Şəhərlərarası avtobus daşımalarının təşkili -




Download 294.02 Kb.
bet65/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   61   62   63   64   65   66   67   68   ...   77
Şəhərlərarası avtobus daşımalarının təşkili - Bu daşımalar uzunluğu 50 km-dən çox olzn şəhərdənkənar marşrutlarda yerinə yetirilir. Şəhərlərarası avtobus daşımaları aşağıdakı gedişlərin yerinə yetirilməsini təmin edir:

  • Şəhər və kənd əhalisinin respublikanın inzibati mərkəzlərinə kütləvi mədəni-məişət gedişləri;

  • Tarixi yerlərə turist, ekskursiya gedişləri;

  • Məzuniyyət müddətində şəhər və kənd əhalisinin istirahət evi, sanatoriyalara getməsi ilə əlaqədar gedişlər;

  • Mədəniyyət işçilərinin qastrol gedişləri və s.

Şəhərlərarası rabitələrdə avtobus marşrutunun seçilməsi və əsaslandırılmasında aşağıdakılar nəzərə alınır:

  • Şəhərlər arasında yolun olması, onun vəziyyəti, yol örtüyünün növü, istismar tələblərinə uyğun gəlməsi;

  • Sərnişin axınının mövsümə, ilin aylarına və həftənin günlərinə görə dəyişmə ehtimalı;

  • Bu nəqliyyat növü ilə paralel istiqamətdə başqa sərnişin nəqliyyatı növünün olması, gedişə sərf olunan vaxt və gediş rahatlığı;

  • Avtobus marşrutlarında sürücülərin əməyinin təşkili;

  • Bütün marşrut boyunca avtobusların hərəkət təhlükəsizliyinin tam təmin olunması üçün şəraitin olması.

Şəhərlərarası rabitələrdə avtobusun hərəkət cədvəli sərnişin axınını avtobusların hesablanmış hərəkət intervalını, avtobusun tutumunu, daşıma məsafəsini, avtomobil yolunun vəziyyətini nəzərə almaqla nəqliyyat müəssisənin istismar şöbəsi tərəfindən tərtib edilir.

Əgər şəhərlərarası daşımalarda sürücünün avtobusda olma müddəti 12 saatdan çox olarsa, reysə iki sürücü göndərilir.

Avtobisların hərəkət cədvəli aşağıdakıları əhatə etməlidir. Hər bir avtobusun parkdan çıxma vaxtı və marşrutda hərəkətə başlama vaxtı; marşrutda avtobusun işinin davam etmə müddəti; avtobusun xətdən çıxarılma və qayıtdıqdan sonra cədvələ salınma vaxtı; hər bir avtobusun marşrutda işini qurtarma vaxtı; parka yola salınma və parka gəlmə vaxtı.

Şəhərlərarası daşımada sərnişin uzun vaxt (2-12 saat) avtobusda keçirir ki, bu da yüksək komfortluluq tələb edir. Avtobusda yüksək komfortlu söykənəcəkli yumşaq oturacaqlar, salonun işıqlandırılması, salonun dolma dərəcəsi və idarəetmənin keyfiyyəti təmin edir.



Şəhərlərarası sərnişin avtobus daşımalarında avtobusların sayı hər bir marşrut üşün ayrılıqda aşağıdakı ifadə ilə hesablanır:


Burada Q- marşrutda daşınan sərnişinlərin illik sayı; - uyğun olaraq ilin ayları və istiqamət üzrə qeyri-müntəzəmlik əmsalları; - avtobusun nominal tutumu; - tutumdan istifadənin dinamik əmsalı; - sərnişin dəyişmə əmsalı; - gündəlik yürüş; - yürüşdən istifadə əmsalı; - xəttə çıxış əmsalı; - təqvim günlərinin sayıdır; - sərnişinin orta gediş məsafəsidir.


Download 294.02 Kb.
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəhərlərarası avtobus daşımalarının təşkili -

Download 294.02 Kb.