Avtobularla ölkələrarası sərnişin daşımalarının təşkili




Download 294,02 Kb.
bet61/77
Sana04.04.2021
Hajmi294,02 Kb.
#14090
1   ...   57   58   59   60   61   62   63   64   ...   77
Avtobularla ölkələrarası sərnişin daşımalarının təşkili
Ölkəmizdə ölkələrarası sərnişin daşınması müxtəlif firma və cəmiyyətlərin təşkil etdiyi marşrutlarda yerinə yetirilir. Ölkələr arasında avtobus rabitəsi ikitərəfli razılaşmalara əsasən açılır. Belə müqavilədə sərnişin daşıma şəraiti göstərilməlidir. Ölkələrarası sərnişin daşınmasını öz ölkəsinə aid milli mənsubiyyəti və işarələnməsi olan avtobuslar yerinə yetirilə bilər.

Ayrı-ayrı və yaxud yanaşı ölkələr arasında texniki yardım, texniki qulluq və təmir aparılması, avtobusların yanacaq, yağ, soyuducu maye ilə təmin olunması barədə saziş bağlanır.

Ölkələrarası marşrutlarda böyük tutumlu, yüksək dinamik keyfiyyətlərə malik olan avtobuslardan istifadə olunmalıdır. Avtobusun salonunda sərnişinlər üçün tənzimlənən oturacaqlar yerləşdirilir. Avtobuslar intensiv təsirə malik tənzimlənən ventilyasiya və qızdırıcı sistemlə, soyuducu, sərinləşdirici, radioqəbuledici, televizor ilə təmin olunur.

Sərnişinin yükü onun getdiyi avtobusda daşınır. Hər bir sərnişinə 20 kq əl yükü və kütləsi 50 kq-a qədər baqaj aparmaq üçün icazə verilir. Baqajın qəbzində onun daşınma dəyəri və təyinat yeri göstərilir. Ölkə əhalisinin turist daşınmasında ölkələrarası avtomobil turizmi əsas yer tutur. Avtomobil turizmi şəxsi (özəl) avtomobillərlə, prokata götürülən minik avtomobilləri ilə və avtobuslarla yerinə yetirilir. Avtomobil turizminin çox yayılmış növləri karvan qoşqularıdır.

Karvan qoşqularından istifadə etməklə yüngül minik avtomobillərlə müəyyən proqram əsasında keçirilən qrup halında turizmə deyilir.

Son illərdə ölkələrarası kempinqlər, motellər, həmçinin ölkələrarası avtomobil prokatı geniş yayılmışdır.


Sərnişinlərin və onların avtomobillərinin dəmir yolu, su və hava nəqliyyatı ilə daşınması inkişaf edir. Bu cür sərnişinlər müxtəlif nəqliyyat növlərinin üstünlüklərindən istifadə edərək böyük məsafələri dəf edib şəxsi avtomobilləri ilə öz səyahətlərinə davam edə bilirlər.


Download 294,02 Kb.
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Download 294,02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Avtobularla ölkələrarası sərnişin daşımalarının təşkili

Download 294,02 Kb.