Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




Download 294.02 Kb.
bet1/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
  1   2   3   4   5   6   7   8   9   ...   77

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

Ümumtexniki fənlər və nəqliyyat” fənn birləşməsi


Vahid nəqliyyat sistemi”

fənnindən mühazirələr.


Giriş

Bu gün biz həyatı nəqliyyatsız təsəvvür edə bilmirik. Hətta, təbiət və öz düşüncüləri ilə təklikdə qalmaq üçün, insan dağlara çəkilsə belə göydə uğuldayan təyyarələrin səsi onu öz düşüncələrindən ayıracaqdır. Avtobuslar, minik avtomobilləri, trolleybuslar, tramvaylar, marşrut taksilər, gəmilər, təyyarələr və s. – bütün bunlar bizi əhatə edib öz yolları ilə harasa aparırlar. Nəqliyyatın vəziyyətinə görə ölkənin rifah səviyyəsi də qiymətləndirilir. Nəqliyyatın köməyi ilə biz Yer kürəsinin müxtəlif yerlərinə gedə bilər və əlçatmaz ənginlikləri fəth edə bilərik.

Nəqliyyat sözü latın köklü iki sözdən: trans – «-dan, -dən» və portare – «aparmaq» - əmələ gəlmişdir. Nəqliyyat müəyyən mənada ölkənin gücünü təyin edən strateji mühüm kompleksdir. Ölkəmizin keçmiş dövrü üçün xarakterik olan ictimai mülkiyyət praktiki olaraq bütün nəqliyyat növlərində digər mülkiyyət növləri ilə əvəz olunmuşdur. Əgər əvvəllər nəqliyyat növlərinin idarə edilməsi məsələləri ayrı – ayrı nəqliyyat nazirliklərində yerinə yetirilirdisə, hal – hazırda bu iş Azərbaycan respublikasının nəqliyyat nazirliyində cəmləşdirilmişdir. Bazar şəraitində vahid nəqliyyat sisteminə yanaşma bir qədər dəyişilmişdir. Bu gün meydana çıxan konkurensiya bir nəqliyyat növünün digərinə qarşı qoyulması kimi yox, nəqliyyatın inkişafına təkan verən, nəqliyyat xidmətlərinin maya dəyərini aşağı salmaq və çatdırma sürətini artırmaq üçün nəqletmənin yeni proqressiv texnoloqiyalarının axtarışına şərait yaradan amil kimi qəbul edilməlidir. Nəqliyyat xidmətlərinin dəyəri daşınan yüklərin son qiymətlərində özünü göstərdiyi üçün sifarişçilər öz mallarını daha ucuz nəqliyyat növləri ilə daşımağa üstünlük verirlər. Sərnişinlərin daşınmasına çəkilən xərclərin dəyər anlamından başqa sosial əhəmiyyəti də vardır. Nəqliyyat xərcləri ailə büdcəsinin müəyyən faizindən artıq olmamalıdır. Dünyanın bir çox ölkəsində əhalinin ayrı – ayrı zümrələrinə nəqliyyat xərcləri üçün dotasiyalar verilməsi nəzərdə tutulur.

Hal – hazırda nəqliyyat siyasəti məsələlərində dünyanın ən çox inkişaf etmiş hissəsinin - Avropa Birliyi ölkələrinin əsas qüvvəsi aşağıdakı istiqamətlərdə cəmləşdirilmişdir:

Transavropa şəbəkəsinin yaradılması;

Nəqliyyat növləri arasında balansın yenidən paylanması;

İnfrastrukturun lazımi maliyyə ilə təmin edilməsi;

Ətraf mühitin müdafiəsi;

Yollarda təhlükəsizlik səviyyəsinin artırılması;

Xüsusi proqramların («Marko Polo» (bu proqramın əsas qayəsi yük daşımalarının avtomobil nəqliyyatından ekoloji cəhətdən daha təmiz nəqliyyat növlərinə ötürülməsidir), «Qaliley» (bu proqramın əsas qayəsi intellektual nəqliyyat sistemlərinin yaradılmasının sürətləndirilməsi hesab olunur) və s.) həyata keçirilməsi.

Vahid nəqliyyat siyasəti Avropanın nəqliyyat yollarının universallaşdırılması ilə bərabər xidmət keyfiyyətinin və spektrinin artırılmasına, istehlak qiymətlərinin aşağı düşməsinə səbəb oldu. Bu isə Avropa istehlakçısının həyat keyfiyyətinin yaxşılaşdırılmasına, onun hərəkətliliyinin artırılmasına gətirib çıxarmışdır.




Download 294.02 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

Download 294.02 Kb.