Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




Download 294.02 Kb.
bet73/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   69   70   71   72   73   74   75   76   77
Vahid texnoloji proses
Qovşaqlarda müxtəlif nəqliyyat növlərinin qarşılıqlı təsirinin daha təkmil forması vahid texnoloji proseslərdir. Vahid texnoloji proses qovşaqlarda əlaqədə olan nəqliyyat növlərinin işinin səmərəli təşkili sistemidir. Bu sistem qarşılıqlı əlaqə məntəqələrində nəqliyyat vasitələri və sərnişinlərə xidmət texnologiyasını əlaqələndirən, daşıma və xidmət olunan müəssisələrin istehsal prosesləri üçün ritm təmin edən bir sistemdir. Işlərin vahid texnoloji proses əsasında aparılması üçün aşağıdakı məsələləri həll edilir:

  • Stansiyalarda və sənaye nəqliyyatının dalan yollarında vaqonlarla və qatarlarla yerinə yetirilən əməliyyatların vahid qrafiklərinin hazırlanması;

  • Daşımaların marşrutlandırırlması, qatar və gəmilərin yaradılması planlarının vahid texnologiya üzrə birləşdirilməsi;

  • Yükləmə-boşaltma işlərinin vaxta və fəzaya görə ritmikliyinin təmin edilməsi;

  • Yüklərin göndərmə məntəqəsindən təyinat məntəqəsinə qədər bütün yol boyu razılaşdırılmış hərəkət qrafiklərinin işlənilməsi.

Vahid texnoloji proses bir neçə ardıcıl mərhələlərdə işlənilir:

  1. Nəqliyyat qovşaqlarında qarşılıqlı əlaqə məntəqələrinin vəziyyətinin dəqiq və dərin tətbiqi nəticəsində texniki təchizat və iş texnologiyasının elə çatışmamazlıqları aydınlaşdırılır ki, onların aradan qaldırılması iş şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırsın.

  2. Qovşaqda, yüklərin əlaqə məntəqələri, hər məntəqənin ayrı-ayrı texnoloji xətləri arasında paylanması optimallaşdırılır. Nəqliyyat vasitələri ilə aparılacaq əməliyyatların qaydası, ardıcılllığı müəyyən olunur.

  3. Mövcud normativlərə əsasən gəmilərin. Vaqonların, avtomobillərin texniki. Manevr, kommersiya əməliyyatlarının müddəti müəyyən olunur və qovşaöın hər bir elementinin texnoloji qrafiki işlənilir. Sadə texnoloji qrafiklər tərtib olunduqdan sonra ümumi tsiklə sərf olunan vaxtın azaldılması məqsədilə əməliyyatların birləşdirilmə imkanları aydınlaşdırılır.

  4. Qarşılıqlı əlaqədə olan nəqliyyat növlərinin hərəkət tərkiblərinin sənədlərinin işlənilmə qrafikləri tərtib edildikdən sonra sutkalıq vahid plan – qrafik tutulur.

  5. Nəqliyyat vasitələrinin qarşılıqlı təsir məntəqələrinə gəlmə və yola düşməsinin hesabi intervalları onların texnoloji emal intervallarına uyğun götürülür:



  1. Hər hansı müddət ərzində boşaldıb – yükləmə məntəqəsinə gələn nəqliyyat vasitələrinin sayı Nk və ya yükün miqdarı Qk uyğun boşaldıb-yükləmə cəbhələrinin məhdudlaşdırıcı elementlərinin buraxma qabiliyyətindən Nkj(Qkj) artıq olmamalıdır, yəni

NkNkj və ya QkQkj


Download 294.02 Kb.
1   ...   69   70   71   72   73   74   75   76   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

Download 294.02 Kb.