Müxtəlif nəqliyyat növlərinin prinsipial sxemi




Download 294.02 Kb.
bet70/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   66   67   68   69   70   71   72   73   ...   77
Müxtəlif nəqliyyat növlərinin prinsipial sxemi
Əgər 100 km-ə qədər olan daşıma məsafəsini qısa, 100-500 km orta və 500 km-dən yuxarını uzaq qəbul etsək müxtəlif nəqliyyat növlərinin tətbiqinin aşağıdakı prinsipial sxemini vermək olar:

  1. Dəmir yolu nəqliyyatı – uzaq və məsafələrdə yük, orta məsafələrdə və şəhərətrafı rabitələrdə əsas sərnişin nəqliyyatı növüdür.

  2. Avtomobil nəqliyyatı – yüklərin qısa məsafələrdə, qiymətli (xüsusilə tez xarab olan) yüklərin orta məsafələrdə, sərnişinlərin qısa və orta məsafələrdə daşınmasında kütləvi nəqliyyat növüdür.

  3. Hava nəqliyyatı – sərnişinlərin uzaq və bəzi orta məsafələrdə, qiymətli və defisit yüklərin çox uzaq məsafələrdə daşınmasında əsas nəqliyyat növüdür.

  4. Çay nəqliyyatı – çay yollarının cazibə dairəsində orta və uzaq məsafələrə kütləvi yüklərin daşınmasında, sərnişinlərin kruiz məqsədləri ilə daşımalarında əsas nəqliyyat növüdür.

  5. Dəniz nəqliyyatı – xarici ticarət yüklərinin kütləvi daşımalarında, həmçinin dəniz yollarına rahat çıxışı olan rayonlarda kabotaj yüklərinin daşınmasında əsas nəqliyyat növüdür, eyni zamanda dəniz nəqliyyatı kruiz üzrə sərnişinlərin daşımalarını da yerinə yetirir.

  6. Boru kəməri nəqliyyatı – neft və qaz yüklərinin istənilən məsafəyə daşınmasında kütləvi xüsusiləşdirilmiş nəqliyyat növüdür.

Göstərilən təsnifat müxtəlif nəqliyyat növlərinin əsas fəaliyyət dairəsini əks etdirir. Bu o demək deyildir ki, əsas fəaliyyət dairəsindən kənarda bu və ya digər nəqliyyat növü hər hansı konkret daşıma üçün ən səmərəli ola bilməz.


Download 294.02 Kb.
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müxtəlif nəqliyyat növlərinin prinsipial sxemi

Download 294.02 Kb.