• Ralli yarışlarında idman maşınlarının sürücüsü olan zaman qazandığı böyük uğurlar və baş verən ağır yol qəzaları
  • Dahi mütəxəssisin adını daşıyan avtomobil brendində mübahisəli bir məsələ var
  • Chevrolet şirkətinin arxasında duran insan İsveçrədən gəlmişdi




    Download 46,38 Kb.
    bet1/3
    Sana24.03.2017
    Hajmi46,38 Kb.
    #1531
    TuriYazı
      1   2   3





    Chevrolet şirkətinin arxasında duran insan İsveçrədən gəlmişdi

    1878-ci ilin Milad bayramı günü İsveçrənin Yura dağlarında yerləşən La Chaux-de-Fonds şəhərində taleyində nə vaxtsa avtomobil dünyasında dəyişiklik etmək yazılan bir oğlan uşağı dünyaya gəldi. Onun adı Lui Şevrole idi. 1887-ci ilin sonunda Luinin cəmi doqquz yaşı tamam olanda, Şevrole ailəsi beş uşaqları ilə birlikdə (Alfred, Lui, Fanni, Berta və Artur) Fransanın Bona şəhərinə köçür onların, və ailə bundan sonra orada yaşamağa davam edir. Martadan - üçüncü qızdan sonra - 1892-ci ildə Qaston - ailənin sonuncu yeddinci uşağı dünyaya gəlir.

    Atası Cozef müxtəlif saatların düzəldilməsi ilə məşğul olurdu, amma Lui mexanik olmağı qərara alır. O, Roblinin avtomobil daşımaları üzrə podratçı şirkətində özünə iş tapır və burada həmçinin araba və velosipedlərin təmiri ilə də məşğul olmağa başlayır. Belə bir əfsanə söyləyirlər ki, 1896-cı ilin yazında və ya 1897-ci ildə Lui Şevroleni "Hotel de la Poçtada" qalan qonağın maşınını təmir etmək üçün sexdən gətizdirirlər. O zamanlar üçün böyük həyəcan doğuran bu avtomobil, Amerikalı milyarder, Vanderbiltə məxsus idi. Bu elə bir məqam idi ki, Lui Şevrole iki dəfə "həyacan keçirir": Bu həmin avtomobili görən zaman və bir də həmin məqamda Amerikaya mühacirət etmək düşən zaman baş verir.

    Bonada, Lui Şevrole özündə daha bir ehtirası kəşf edir ki, - bu da onun, ralli yarışlarına olan həvəsi idi. Həmin zamanlarda, yeniyetmə Lui Bonun arxasında yerləşən dağlarda özünün birinci ralli yürüşündə mübarizə aparır, və bu yarışların bir çoxunda qələbə qazanır.

    Bu yarış, "Qladiator" silsilə yürüşləri idi ki, və bu da 1899-ci ilin əvvəllərində onun Parisə getməyi üçün bir səbəb olur. Ona, avtomobil istehsalçısı olan Darracq-ın (bu adam həm də həmin dövrdə Qladiator velosipedlərinin istehsalı ilə məşğul idi) emalatxanasında iş verilir, və burada o, yanma mühərriki haqqında bilməyin mümkün olduğu hər şeyi öyrənməyə nail olur. Onu da deyirlər ki, o, De Dion-Butonla, Hotchkiss və ya Morsla da bir yerdə çalışmışdı. Lakin bir şey dəqiqdir: Lui "avtomobil virusunun" qurbanına çevrilir.

    Parisdə qazandığı pulla o, Amerika qitəsinə mühacirət etmək planını maliyyələşdirir, və bu mühacirətə Kanadadan başlayır.

    Kanada Kanada poytaxti - Ottava shahri. BMT va NATO aʼzosi hamda AQSh bilan „Erkin iqtisodiy savdo aylanmasi toʻgʻrisida“gi shartnomasi tuzgan. Birlashgan qirollik dominioni. 1931-yilda suveren huquqi berilgan.
    Monrealda, o, sürücü və mexanik (hansı ki, həmin zamanlarda eyni şey sayılırdı) vəzifələrində çalışır, yalnız sonradan bir neçə aydan sonra cibində olan az miqdarda pullarla Nyu-Yorka yollanır.



    Ralli yarışlarında idman maşınlarının sürücüsü olan zaman qazandığı böyük uğurlar və baş verən ağır yol qəzaları

    Nyu-Yorkda, o, ilk dəfə Uilyam Volterin, Bruklinə İsveçrədən mühacirət etmiş Bilin maşınqayırma emalatxanasında işləmişdir. 1901-ci ildə Lui De Dion-Butonun Amerikadası filialına daxil olur. O, 1905-ci ildə ilk ralli yarışlarında iştirak edən zaman onun adı qəzetlərin ilk səhifəsində çıxır. O, möhtəşəm dəbdəbəyə malik olan Fiat avtomobili ilə çıxış edir, və özünün ilk cəhdində "Üç Mil" yarışında qələbə qazanır və bir mil məsafədə yeni sürət rekordunu rəsmiləşdirir. Onun avtomobilinin orta sürəti 109.7 km/saat idi. Bu nailiyyət həmin gecə ona əsl şöhrət gətirir və elə həmin il o, özünün başqa dünya rekorduna imza atır. O, həmçinin 68 mil məsafədə də olan dünya rekordunu təzələyir. 1906-ci ildə o, aparıcı ön çarxlara malik olan və Darracq V8 mühərriki ilə təchiz olunan yeni ralli avtomobilin dizayn olunmasında köməklik göstərmək üçün Volter Kristinin başladığı işə qoşulur. Nəticə daha bir yeni dünya rekorduna nail olur - 191.5 km/saat.

    Amma onun taleyində Chevrolet adı ilə məşhur olmaq yazılmışdı: Sonrakı illərdə, Artur və Qaston qardaşları da avtomobil yarışları aləminə məşhur qardaşlar kimi daxil olurlar, və bu yarışların cədvəlində üç Şevrole mübarizə aparmağa başlayır. Əksər hallarda, Lui bu yarışların qəhrəmanı olur və Amerikalılar tərəfindən məhəbbətlə "cəsur Fransız" ləqəbini qazanır.

    Növbəti bir neçə il ərzində Lui bir çox yarışlarda mübarizə aparır, Buick, Cornelian və hər şeydən əvvəl öünün yığdığı Frontenac avtomobillərində çıxış edir. 1916-ci ildə Qaston və Lui hər ikisi "İndianapolisdə 500" yarışlarında Frontenac avtomobilində çıxış edirlər, lakin heç biri yarışı başa vura bilmir. Birinci Dünya Müharibəsindən sonra, 1919-ci ildə, böyük ralli yarışları yenidən başlayır. İndianapolisdə baş verən bəzi çox ağır yol qəzalarından sonra, ralli yarışlarında Chevrolet avtomobilləri yarışlarda pis çıxış etmirlər, Luinin Şevrolesi finişə yeddinci və Qastonun avtomobili onuncu çatır.

    Bir il sonra, yeddi Frontenacs avtomobili (onlardan dördü Monroe adı altında çıxış edirdi) İndianapolis yarışlarına vəsiqə qazanır, amma bu tədbirdə dramatik bir hadisə baş verir: Lui Şevrole, həmişə öz avtomobillərinə yeni avadanlıqlar əlavə etməyi xoşladığı üçün bu dəfə vanadium materialından hazırlanmış təzə aldığı yüngül çubuqlardan istifadə etməyi qərara almışdı. Təəssüf ki, vanadium lazımınca bərkidilməmişdi. Bunun nəticəsində də, avtomobillər bir-birinin ardınca dayanmağa məcbur oldular. Yalnız Qastonun Chevrolet finişə çata bildi, və bu əfsanəvi yarışda 141 km/saat orta sürətlə çıxış edərək qələbə qazandı.

    Amma qardaşlarının idman karyerası öz işini gördü. 1905 və 1920-ci illər arasında baş vermiş qəzalardan sonra Lui Şevrole xəstəxanada ümumilikdə üç il müddətində olmuşdur. 1920-ci il Noyabrın 25-də, onun qardaşı Qaston Los-Ancelesdə Beverli Hils yarışları zamanı öldürülür. Bundan sonra Lui Şevrole heç zaman yenidən ralli yarışlarında iştirak etmir.



    Dahi mütəxəssisin adını daşıyan avtomobil brendində mübahisəli bir məsələ var

    Ralli yarışlarında Buick avtomobilini idarə edən zaman, Lui Şevrolenin və Uilyam C. Durantın, General Motors şirkətinin təsisçisinin, yolları bir neçə dəfə kəsişmişdi.

    General (lot. generalis - umumiy, bosh) - qurolli kuchlardagi harbiy unvon (daraja). Dastlab, 16-a.da Fransiyada joriy qilingan. Rossiyada 17-a.ning 2-yarmidan maʼlum. Oʻzbekiston qurolli kuchlarida G.
    "Billi" Durant Lui Şevrolenin möhtəşəm ustalığını tanıyır və 1911-ci il Noyabrın 3-də onunla birgə "Chevrolet Motor Avtomobil Şirkətinin" əsasını qoyurlar. 1912-cu ilin əvvəlində Detroytda Chevrolet avtomobil zavodunda ilk altı klassik model istehsal olunur.

    Lui Şevrole həmişə yüksək keyfiyyətli avtomobil yaratmaq niyyətində olmuşdu, amma Durant isə "xalq üçün avtomobil brendləri" yaratmağa üstünlük verirdi. Onun məqsədi mümkün qədər ucuz avtomobil istehsal etmək idi. Bu iki təxəyyülün heç biri öz bəhrəsini vermir və nəticədə, 1913-ci ildə Lui Şevrole təslim olur və öz şirkətini tərk edir. O, bununla belə, öz adını arxada saxlayır.

    Chevrolet markası Durantın planlarına uyğun olaraq sürətlə inkişaf etdiyi halda, bu zaman Lui Şevrole öz orijinal ehtiraslarına uyğun olaraq ralli yarışlarında mübarizə apara biləcək ən yaxşı və müasir nəqliyyat vasitəsini yaratmaq planına qayıdır. Bu məqsədlə o, 1914-ci ildə "Frontenac Motor Korporasiyasını" təsis edir. Həmin vaxtlarda ilk ralli yarışlarında çıxış edən Frontenacs avtomobilləri yüksək texnologiyaya malik olub çoxlu miqdarda alüminiumdan hazırlanmış ehtiyat hissələrindən yığılmışdı və artıq bəzi xüsusiyyətlərinə görə, məsələn - arxa oxun diferensial vasitəsilə kilidlənməsi - lovğalana bilərdi.

    Lui Şevrolenin qazandığı ən yeni nailiyyətləri tezliklə yenidən dünya avtomobil sənayesinin diqqətini cəlb edir və o, çətin iqtisadi vəziyyətə baxmayaraq, "Stutz Motorcar Co" şirkətində ilk Frontenac modellərinin istehsal olunmasına nail olur. Tezliklə, 1920-ci ildə bu avtomobil Amerika sənayesi üçün parlaq nümunəyə çevrilir.

    Lakin Lui Şevrole özünün avtomobil dizayn işlərini davam etdirmək istəyirdi. 1926-ci ildə qardaşı Arturla birlikdə, o, "Chevrolair 333"adı altında yüngül təyyarə mühərriki istehsal edən bir şirkətin əsasını qoyurlar. Onunla qardaşının arasında münasibət pozulan zaman bu şirkətin fəaliyyətinə sonqoyulur.

    Bununla əlaqədar olaraq, Lui dərhal İndianapolisdə " Chevrolet Air Car Company" şirkətini yaradır, amma bu şirkət də, sonradan iqtisadi böhran zamanında yenidən bağlamaq məcburiyyətində qalır. O, 1932-ci ildə özünün son böyük "mühəndis ixtirasını" - 10 ədəd silindrdən ibarət olan radial şəkilli mühərriki icad edir və bunun istehsalı başlamaq məqsədi ilə patent almaq üçün müraciət edir. Nəhayət ki, 1935-ci il Fevralın 19-da bu patent qeydiyyatdan keçir, lakin həmin vaxt Luinin artıq yenidən şirkət yaratmağa gücü qalmamışdı. Bunun əvəzində, o, öz peşəkar karyerasının əvvəlində olduğu kimi çilingər işləyirdi. Və onun işlədiyi şirkət Detroytda yerləşən Chevrolet avtomobil istehsalı zavodu idi.

    1934-ci ildə Lui Şevrolenin halı pisləşir və və o, insult keçirir. Həmin il, onun 27 yaşlı oğlu Çarlz dünyasını dəyişir. Onun ikinci oğlu, Alfred, 1971-ci ilə qədər Detroytda yaşamış və 59 yaşında dünyasını dəyişmişdi.

    Lui Şevrole 1941-də iyunun 6-da Detroytdan şərqdə yerləşən Leykvudda öz evində 63 yaşında, dünyasını dəyişib. O, öz arxasında onun adını daşıyan milyonlarla avtomobilləri geridə qoyur. Bir amerikalı jurnalist ondan bir dəfə onun adının belə məşhur olmağının səbəbinin Chevrolet brendinə görə olmasını və ya bu mülahizənin əksinə olub-olmamasını soruşur. Chevrolet ona təbəssümlə cavab verir: "Burada, şübhəsiz hər kəsin öz azacıq payı var. Lakin bir şey dəqiqdir: Mən orada birinciyəm".

    ###
    Əlaqə:


    Beáta Novák

    Marketing and PR Manager

    Tel.: 36 23 446 650

    Mobile: 36 30 247 1765



    beata.novak@gm.com


    Download 46,38 Kb.
      1   2   3




    Download 46,38 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Chevrolet şirkətinin arxasında duran insan İsveçrədən gəlmişdi

    Download 46,38 Kb.