Vahid nəqliyyat sistemi elementlərinin analizi




Download 294,02 Kb.
bet6/77
Sana04.04.2021
Hajmi294,02 Kb.
#14090
1   2   3   4   5   6   7   8   9   ...   77
Vahid nəqliyyat sistemi elementlərinin analizi.

Nəqliyyatın hər bir növü dörd əsas tərkib hissədən istifadə edir. Bu yollar, terminallar, hərəkət tərkibi və dartqı vasitələridir.



Yol nəqliyyat vasitələrinin öz funksiyasını yerinə yetirdiyi zaman hərəkət etdiyi mühitdir. Təbii yollar ucuz və genişdir, cari istismar xərcləri tələb etmir, onların süni yolla təkmilləşdirilməsi lazım deyildir. Təbii yollara dənizlər, hava fəzası, çaylar, piyada cığırları aiddir. Bu yollar təbii olduqlarına görə təbiətin bütün şıltaqlıqlarına məruz qalır və çox vaxt yaxşılaşdırma tələb edirlər. Çaylarda mövsümi yağışların yarada biləcəyi subaşmaların qarşısını almaq üçün nizamlanma aparılır. Onların dibinin dərinləşdirilməsi işləri görülür. Gəmiçiliyin çayın yuxarı hissələrində də təmin edilməsi məqsədilə onların qarşısına bəndlər vurulur. Avtomobil yolları, kanallar, dəmir yollları, tramvay yolları, tunellər və monorels yollar süni yollara aiddirlər. Adətən yol xərcləri ictimaiyyət tərəfindən ödənilir. Əgər yolun xərci vergiödəyiciləri tərəfindən ödənirsə, onlarda hərəkət üçün heç bir haqq alınmır. Əgər yol özəl kapital hesabına tikilmişdirsə, onda sahibkar bu yoldan öz şəxsi mülkiyyəti kimi istifadə edir.

Təbii yollardan başqa istənilən yolun salınması baha başa gələn tədbirdir. Buna görə də oraya çəkilən xərc qaytarılmalıdır. Bu, vergilər, müxtəlif yığımlar, yük və sərnişin daşıma tariflərinə, nəqliyyat vasitələrinin, ehtiyat hissələrinin, yanacağın satış qiymətlərinə əlavələr və s. şəklində alına bilir. Özəl yollarda isə hərəkət yolun sahibinin qoyduğu haqq əsasında yerinə yetirilə bilər.



Terminal elə məntəqədir ki, burada bir nəqliyyat şəbəkəsi qurtarır və digəri başlayır. Limanlar adətən gəmilərin terminalı hesab olunur, lakin həqiqətdə o, qatarlar, avtomobil, hava və boru kəməri nəqliyyatları üçün də terminal kimi qəbul olunmalıdır.


Download 294,02 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   77




Download 294,02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vahid nəqliyyat sistemi elementlərinin analizi

Download 294,02 Kb.