Hərəkət tərkibi parkının iş rejimi
Avtomobil parkının iş rejimi SANM – nin təyinatından asılı olaraq təyin edilir. Avtobus və taksi parkları istirahət və bayram günləri də işləyirlər. Müəssisələrə xidmət edən minik avtomobil müəssisələri istirahət günü daxil olmaqla iki növbədə işləyirlər. Ümumiyyətlə avtomobil parkları Gi təqvim günündə qəbul edilən rejim əsasındakı Gf vaxta malikdir (günlə vaxt fondu).
Normalaşdırılan boş dayanma günləri (müəssisənin istirahət günləri)
Avtomobilin xətdə olma vaxtı Tn sürücünün iş gününün uzunluğu və iş növbəsinin sayından asılıdır. Avtomobil parkının xətdə işləmə vaxtını təyin etmək üçün avtomobil - saat göstəricisindən istifadə olunur. Hər bir hərəkət tərkibinin avtomobil saatı verilən vaxt ərzində xətdə olma saatlarının cəmindən ibarətdir.
Bir qrup avtomobil və ya park üçün
Naryadda olma müddətində avtomobil saatlar aşağıdakı ifadə ilə hesablanır:
burada ATh – hərəkət müddətində avtomobil saatlar; ATday – sərnişinlərin minib-düşmə vaxtlarında avtomobil saatlar; ATb – texniki və təşkilati səbəblər üzündən boş dayanmadakı avtomobil saatlarıdır.
İstismar hesabatlarında naryadda olma vaxtının orta qiymətlərindən istiadə olunur və aşağıdakı kimi hesablanır:
Bir avtomobil üçün:
Avtomobil parkı üçün:
|