Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




Download 294.02 Kb.
bet16/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   12   13   14   15   16   17   18   19   ...   77
Yerdəyişmə anlayışı.

Sərnişin daşımaları nəzəriyyəsində yerəyişmə dedikdə əhalinin öz məqsədlərinə uyğun olaraq (yolüstü digər aralıq cazibə mərkəzlərinə getməmək şərti ilə) yola düşmə məntəqəsinin (YDM) qapısından təyinat məntəqəsinin (TM) qapısına kimi cazibə mərkəzləri arasındakı hərəkəti başa düşülür. Yerdəyişmənin sadə, mürəkkəb, piyada və nəqliyyat kimi növləri vardır.



Sadə yerdəyişmə YDM-nin qapısından TM-nin qapısına kimi piyada və ya nəqliyyat növünü dəyişmədən hər hansı nəqliyyat növü ilə yerinə yetirilən nəqliyyat gedişinə deyilir.

Mürəkkəb yerdəyişmə YDM-nin qapısından TM-nin qapısına kimi olan yerdəyişmə olub, ya piyada və nəqliyyat, ya da növünü dəyişməklə yalnız nəqliyyat gedişlərindən təşkil olunan yerdəyişməə deyilir.

Nəqliyyatdan istifadə etməklə həyata keçirilən yerdəyişməyə nəqliyyat yerdəyişməsi deyilir.

Mürəkkəb yerdəyişmələri yerdəyişmə zənciri ilə qarışıq salmamaq məsləhətdir. Yerdəyişmə zənciri ardıcıl yerinə yetirilən bir neçə yerdəyişmənin məcmusu hesab olunur. Yerdəyişmə zəncirinə daxil olan yerdəyişmələr sadə və mürəkkəb, həmçinin piyada, nəqliyyat və qarışıq ola bilərlər.

Yerdəyişmənin əsas xarakteristikaları onun uzaqlığı (uzunluğu), çatdırma sürəti və yerdəyişməyə sərf olunan vaxtdır. Yerdəyişmənin ümumi xarakteristikası – yerdəyişməyə sərf olunan vaxt tyer, yerdəyişmənin uzunluğu lyer və yerdəyişmədə çatdırma sürəti ilə təyin olunur.

Yerdəyişməyə sərf olunan vaxtı çatdırmanın çətinliyi adlandırırlar. Bəzi hallarda çatdırmanın çətinliyinə ümumiləşdirilmiş xarakteristika kimi baxılır ki, bu da özündə yerdəyişməyə vaxt sərfini, hərəkət tərkibinin komfortluluğunu, hərəkət tezliyi və müntəzəmliyini, nəqliyyatı gözləməyə sərf olunan vaxtın xüsusi çəkisini və s. birləşdirir.

Ümumi halda yerdəyişməyə sərf olunan vaxt aşağıdakı vaxtlardan təşkil olunur:

- YDM-nin qapısından dayanacağa qədər olan piyada hərəkət;

- dayanacaqda nəqliyyatı gözləmə;



- nəqliyyatda hərəkət;

- dayanacaqdan TM-nin qapısına kimi piyada hərəkət vaxtı.

Beləlikə, yerdəyişmədə çatdırma çətinliyi



olacaqdır.

Yerdəyişmə çətinliyinin tərkib hissələrinin xüsusi çəkiləri müxtəlif ola bilər. Orta hesabla nəqliyyat toplananı tnaq≈50%, piyada hərəkətə sərf olunan vaxt 2tpiy≈30% və nəqliyyatı gözləmə vaxtı tg=20%.



Download 294.02 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

Download 294.02 Kb.