Hərəkət tərkibinin yürüşü
Avtomobilin ümumi yürüşü iş günü ərzində onun qət etdiyi məsafəyə deyilir. Sərnişin avtomobil daşımalarında ümumi yürüş sərnişinlə və sərnişinsiz yürüşdən ibarətdir. Avtomobilin sərnişinlə yürüşü işçi (məhsuldar) yürüş adlanır və bu yürüş zamanı nəqliyyat işi yaranır. Avtomobilin sərnişinsiz yürüşü boş və sıfırlı yürüşlərdən ibarətdir. Qeyri – məhsuldar yürüş avtobusun xətdə olduğu müddətdə sərnişinsiz yerinə yetirdiyi yürüşdür. Hərəkət tərkibinin son dayanacaqda sərnişinləri süşürdükdən sonra minmə yerinə verilmısində etdiyi yürüş nəqliyyat prosesinin bir hissəsi olduğu üçün məhsuldar yürüş hesab olunur. Boş yürüş əsasən minik taksi avtomobillərinə aid olmaqla sərnişini düşürdükdən sonra növbəti sərnişini götürməyə və ya dayanacağa qədərki yürüşdür.
Sıfırlı yürüş nəqliyyat işini yerinə yetirmək üçün hazırlıq yürüşü olub sərnişin daşımalarında SANM – dən iş yerinə qədərki (marşrutun başlanğıcı, avtobus stansiyası, taksi dayanacağı) və iş yerindən (marşrutun son dayanacağından, avtomobil-taksidən axırıncı sərnişin düşürmə yerindən) parka qədərki yürüşüdür. Bundan başqa sıfırlı yürüşə nəqliyyat prosesinin yerinə yetirilməsi ilə əlaqəsi olmayan gedişlərdə (yanacaq doldurma, texniki xidmət, cari təmir edilən yürüş) yaranan yürüşlər aiddir. Sıfırlı yürüşü -la, nəqliyyat prosesinin yerinə yetirilməsi ilə əlaqədar yürüşü Ln-lə işarə etsək, onda ümumi yürüş L belə olar:
burada Ls – sərnişinlə edilən yürüş, km; Lb – boş yürüşdür.
Yürüşdən istifadə əmsalı. Hərəkət tərkibinin yürüşündən istifadə dərəcəsini yürüşdən istifadə əmsalı xarakterizə edir. Bu əmsal müəyyən vaxt kəsiyində (gediş, reys, gün və s.) sərnişinlə edilən yürüşün həmin vaxt ərzindəki ümumi yürüşə olan nisbətilə ölçülür:
Minik taksi avtomobilləri ilə sərnişin daşımalarında yürüşdən istifadə əmsalı əsas göstərici hesab olunur, marşrutda avtobusların işində isə əhəmiyyəti azdır. Taksomotor daşımalarında ona pullu yürüş əmsalı ilə əvəz edirlər.
burada L – ümumi yürüşdür; Lp – pullu ödənilən yürüşdür.
Yürüşdən istifadə əmsalının qiyməti həmçinin sıfırlı yürüşdən də asılıdır və sıfırlı yürüşün ümumi yürüşdəki payı sıfırlı yürüş əmsalı ilə nəzərə alınır:
Sıfırlı yürüş əmsalının qiyməti kiçik olduqca reys ərzindəki yürüşdən istifadə əmsalının qiyməti gün ərzindəki yürüşdən istifadə əmsalının qiymətinə daha yaxın alınacaqdır.
|