• Hava nəqliyyatının çatışmayan cəhətlərinə isə aşağıdakılar aiddir
  • Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




    Download 294,02 Kb.
    bet47/77
    Sana04.04.2021
    Hajmi294,02 Kb.
    #14090
    1   ...   43   44   45   46   47   48   49   50   ...   77
    Hava nəqliyyatı

    Hava nəqliyyatı sərnişin daşımalarında əhəmiyyətli rol oynayır. Sərnişin daşımalarında hava nəqliyyatının texniki iqtisadi xüsusiyyətlərinə aşağıdakılar aiddir:



    • yüksək texniki və kommersiya sürəti. Sərnişin təyyarələrinin sürəti 900-950 km/saata çatır;

    • sərnişinlərin yüksək çatdırma sürəti;

    • digər nəqliyat növlərinə nisbətən yerli fiziki-coğrafi şəraitdən az asılılıq;

    • sərnişin daşımalaında qeyri-müntəzəmlik yarandıqda böyük manevr etmə qabiliyyəti;

    • yerə enmədən böyük uçuş məsafəsi;

    • digər nəqliyyat növlərinə nəzərən daha qısa daşıma məsafəsi (dəmir yolu nəqliyyatından təxminən 25%, dəniz nəqliyyatından 50 %, bəzi məntəqələr arasında hətta 2-3 dəfə).

    Hava nəqliyyatının çatışmayan cəhətlərinə isə aşağıdakılar aiddir:

    • təyyarələrin hərəkət müntəzəmliyinin meteroloji şəraitdən asılılığı;

    • daşımaların yüksək maya dəyəri.

    Hava nəqliyyatı ilə nisbətən az yük daşınır, lakin bu yüklər qiymətli və təcili çatdırma tələb edən – tibbi preparatlar, tez xarab olan yüklər, qiymətli metallar, poçt və sə yüklərdir. Hava nəqliyyatı təhlükəli yüklərin daşınmasında böyük rol oynayır. Hava nəqliyyatı ilə yerinə yetirilən yük dövriyyəsi ümumi yük dövriyyəsinin 1 %-ni, yük daşımalarının ümumi hava daşımalarında miqdarı isə 15 % təşkil edir.

    Nəqliyyat işindən başqa mülki aviasiya gübrələrin və bitkilərin mühafizəsi üçün olan kimyəvi vasitələrin səpilməsində, yanğın söndürmə işlərində əvəzsiz rol oynayır.




    Download 294,02 Kb.
    1   ...   43   44   45   46   47   48   49   50   ...   77




    Download 294,02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

    Download 294,02 Kb.