• Daşıma həcmi
  • Nəqliyyat yolu
  • Daşıma prosesinin fəaliyyət göstəriciləri




    Download 294.02 Kb.
    bet11/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   7   8   9   10   11   12   13   14   ...   77
    Daşıma prosesinin fəaliyyət göstəriciləri

    Yüklərin istehsal yerindən istehlak yerinə yerdıyişməsinə maddi axının fəza – koordinat sistemindəki hərəkəti kimi baxmaq olar. Bu axın 3 parametrlə xarakterizə edilir: daşıma həcmi, daşıma məsafəsi və yerdəyişmə vaxtı. Ümumi halda yüklərin yerdəyişməsi istehsal, istehlak və aralıq məntəqələrlə əlaqədar olur. Istehsal məntəqələrində yükün hərəkət tərkibinə yüklənməsi, istehlak yerlərində - boşaldılması, aralıq məntəqələrdə isə yükün bir nəqliyyat növündən digərinə ötürülməsi və ya saxlanmaya verilməsi yerinə yetirilir.

    Daşıma prosesinin ölçülməsi göstəricilər sisteminin köməyi ilə həyata keçirilir. Bu system əsas 3 göstəricinin bazasında qurulur: nəqliyyat kütləsi (daşıma həcmi), nəqliyyat yolu (daşıma məsafəsi) və nəqliyyat vaxtı.

    Daşıma həcmi (skalyar) vector kimi göstərilə bilər. Daşıma həcminin vector anlayışı özündə yükün həcmindən başqa yük göndərən və yük alanlar barəsində informasiyanı da birləşdirir. Bunula belə daşıma həcminin vector anlayışı statik kəmiyyət kimi qəbul olunur. Belə ki, özündə gedilmiş yolu və bunun üçün lazım olan vaxtı əks etdirə bilmir. Daşıma həcminin ölçü vahidi olaraq ton qəbul edilmişdir.

    Nəqliyyat yolu (daşıma məsafəsi) təkcə istehsal və istehlak məntəqələri arasındakı məsafə ilə yox, həm də özünün istiqaməti ilə səciyyələnir. Riyazi nöqteyi- nəzərdən nəqliyyat yolu vektorial kəmiyyətdir. A məntəqəsindən B məntəqəsinə olan yol B məntəqəsindən A məntəqəsinə olan yolun eyni deyildir. Sxematik olaraq nəqliyyat yolu istehsal məntəqəsini istehlak məntəqəsi ilə birləşdirən düz xətt kimi verilir. Həqiqətdə isə konkret məsələdən asılı olaraq nəqliyyat yolu marşrut kimi, qısa məsafə kimi və s. şəkildə nəzərə alınır. Avtomobil nəqliyyatında nəqliyyat yolunun ölçü vahidi kilometr (km)-dir.



    Download 294.02 Kb.
    1   ...   7   8   9   10   11   12   13   14   ...   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Daşıma prosesinin fəaliyyət göstəriciləri

    Download 294.02 Kb.