|
Terminalda müştərilərə göstərilən xidmət növləri
|
bet | 77/77 | Sana | 04.04.2021 | Hajmi | 294,02 Kb. | | #14090 |
Terminalda müştərilərə göstərilən xidmət növləri
Marketinq strategiyası və terminal kompleksinin yerinə yetirdiyi funksiyalara uyğun olaraq terminal müştərilərə aşağıdakı xidmət növlərini göstərə bilər:
gömrük yoxlamasının yerinə yetirilməsi, gömrük deklorasiyalarını və yüklərin müşahidə edici sənədlərinin hazırlanması. Yüklərin gömrükdən keçməsinə yardım;
yükləmə-boşaltma işlərinin yerinə yetirilməsi, yüklərin qapalı avtomatlaşdırılmış anbarda saxlanması. Buraya həmçinin ədədi-taralı yüklərin müvəqqəti və uzun müddətli, tez xarab olan yüklərin soyuducu kameralarda, xüsusi təhlükəli və qiymətli yüklərin xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə saxlanması da aiddir;
yüklərin çeşidlənməsi və göndərişlərin yaradılması;
konteynerlərin işlənməsi və saxlanması;
böyük yükgötürmə qabiliyyətli avtomobillərin qorunan duracaqlarla təmin olunması;
avtomobillərin yanacaqla doldurulması və yuyulması;
avtomobillərin diaqnostikası, kiçik və orta təmiri;
yük avtomobillərinin ehtiyat hissələrinin satışı;
müştərinin sərhəddə qarşılanması və terminala qədər müşaiəti və qorunmasının təmini;
özünün böyük yük götürmə qabiliyyətli avtomobilləri ilə daşımaların yerinə yetirilməsi və yüklərin gömrük nəzarəti altında ekspedisiyasının ( gömrük daşımaçı xidmətləri) təşkili;
yükün yerdəyişməsinə nəzarət də daxil olmaqla müştərilərəinformasiya xidməti;
müştərilərə poçt, teleqraf, internet və digər xidmətlərin göstərilməsi;
bank xidmətləri;
malların sertifikatlaşdırırlması xidməti;
müştərilərə mehmanxana, motel, yeməkxana, restoran və kafelərdə xidmət;
ofislər, ticarət nümayəndəlikləri, biznes-mərkəzlər, istirahət otaqları üçün icarəyə yer vermək və s.
|
| |