Beynəlxalq yük daşımalarının




Download 294.02 Kb.
bet19/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   15   16   17   18   19   20   21   22   ...   77
Beynəlxalq yük daşımalarının obyektini yük təşkil edir. İki və daha çox dövlət arasında həyata keçirilən daşımanın obyekti sərnişin olarsa, belə daşımalar beynəlxalq sərnişin daşımaları adlanır. Beynəlxalq daşımanın obyekti qismində baqaj çıxış edərsə, bu növ daşımalara beynəlxalq baqaj daşımaları deyilir.

Dəmir yolu nəqliyyatında daşımanın obyekti yük baqajı da ola bilər. Belə ki, sərnişin daşınması nəinki baqaj daşınması ilə, hətta yük baqajının daşınması ilə müşayiət oluna bilər. Yük baqajı dedikdə sərnişin və poçt-baqaj qatarlarında daşınan yük və digər maddi nemətlər başa düşülür. Belə halda, beynəlxalq daşımanın yük baqajı daşınması kimi növündən danışmaq lazımdır.

Nəqliyyat əməliyyatlarının vaxtaşırı olub-olmamasına görə beynəlxalq daşımaların iki növü fərqləndirilir: beynəlxalq müntəzəm daşımalar, beynəlxalq qeyri-müntəzəm daşımalar.

Beynəlxalq müntəzəm daşımaların, hər şeydən əvvəl, əsas əlamətlərini müəyyənləşdirək. Bu əlamətlər onu qeyri-müntəzəm beynəlxalq daşımalardan fərqləndirməyə imkan verir. Həmin əlamətlərə aşağıdakılar aiddir:

-birinci, beynəlxalq müntəzəm daşımaların əsas və başlıca əlaməti ondan ibarətdir ki, bu növ daşımaları həyata keçirən nəqliyyat (daşıma) vasitəsi (avtomobil, hava gəmisi və s.) əvvəlcədən rəsmi surətdə elan olunmuş cədvəl üzrə hərəkət edir. Hərəkət cədvəli geniş həcmli informasiya verir. Bu isə o deməkdir ki, beynəlxalq müntəzəm daşımalar vaxtaşırı həyata keçirilir. Vaxtaşırılıq onun əsas əlamətidir. Beynəlxalq qeyri-müntəzəm daşımalar isə bu cür əlamətdən məhrumdur. Belə növ daşımalar təlabat olduqda və ya ehtiyac yarandıqda həyata keçirilir;

-ikinci, beynəlxalq müntəzəm daşımalar əvvəlcədən rəsmən elan olunmuş və müəyyən edilmiş daşıma şərtləri əsasında həyata keçirilir. Bu şərtlər daşıma qaydalarında, tariflərdə və digər sənədlərdə nəzərdə tutulur. Özü də daşıma şərtləri bütün müştərilər (yükgöndərənlər və sərnişinlər) üçün eyni cür müəyyənləşdirilir. Digər tərəfdən, daşıma müqaviləsinin bağlanmasında hər hansı bir müştəriyə nisbətən digərinə üstünlük verilməsi istisna olunur. Bu o deməkdir ki, beynəlxalq müntəzəm daşımalarla bağlı müqavilə ümumi müqavilə hesab edilir .





Download 294.02 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Beynəlxalq yük daşımalarının

Download 294.02 Kb.