• Marşrut vərəqəsi
  • Marşrut vərəqəsində aşağıdakılar göstərilir
  • Şəhər sərnişin nəqliyyatında
  • Şəhər və şəhərətrafı marşrutlarda
  • Avtomobil nəqliyyatı ilə şəhər və şəhərətrafı




    Download 294.02 Kb.
    bet66/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   62   63   64   65   66   67   68   69   ...   77
    Avtomobil nəqliyyatı ilə şəhər və şəhərətrafı

    sərnişin daşımalarının təşkili
    Şəhər və şəhərətrafı sərnişin daşımaları Azərbaycan respublikasının “Nəqliyyat haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 №-li Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnaməyə, “Bakı şəhərində nəqliyyat xidmətlərinin təşkili və həyata keçirilməsinin tənzimlənməsi Qaydaları”na və qüvvədə olan digər normativ – hüquqi aktlara əsasən təşkil edilir. Bakı şəhərində və onun ətrafında sərnişin və baqaj daşınması bilavasitə Şəhər İcra Hakimiyyətinin vəzifəsi olmaqla, onun struktur bölməsi olan Nəqliyyat departamenti tərəfindən həyata keçirilir.

    Nəqliyyat departamenti şəhərdə sərnişin axınınının vəziyyətini, sərnişin və baqaj daşımaya olan müasir tələbləri, mövcud beynəlxalq təcrübəni öyrənir, öz fəaliyyətini müasir standartlara uyğunlaşdırır. Nəqliyyat Departamenti sərəncamında olan marşrut xətlərinin hüquqi və fiziki şəxslərə müəyyən olunmuş qaydada müvəqqəti istismara verir. Marşrut xəttinin müvəqqəti istismarçısı olan hüquqi və ya fiziki şəxslərin adına marşrutda istifadə etdiyi nəqliyyat vasitələrinin sayına uyğun olaraq marşrut vərəqəsi verilir. Marşrut vərəqəsi nəqliyyat vasitəsinin şəhər sərnişin daşınması üçün marşrut xəttində hərəkət etməsinə hüquq verən rəsmi sənəddir. Hüquqi və ya fiziki şəxslər yalnız marşrut vərəqəsi aldıqdan sonra müəyyən edilmiş qaydada və müddətdə sərnişin daşınması ilə məşğul ola bilərlər. Marşrut vərəqəsinin qüvvədə olma müddəti 1 aydır. Marşrut vərəqəsində aşağıdakılar göstərilir:

    Müqavilə bağlayan tərəflərin adları; marşrutun nömrəsi; nəqliyyat vasitəsinin markası; nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi; marşrut vərəqəsinin nömrəsi; marşrut vərəqəsinin verildiyi tarix və qüvvədə olma müddəti; müqavilənin nömrəsi və tarixi; marşrutun sxemi; dispetçer məntəqəsində nəqliyyat vasitələrinin aylıq qeydiyyatdan keçmə cədvəli.

    Marşrut xəttini müvəqqəti istismara götürmək üçün hüquqi və fiziki şəxslər Nəqliyyat Departamentinə ərizə ilə müraciət edirlər. Ərizədə aşağıdakılar öz əksini tapmışdır:



    • Hüquqi şəxslər üçün – adı, təşkilati- hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, marşrutda işləyəcək avtobusların sayı, markası və texniki xarakteristikalarl

    • Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlimatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan), marşrutda işləyəcək avtobusun markası, dövlət qeydiyyat nömrəsi və texniki xarakteristikaları.

    Marşrut xəttinin müvəqqəti istismara verilməsi üçün aşağıdakılar tələb olunur: hüquqi və fiziki şəxslərin vergi orqanlarında qeydiyyatda olduğunu təsdiq edən sənəd;avtonəqliyyat vasitələrinin markalar üzrə sayı, onların qeydiyyat sənədləri, sığorta şahadətnamələri, dövlət texniki baxışından keçməsi barədə sənəd “D” kateqoriyalı sürücülük vəsiqələri; sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin avtobuslara texniki qulluq və cari təmir işləri aparmaq üçün zəruri şəaitinin olması haqqında məlumat; fiziki şəxslərin zəruri şəraiti olan avtonəqliyyat müəssisələri ilə texniki qulluq və təmir işlərinin aparılması barədə bağladıqları müqavilə. Marşrutların təşkili, onalra dəyişiklik edilməsi və ləğvi Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə Nəqliyyat departamenti tərəfindən həyata keçirilir.

    Şəhər sərnişin nəqliyyatında istifadə edilən nəqliyyat vasitələrinin konstruksiyasına istehsalçı zavod tərəfindən nəzərdə tutlmayan qanunsuz dəyişikliklər edilməsinə yol verilmir və bu tələblərin pozulmasına nəqliyyat vasitəsinin sahibi məsuliyyət daşıyır. Yanğın təhlükəsizliyini və ilk tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə sərnişin daşıyan nəqliyyat vasitələri yanğınsöndürmə balonları və dərman qutusu ilə təmin edilməlidir.

    Marşrutlarda istifadə edilən nəqliyyat vasitələri vahid formada, azərbaycan dilində, latın qrafikası ilə yazılmış üç ədəd trafaretlə təmin edilməli, trafaretlər nəqliyyat vasitəsinin qabaq, arxa və sağ yan tərəfinə vurulmalıdır. Qabaq şüşəyə vurulmuş trafaretlərin arxasında gediş haqqının məbləği göstərilməlidir.

    Şəhər sərnişin və baqaj daşımalarında istifadə olunan nəqliyyat vasitələrində sərnişinlərlə nəğd hesablaşmalar bilet satışı qaydasında həyata keçirilir. Şəhər və şəhərətrafı sərnişin və baqaj daşımalarında sərnişinlərin və baqajın daşınması qanunvericiliklə müəyyən edilmiş tariflər əsasında təşkil edilir. Şəhər və şəhərətrafı marşrutlarda işləyən avtobuslarda hər bir sərnişinə yaşı 7-dən artıq olmayan bir uşağı pulsuz aparmağa icazə verilir, birdən artıq olduqda, gediş haqqı bir tam bilet tarifi ilə alınır.

    Şəhər və şəhərətrafı marşrutlarda işləyən avtobuslarda istehsalçı-zavod tərəfindən avtobusun texniki pasportunda göstərilən tam tutmdan artıq sərnişin daşınmasına icazə verilmir. Sərnişin şəhər və şəhərətrafı marşrutlarda işləyən nəqliyyat vasitələrində (marşrut taksisindən başqa) qoyulmuş tariflərə, daşıma haqqını ödəməklə, ölçüləri 75x50x30 sm-dən artıq olmayan 2 baqaj aparıla bilər. ölçüləri göstərilən həddən artıq olan baqaj daşımaya qəbul edilmir. Nəqliyyat vasitəsinin salonunda, sərnişinin yanında aparılan baqajın qorunmasına sərnişin özü cavabdehdir.

    Yerli İcra hakimiyyətləri şəhər və şəhərətrafı marşrutlarda başlanğıc, son və aralıq dayanacaq məntəqələrini marşrutun nömrəsi, interval göstəricisi və marşrutların mövcud formalı sxemləri ilə təchiz edir. Şəhərətrafı marşrutlarda fəaliyyət göstərən avtobusların dayanacaq məntəqələrində avtobusların gəlmə və getmə vaxtını göstərən cədvəllər asılmalıdır. Şəhərətrafı marşrutlarda fəaliyyət göstərən sərnişin avtostansiyalarında, sərnişinlərin nəzərinə çatdırmaq üçün avtostansiyanın xidmət göstərdiyi bütün marşrutlar üzrə avtobusların hərəkət cədvəlləri, gediş haqqı və baqaj daşınmasının qiymət cədvəli, müxtəlif tipli avtobusların salonunun plan-sxemi, Azərbaycan respublikası Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin sərnişinlərin və baqajın daşıma “Qaydaları”ndan çıxarış , kassirlərin adı və soyadı göstərilməklə, kassaların iş cədvəli, avtostansiyanın iş rejimi barədə elan, eləcə də şikayət və təkliflər kitabının olduğu yer haqqında məlumat asılmalıdır.

    Qeyd: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin göstərişinə görə şəhət marşrutları orta (18-33) və böyük (33 və daha çox) tutmlu avtobuslarla təmin rdilir. Istisna hallarda mikroavtobuslardan müvəqqəti istifadə oluna bilər. bu hallarda dayanacaqların sayı məhdudlaşdırılmalıdır.



    Download 294.02 Kb.
    1   ...   62   63   64   65   66   67   68   69   ...   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Avtomobil nəqliyyatı ilə şəhər və şəhərətrafı

    Download 294.02 Kb.