Nəqliyyat vasitələrinin qabarit kütlə parametrləri.
Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin ölçü və kütlələri müvafiq qanun ilə nizamlanır. Bu qanun “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölşüləri haqqında” Sazişin təsdiq edilməsi barəsindədir. Azərbaycan Respublikasının Milli Məclisi 1999 – cu il iyunun 4 –də Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakşısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında” Sazışın təsdiq edilməsini qərara almış və bunun əsasında Respublika Prezidenti 21 may 2004 – cü ildə № 672 – İİQ saylı fərman imzalamışdır.
Nəqliyyat vasitələrinin qabarit parametrlərinə onların nəqliyyat vəziyyətindəki maksimal uzunluğu, eni, hündürlüyü, hərəkət zamanı xarici və daxili dönmə radiusları, kuzanın qabarit uzunluğu, yük avtomobilinin arxa ilə qoşqunun qabaq oxu arasındakı məsafə, yarımqoşqunun oynaq bərkidilən oxu ilə onun hər hansı qabaq nöqtəsi arasındakı üfüqi məsafə daxildir. Avtobusların qabarit ölşüləri dövlət standartları ilə məhdudlaşır. Əksər ölkələrin standartlarına görə avtobusların uzunluğu 18 m, eni 2,5 m, hündürlüyü isə 3,8 m müəyyən olunmuşdur.
Minik avtomobillərinin Avropa təsnifatı aşağıdakı kimidir:
Qabarit uzunluq (m)
Mini avtomobillər (OKA) – 3,6-ya qədər
Kiçik sinif (tavriya) – 3,6-3,9
Kiçik orta sinif (VAZ-2108, VAZ-2109, VAZ-2110) – 3,9-4,4
Orta sinif (Volqa) – 4,4-4,7
|