Hərəkət tərkibi parkının göstəriciləri
Hərəkət tərkibinin iş rejimi
Sərnişin avtomobil nəqliyyatı parkı təşkilati cəhətcə (sərnişin avtomobil nəqliyyatı (SANM)) və ya ümumi işi yerinə yetirdiyinə görə birləşdirilmiş avtobus və minik avtomobillərindən təşkil olunur. Parkın avtomobillərinin siyahı sayı SANM balansında olan hərəkət tərkiblərinin inventar kitabı üzrə siyahı sayına deyilir və Ai ilə işarə olunur. Bu park öz texniki vəziyyətinə görə istismara hazır olan Aih (daşımanı yerinə yetirmək üçün), təmir tələb edən və ya təmirdə olan At avtomobillərə bölünür:
İstismara hazır olan avtomobillərin bir hissəsi daşımaları yerinə yetirmək üçün istifadə olunur, digər hissəsi isə istismara hazır vəziyyətdə bir sıra təşkilati səbəblər üzündən boş dayana Ab bilər.
və ya
Parkın hər bir hərəkət tərkibi SANM-də Di təqvim günü olur. Bunun Dis gününü istismarda, Dt gününü təmirdə və Db gününü isə istismara hazır vəziyyətdə boş dayanmada keçirir.
Əgər istismarla təmir və boş dayanma günlərini bir avtomobil üçün yox, bütün park üçün hesablamaq lazım gəlsə avtomobil gün anlayışından istifadə olunur. Avtomobil gün AG – hər bir hərəkət tərkibinin bütün günlərinin (istismar, təmir və boş) cəmidir:
İstismarda olan avtomobil günlərini AGis hesablamaq üçün hər bir avomobilin müəyyən vaxt ərzində istismarda olma günlərini cəmləmək lazımdır:
burada - uyğun olaraq 1-ci, 2-ci və n-ci avtomobillərin istismarda olma günlərinin sayı, Ai – avtomobillərin siyahı sayıdır.
Müəssisədə inventar avtomobil günlər aşağıdakı kimi hesablanır:
(5)
Burada AGis, AGt, AGb –uyğun olaraq istismarda, təmirdə və boş dayanmadakı avtomobil günləridir.
Hərəkət tərkibi üçün məhsuldar vaxt sərnişinlə hərəkət vaxtıdır Th. Sərnişin daşımalarının yerinə yetirmək üçün hərəkət vaxtından əlavə sərnişinlərin minib-düşmə vaxtı Tday da nəzərə alınmalıdır.
İş günü ərzində hər bir avtomobil Tn saat naryadda olur. Bütün bu vaxt nəqliyyat prosesinin yerinə yetirilməsinə sərf olunmalıdır.
(6)
Əgər avtomobil xətdə texniki və təşkilati səbəblər üzündən boş dayanarsa, bu naryadda olma vaxtına boş dayanma vaxtı Tb kimi daxil olur.
(8)
|