavə qeydlər.
    1. Gələcək təlimlərə dair tövsiyələr


    Beton yol geyimlərinin istismarı və reabilitasiyası kimi geniş bir mövzuda keçirilən təlim günlərinin sayı artırılmalıdır. Bu o deməkdir ki, proqrama belə istismar və reabilitasiya işlərinin daha təfərrüatlı planlaşdırılması daxil ola bilər. Bununla belə texniki, idarəetmə və keyfiyyətə nəzarət məsələləri daxil olmaqla işlərin təfərrüatlı şəkildə hazırlanması və icra edilməsi üçün və ən yararlı istismar və reabilitasiya tədbirlərinin hazırlanması üçün sahə araşdırmalarının tələblərindən az olmayan atılacaq müxtəlif addımları və onların tərkibini təfərrüatlı şəkildə işıqlandırır – onların qiymətləri və gələcək capital qiymətləri.
    1. İstinad materialları


    Aşağıdakı istinad materialları hazırlanmış və azərbaycan və ingilis dillərində olmaqla həm çap edilmiş, həm də elektron formada Sifarişçiyə təqdim edilmişdir.

    PAYLAMA MATERİALLARI – bütün təlim materialları daxil olmaqla

    TƏLİMATLAR – Beton Yol Geyiminə malik yollar – İstismar və təmir



    DVD – İsveç diktorunun şərhi ilə Beton yol geyiminə malik yolların tikilməsi.

    Digər istinad materialları

    US sənədi Beton yol geyiminə malik yollara dair daha təfərrüatlı təlimat kitabçasına nümunədir.
    Neqativ halların müəyyən edilməsinə dair Təlimat – Yol Geyiminin uzun müddətli xidməti üçün

    Proqram (Azərbaycan Respublikasının Təhsil Nazirliyinə pdf fayl formatındə təqdim edilmişdir)


    Download 63,24 Kb.
      1   2   3   4   5   6   7   8   9




    Download 63,24 Kb.