Avtobus daşımalarının idarə edilməsi




Download 294,02 Kb.
bet62/77
Sana04.04.2021
Hajmi294,02 Kb.
#14090
1   ...   58   59   60   61   62   63   64   65   ...   77
Avtobus daşımalarının idarə edilməsi
Daşıma prosesinin yüksək səmərəliliyi, əhalinin sərnişin daşımalarına olan artan tələbatının daha tam və vaxtında yerinə yetirilməsi, sərnişinlərə xidmət keyfiyyəti və mədəniyyətinin artırılması sərnişin avtomobil nəqliyyatının istismar fəaliyyətinə daha təkmil idarəetmə sisteminin tətbiq edilməsi şəraitində əldə edilir.

İdarəetmə dedikdə son məntəqədə ən az məsrəflərə nail olmağı təmin edən qarşılıqlı əlaqəli fəaliyyət kompeksi başa düşülür. Sərnişin avtomobil nəqliyyatının son məqsədi əhalinin nəqliyyat tələblərinin daha tam ödənilməsi, sərnişinlərə mədəni və keyfiyyətli xidmət göstərilməsidir.

Sərnişin avtomobil nəqliyyatı sistemi özündə bir sıra qarşılıqlı əlaqəli və kompleks fəaliyyət göstərən alt sistemləri birləşdirir:


  • nəqliyyat prosesinin təşkili;

  • hərəkət tərkibi (avtobus və minik avtomobilləri parkının strukturu);

  • avtomobillərin texniki qulluq və təmirinin istehsalat bazası;

  • avtomobil nəqliyyatının bina və qurğuları;

  • idarəetmə və rabitənin texniki vasitələri;

  • fəhlə, mühəndis-texniki işçilər və qulluqçular, elmi və layihə təşkilatlarının kadrları;

  • sistemin idarəetmə orqanları;

  • planlaşdırma və maliyyə təşkilatları.

Sərnişin avtomobil nəqliyyatı sisteminin səmərəli fəaliyyəti onun bütün alt sistemlərinin tam uyğunluğu və razılaşdırılmış inkişafı şəraitində əldə olunur.

Sərnişin avtomobil nəqliyyatı sisteminin əsas bəndi olan nəqliyyat prosesi 3 əsas hissəyə: hərəkət tərkibinin saxlanması, avtomobillərin texniki qulluq və təmirinin texnologiyası, daşıma prosesinə bölünür. Sərnişin avtomobil nəqliyyatının nəqliyyat prosesində əsas bənd isə bilavasitə son məqsədi yerinə yetirən daşıma prosesidir.





Download 294,02 Kb.
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Download 294,02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Avtobus daşımalarının idarə edilməsi

Download 294,02 Kb.