Daşımaların əsas nəqliyyat növləri arasında




Download 294.02 Kb.
bet69/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   65   66   67   68   69   70   71   72   ...   77
Daşımaların əsas nəqliyyat növləri arasında

səmərəli paylanması
Yük daşımalarının perspektiv planlaşdırılmasında daşıma həcmlərinin müxtəlif nəqliyyat növləri arasında paylanması məsələsini çox vaxt nəqliyyat xərclərinin minimum meyarına görə həll edirlər. Bu məqsədlə ayrı-ayrı xətlər və yük növləri üzrə çox variantlı texniki-iqtisadi hesabatlar aparılır, sonra onları bir-biri ilə uyğunlaşdırırlar. Çox vaxt bu məsələ həll olunarkən keçmiş illərdə yaranmış ənənəvi paylanma nəzərə alınır ki, bu da seçməni asanlaşdırır. əgər hər hansı nəqliyyat növü bu və ya digər daşımalarda aşkar üstünlüyə malikdirsə, onda uyğun daşımalar həmin nəqliyyat növünə təhkim edilir. Seçmə zamanı alternativ variantlar meydana çıxarsa, yəni hər hansı daşıma növü bir neçə nəqliyyat növü ilə yerinə yetirilə biərsə, onda onlardan optimal olanının seçilməsi məsələsi ortaya çıxır.

Verilmiş daşımaların yerinə yetirilməsi üçün optimal nəqliyyat növünün seçilməsi baxılan nəqliyyat növlərinin bir və ya bir neçə meyara görə müqayisəsi yolu ilə aparılır.

Optimallıq meyarı kimi ayrı-ayrı və ya ümumiləşdirilmiş göstəricilər qəbul oluna bilər. Ayrı-ayrı göstəricilərə nəqliyyat işi, şatdırma sürəti, yanacaq və enerji sərfi və ya digər natural göstəricilər aiddir. Əsas ümumiləşdirilmiş göstərici kimi daşımalara sərf olunan gətirilmiş xərclər qəbul olunur. Bu göstərici illik istismar xərcləri ilə verilmiş daşımaları yerinə yetirməyə lazım olan əsaslı qoyuluşun müəyyən hissəsinin cəmidir. Gətirilmiş xərclər aşağıdakı ifadə ilə müəyyən olunur:

XG=X+En(KT+DY)

X- hesabi daşımaları yerinə yetirmək üçün lazım olan illik istismar xərcləri, man; En - əsaslı qoyuluşun səmərəliliyinin normativ əmsalı, adətən 0,12 hədlərində qəbul olunur; KT – verilmiş daşımaları yerinə yetirmək üçün daimi qurğuların inkişafı və hərəkət tərkibinin alınmasına sərf olunan əsaslı qoyuluş, man; DY – nəqletmədə prosesində olan yük kütləsinin ümumi dəyəridir (xalq təsərrüfatının dövriyyə vasitələri), man.

Yolda olan yük kütləsinin miqdarı aşağıdakı ifadə ilə hesablanır:



Psut – yükün sutkalıq göndərş norması, t; lor – daşımaların orta uzaqlığı, km; Vsut – yükün orta sutkalıq yerdəyişmə sürətidir, km/sutka.

Daşımaların müxtəlif nəqliyyat növləri arasında paylanma məsələsi həll edilən zaman mövcud nəqliyyat xətlərinin buraxma qabiliyyəti kifayət qədər olduqda əsaslı qoyuluş xərcləri nəzərə alınmır. Əsas meyar kimi müəyyən korreksiyalardan sonra daşımaların maya dəyəri, həmçinin tariflər götürülə bilər. nəqliyyatın müxtəlif növlərinin inkişafı bir-biri ilə əlaqədar kompleks şəkildə aparılmalıdır. Bu zaman nəqliyyatın hansı növünün nə dərəcədə inkişaf etdirilməsi problemi yaranır və iki qarşılıqlı əlaqəli məsələnin həll olunmasını tələb edir:


  1. Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi ilə nəqliyyatın inkişaf səviyyəsi arasında optimal münasibətin tapılması;

  2. Nəqliyyatın ayrı-ayrı növlərinin inkişafında optimal münasibətlərin tapılması.

İstənilən nəqliyyat növünün mühüm səmərəlilik göstəricilərindən biri yük (sərnişin) daşımalarının çatdırma sürətidir. Dəmir yollarında orta texniki sürətin 45-50 km/saat, hərəkət sürətinin 80-90 km/saata bərabər olduğu halda, yüklərin çatdırma sürəti (yük göndərənin anbarından yük alanın anbarına kimi bütün yol boyu) 10-15 km/saat təşkil edir. Vaxt itkisi əsasən göndərmə və təyinat stansiyalarında, həmçinin texniki stansiyalarda qatar yaradılması prosesində müşahidə olunur. Dəmir yolunda sərnişinlərin çatdırma sürəti 50-70 km/saat, əksər qatarların hərəkət sürəti 80-100 km/saat, hətta 120-160 km/saat təşkil edir.

Dəniz və çay nəqliyyatında yüklərin çatdırma sürəti dəmir yolundakı sürətin 60-70%-i qədərdir. Boru kəməri ilə neft daşımalarının sürəti isə dəmir yolu sürətinin 40-50 %-ni təşkil edir.

Avtomobil nəqliyyatı yüklərin çatdırma sürətinin xeyli yüksək olması ilə fərqlənir və dəmir yolu nəqliyyatındakı sürətdən 1,8-2 dəfə çoxdur. Bəzi tədqiqatlara görə avtomobil nəqliyyatı yükləri 200 km məsafəyə dəmir yoluna nəzərən 5,5 dəfə, 50 km-ə isə 9-10 dəfə tez çatdırır. Əgər dəmir yolu daşımalarında avtomobil nəqliyyatı da iştirak edirsə bu nisbət avtomobil nəqliyyatının xeyrinə olaraq dəyişir.



Download 294.02 Kb.
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Daşımaların əsas nəqliyyat növləri arasında

Download 294.02 Kb.