• Elektrikləşdirilmiş dəmir yolu
  • Metropoliten
  • Marşrut taksilər
  • Asma-kanat nəqliyyat.
  • Su nəqliyyatı
  • Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




    Download 294.02 Kb.
    bet68/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   64   65   66   67   68   69   70   71   ...   77
    Şəhər nəqliyyatı

    Şəhər dedikdə əhalisinin sayı müəyyən həddə çatmış və əsas etibarı ilə sənaye, nəqliyyat, ticarət və mədəni və inzibati-siyasi funksiyaları yerinə yetirən yaşayış məntəqəsi başa düşülür. Şəhər nəqliyyatı sistemi çoxsahəli şəhər təsərrüfatının bir hissəsi olub özündə aşağıdakıları birləşdirir: nəqliyyat vasitələri; yol qurğuları (rels yollar, tunellər, estakadalar, körpülər, yol keçidləri, stansiyalar, duracaqlar); elektrik təhcizatı stansiyaları; təmir emalatxanaları və zavodları; depolar, qarajlar, texniki xidmət stansiyaları və s. Şəhərin nəqliyyat sisteminə həmçinin velosipedlər də daxildir və bunun üçün səkilərdə xüsusi velosiped yolları salırlar.



    Elektrikləşdirilmiş dəmir yolu əksər şəhərlərin şəhərətrafı zonasında sərnişinlərin daşınması üçün əsas nəqliyyat növü olaraq istifadə edilir. Sərnişinlərin rahatlığı üçün böyük əhəmiyyət kəsb edən əsas məsələlərdən biri bu yolların digər nəqliyyat növləri ilə qovuşma məsələsidir.

    Metropoliten, adətən əhalisinin sayı 1 mln nəfərdən çox olan şəhərlərdə tikilir. Sərnişin axını bir istiqamətdə ən azı 25 min sərnişin/saat olmalıdır. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Qərbi Avropada 1 km ikiyollu metro xətti 10-20 mln dollara başa gəlir. Metropoliten küçədənkənar nəqliyyat növü olduğu üçün rabitələri daha tez, təhlükəsiz və komfortlu olaraq yerinə yetirir. Bəzi ölkələrdə (İngiltərə, İsveçrə, ABŞ və s.) metropoliten yük daşımaları üçün də istifadə edilir. Bir sıra ölkələrdə isə daha uzaq olan rayonların bir-biri ilə birləşdirilməsi üçün metropolitenin mövcud xətlərinə paralel sürətli xətlər də çəkilir.

    Əhalsis 500 mindən yuxarı və 9 min sərnişin/saatdan çox sabit sərnişin axını olan şəhərlərdə əsas şəhər nəqliyyatı kimi tramvay istifadə edilir. Bəzi şəhərlərdə sabit sərnişin axını olan istiqamətlərdə şəhərin mərkəzi hissəsində yerin altında yerləşən sürətli tramvaylar tətbiq olunur.



    Trolleybus əhalisi 300 min və sərnişin axını 6-9 min sərnişin /saatdan çox olan şəhərlərdə tətbiq edilir. Daha böyük daşıma qabiliyyəti olan nəqliyyat növlərinin olmadığı halda trolleybus əsas, digər hallarda isə köməkçi şəhər nəqliyyatı kimi istifadə oluna bilər. Bəzi hallarda trolleybus uzunluğu 100 km-ə çatan marşrutlarda (Simferopol – Aluşta – Yalta) da tətbiq olunur.

    Avtobus əhalisi 250 minə qədər olan şəhərlərdə əsas, bəzi hallarda isə yeganə şəhər nəqliyyatı növü olaraq istifadə edilir.Avtobus xidməti praktiki olaraq bütün şəhərlərdə vardır. O, şəhərlə kənd arasındakı rabitədə əvəzedilməzdir. Dünyanın əksər şəhərlərində şəhər nəqliyyatı kimi metropoliten və avtobusdan istifadə olunur. Bəzi ölkələrdə xüsusi ayrılmış zolaqlarda sürətli avtobus rabitəsi tətbiq olunur. Ekspress daşıma texnologiyasının tətbiqi nəticəsində avtobuslarla daşıma sürəti 50-60 km/saata çatır. Los – Ancelesdə 20 km-lik trassada avtobus rabitəsinin sürəti 80 km/saata çatır. Belə tədbirlər avtobus xətlərinin buraxma qabiliyyətini 25 min sərnişin/saata çatdırmağa imkan verir.

    Marşrut taksilər avtobus rabitəsinin bir növü olub şəhərin məhdud ərazilərində şəhər nəqliyyatı stansiyalarını mikrorayonlarla əlaqələndirmək məqsədi ilə tətbiq edilir.

    Monorels nəqliyyatı iri yaşayış rayonlarının iş yerləri ilə, şəhər nəqliyyatının son stansiyalarını şəhərətrafı ərazilər, aeroportlar, istirahət zonaları, şəhər-peyklər ilə əlaqələndirmək üçün istifadə edilir. Əksər mütəzzəsislərin fikrincə monorels təmiz şəkildə gələcəkdə tətbiq üçün yararlı deyildir. Lakin onun ideyasını şəhər nəqliyyatı sistemlərində geniş istifadə edirlər.

    Asma-kanat nəqliyyat. Funikulyor və kanat yollar dağlıq və təpəlik relyefə malik şəhərlərdə istirahət zonaları, yaşayış rayonları, idman kompleksləri ilə rabitə yaratmaq üçün tətbiq edilir. Onların daşıma qabiliyyəti az olduğundan yerli əhəmiyyətli köməkçi nəqliyyat kimi istifadə edirlər.

    Su nəqliyyatı şəhər sərnişin daşımalarında gəzinti xarakterli gedişlərdə istirahət zonaları ilə əlaqə yaratmaq üçün tətbiq edilir.

    Hava nəqliyyatı (vertolyot) şəhərlərdə çox məhdud tətbiq edilir.

    Velosiped dünyanın bir sıra ölkələrində geniş yayılmışdır və fərdi nəqliyyat kimi istifadə edilir.

    Taksomotor nəqliyyatının tətbiqi yüksək çatdırma sürəti, komfortabellik, sərnişinlərin “qapıdan-qapıya” daşıması ilə bağlıdır. Şəhər hüdudlarında gedişin orta uzunluğu 3-8 km, şəhərdən kənarda isə 15-20 km təşkil edir.


    Download 294.02 Kb.
    1   ...   64   65   66   67   68   69   70   71   ...   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

    Download 294.02 Kb.