Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının xüsusiyyətləri




Download 294,02 Kb.
bet53/77
Sana04.04.2021
Hajmi294,02 Kb.
#14090
1   ...   49   50   51   52   53   54   55   56   ...   77
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının xüsusiyyətləri

Avtomobil nəqliyyatı özünün inkişafını, yük və sərnişin daşımalarında geniş tətbiqini təmin edən bir sıra xüsusiyyətlərə malikdir:



  1. Böyük manevretmə və hərəkətlilik qabiliyyəti. Avtomibil nəqliyyatı ilə yüklər istehsal (yükləmə) məntəqəsindən (yerindən) istehlak (boşaltma) məntəqəsinə birbaşa, artıq yükləmə-boşaltma əməliyyatları aparmadan, yəni “qapıdan-qapıya” daşına bilirlər. Avtomobil nəqliyyatının bu üstünlüyü əksər halda başqa nəqliyyat növləri ilə müqayisədə onun daha səmərəli və rahat olduğunu göstərir.

  2. Yüksək çatdırma sürəti. Yuxarıda göstərilən xüsusiyyətinə və texniki parametrlərinə görə avtomobil nəqliyyatında çatdırma sürəti əksər nəqliyyat növlərindən yüksəkdir. Avtmobil nəqliyyatının bu xüsusiyyəti özünü kiçik məsafələrə olan daşımalarda daha qabarıq göstərir.

  3. Nisbətən qısa hərəkət yolu. Avtomobil nəqliyyatı vasitələri digər nəqliyyat növlərinin yolarına nisbətən çox inkişaf etmiş avtomobil yolları şəbəkəsində yüklərin və sərnişinlərin daha qısa yollarla daşınmasını təmin edir.

  4. Avtomobil nəqliyyatının hərəkət tərkibinin çoxmüxtəlifliyi. Avtomobil nəqliyyatının hərəkət tərkibi təyinatı, yükgötürmə qabiliyyəti, yük tutumu, konstruktiv və iqtisadi xarakteristikalarına görə müxtəlifdir, ona görə də avtomobil nəqliyyatı növünə, həcminə və yük partiyasının ölçüsünə və s. görə müxtəlif yüklərin daşınmasını müvəffəqiyyətlə təmin edə bilər.

  5. Avtomobil nəqliyyatının hərəkət tərkibi böyük keçicilik qabiliyyətinə malikdir. bu avtomobil nəqliyyatı ilə hətta yolsuzluq şəraitində belə yük və sərnişinlərin daşınmasına imkan verir.

  6. Avtomobil nəqliyyatı ilə yerinə yetirilən daşımaların bir xüsusiyyəti də odur ki, avtomobil nəqliyyatının hər vahid hərəkət tərkibi xətdəki işini digər hərəkət tərkiblərindən asılı olmayaraq muxtar şəkildə yerinə yetirir. Bu da hərəkət tərkibindən istifadə olunmasına nəzarətin təşkilini çətinləşdirir.

  7. Avtomobil nəqliyyatı ilə yerinə yetirilən daşımaların maya dəyəri nisbətən yüksəkdir. Maya dəyərinin yüksək səviyyəsi hərəkət tərkibi vahidinin yükgötürmə qabiliyyətinin kiçik olmasının nəticəsidir.

  8. Avtomobil nəqliyyatında yüklərin ünvanının dəyişik düşməsi və onların yolda oğurlanması ehtimalı digər nəqliyyat növlərinə nisbətən yüksəkdir.



Download 294,02 Kb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Download 294,02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının xüsusiyyətləri

Download 294,02 Kb.