• Potensial hərəkətlilik
  • Realizə oluna bilən hərəkətlilik
  • Ümumi hərəkətlilik
  • Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




    Download 294.02 Kb.
    bet15/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   11   12   13   14   15   16   17   18   ...   77
    Əhalinin hərəkətliliyi.
    Əhalinin hərəkətliliyi onların yerdəyişmələrinin intensivliyinin kəmiyyətcə ifadəsidir. Hərəkətliliyin potensial, realizə oluna bilən, ümumi, piyada və nəqliyyat hərəkətliliyi kimi anlayışlarını ayırd edirlər. Ümumi halda hərəkətlilik dedikdə baxılan əhali qrupu üzrə hesabat müddəti ərzində (adətən il, sutka və ya saat) bir nəfərə düşən yerdəyişmələrin sayı başa düşülür. Əgər yerdəyişmələrdəH adam iştirak edirsə və il ərzində yerinə yetirilən yerdəyişmələrin ümumi sayı A qədərdirsə, onda hərəkətlilik

    H=A/H


    olar.

    Potensial hərəkətlilik əhalinin bioloji və ictimai tələbatı, dövrün sosial-iqtisadi xarakteristikaları, istehsalat hazırlığı, informasiya vasitələri və rabitənin inkişafı, mədəni tələbatları ilə müəyyənləşən hərəkətliliyinə deyilir. Qarşılıqlı əlaqələrin çoxluğuna və mürəkkəbliyinə görə potensial hərəkətliliyi hesabi yolla təyin etmək mümkün olmur.

    Realizə oluna bilən hərəkətlilik verilmiş vaxt və fəza şəraitində həyata keçirilən faktiki yerdəyişməyə deyilir. O çatdırma çətinliyindən asılıdır və tədqiqatlar vasitəsilə təyin oluna bilər. Şəhər əhalisinin realizə oluna bilən hərəkətliliyi şəhərlərin planlaşdırma xüsusiyyətlərindən, onların ölçülərindən, xidmətdən, nəqliyyat sistemlərinin inkişafından asılıdır. Hərəkətliliyin bir yerdəyişməyə orta vaxt sərfi aşağıdakı kimi təyin edilir:

    Burada Aij – i və j mərkəzləri arasında yerdəyişmələrin sayı; tij – i və j mərkəzləri arasında yerdəyişməyə sərf olunan vaxtdır.



    Ümumi hərəkətlilik yerdəyişmədə iştirak edən bütün əhali qruplarının vahid zamandakı (il, sutka) yerdəyişmələrinin miqdarının şəhər ərazisində qeydiyyatı olan əhalinin sayına nisbətidir.

    Mütləq hərəkətlilik yerdəyişmədə iştirak edən hər hansı əhali qrupuna aid olan adamın vahid zamandakı yerdəyişmələrinin miqdarıdır.

    Şəhər yollarında yerdəyişmələrin bir hissəsi piyada, digər hissəsi isə kütləvi sərnişin nəqliyyatı (KSN), ya da fərdi sərnişin nəqliyyatı (FSN) ilə yerinə yetirilir. Bununla əlaqədar olaraq ümumi hərəkətliliyi piyada və nəqliyyat hərəkətliliyinə, nəqliyyat hərəkətliliyini isə KSN və FSN-dakı hərəkətliliyə bölürlər:





    Burada Apiy və Anaq – il ərzindəşəhər əhalisinin bir nəfərinə düşən piyada və nəqliyyat yerdəyişmələrinin sayı; AKSN və AFSN – il ərzində şəhər əhalisinin bir nəfərinə düşən KSN və FSN ilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin sayı; hpiy, hnaq, hKSN, hFSN – uyğun olaraq piyada, nəqliyyat, KSN və FSN hərəkətliliyidir.

    Qeyd etmək lazımdır ki, nəqliyyat hərəkətliliyini nəqliyyat vasitələrində istifadə etməklə il ərzində şəhər əhalisinin bir nəfərinin yerinə yetirdiyi yerdəyişmələrin sayı kimi təyin edirlər.




    Download 294.02 Kb.
    1   ...   11   12   13   14   15   16   17   18   ...   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

    Download 294.02 Kb.