• Boru kəmər nəqliyyatının əsas texniki-iqtisadi xüsusiyyətləri və üstünlükləri aşağıdakılardır
  • Boru kəməri nəqliyyatının çatışmayan cəhəti daşınan yüklərin sayının azlığıdır.
  • Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




    Download 294.02 Kb.
    bet67/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   63   64   65   66   67   68   69   70   ...   77
    Boru kəmər nəqliyyatı

    Boru kəmər nəqliyyatı ümumi qəbul olunmuş nəqliyyat anlayışına uyğun gəlmir: burada hərəkət tərkibi, yol və s. yoxdur. Hərəkət tərkibi rlə boru kəməri ğzüdür. Yük boruda təzyiq altında yerini dəyişir. Boru kəmərləri müxtəlif diametrli metallik borulardan ibarətdir. Hər 100-140 km-dən bir işi avtomatik nizamlanan nasos stansiyaları qoyulur. Qaz nəql olunduqda isə bir-birindən 200 km məsafədə kompressor stansiyaları nəzərdə tutulur. Boru kəmər nəqliyyatının qurğularına paralel və ya kəsişən magistralların birləşdirilməsi və ayrılması və ayrı-ayrı sahələrin bağlanması (həmçinin təmir məqsədilə) üçün olan xətti qovşaqlar da aiddirlər.

    Boru kəmər nəqliyyatı neft və neft məhsullarını nəql edən magistral, birləşdirici və mədən, qaz nəql edən magistral və yerli kəmərlərə bölünür.

    Boru kəmər nəqliyyatı istənilən məsafədə səmərəlidir. Bu nəqliyyat növüəsasən qaz şəkilli və maye, həmçinin məhdud nomenklaturalı bərk yüklər üçün istifadə olunur. Çıxarılan yanacağın üçdə iki hissəsi, xam neftun 95% və təbii qazın hamısı boru kəmərləri ilə nəql edilir. Boru kəmərinin xarakterik xüsusiyyəti nəqliyyat prosesinin fasiləsiz olmasıdır. Yerli mədən xətləri də daxil olmaqla Azərbaycan Respublikasının bütün boru kəməri nəqliyyatının əsas iş göstəriciləri aşağıdakı cədvəldə verilmişdir.




    Göstəricilər

    1995-ci ildə

    Proqnoz

    2005-ci ildə

    2010-cu ildə

    Daşıma həcmi, mln.ton

    20,0

    50,0

    150,0

    Yük dövriyyəsi, mlrd.ton∙kilometr

    210,0

    530,0

    1590,2


    Boru kəmər nəqliyyatının əsas texniki-iqtisadi xüsusiyyətləri və üstünlükləri aşağıdakılardır:

    • boru kəmərinin istənilən yerdə salınma imkanı

    • nəqletmənin kütləvi ölçüləri;

    • nəqletmənin ən aşağı maya dəyəri;

    • yükün keyfiyyət və kəmiyyətinin mütləq qorunmasını təmin edən tam hermetlilik;

    • doldurulma, boşaltma və bir yerdən başqasına vurma əməliyyatlarının tam avtomatlaşdırılması;

    • ilkin kapital qoyuluşunun azlığı;

    • iqlim şəraitindən asılı olması, həmçinin lazımi izolyasiya və azsaylı personalın olması şərti ilə ətraf mühitə mənfi təsirlərin olmaması.

    Boru kəməri nəqliyyatının çatışmayan cəhəti daşınan yüklərin sayının azlığıdır.

    Boru kəməri nəqliyyatı qarşısında duran ən böyük texniki problem kəmərlərin daşıma qabiliyyətinin artırılmasıdır. Neft kəmərinin daşıma qabiliyyətinin borunun diametrindən asılılığını aşağıdakı rəqəmlər göstərilir: borunun diametri 720 mm olduqda – ildə 15 mln t; 1020 mm olduqda – 45 mln t; 1420 mm olduqda – 75 mln t. Bizim ölkəmizdə əvvəl çəkilən boruların diametri əsasən 1020 mm idi. Diametrin böyüməsi ilə xüsusi kapital qoyuluşu azalır.

    Boru kəmərinin daşıma qabiliyyətini boruda təzyiqin artırılması yolu ilə də artırmaq olar, lakin bu zaman çoxqatlı borulardan istifadə olunması tələb olunur ki, bu da borunun qiymətini qaldırır. Daşıma qabiliyyəti həmçinin ikinci xəttin çəkilməsi ilə də artırıla bilər. qazın mayeləşmiş halda nəqli zamanı məhsuldarlıq 3-4 dəfə artır, lakin onun kimyəvi aktivliyinin artması boruların hazırlanması üçün xüsusi poladlar tələb edir. Təbii qaz yerdən təxminən 400C temperaturda çıxır və onu qruntun temperaturuna qədər soyutmaq lazımdır. Qaz xətlərinin daşıma qabiliyyətini artırmaq üçün qazın temperaturunu məhfi 70-750C –yə qədər aşağı salmaq və borularda istilik izolə edicilərdən istifadə etmək lazımdır.

    Diametri 1420 mm olan 1 km boru xəttinə 700 t boru işlənir. Metallurqlar qarşısında duran əsas məsələ nazik divarlı daha möhkəm boruların hazırlanmasıdır. ən vacib probləmlərdən biri boruların həm daxili, həm də xarici korroziyasının qarşısının alınmasıdır. Boruların daxili izolyasiyası buraxma qabiliyyətinin 5-8% artırır, lakin bu borunun ümumi dəyərini də yüksəldir. Boruları korroziyadan müdafiə etmək üçün müxtəlif metodlar tətbiq edilir. Ən etibarlı vasitə boruların emallaşdırılmasıdır, lakin onun qiyməti çox olduğundan az tətbiq olunur. Inkişaf etmiş ölkələrdə boruları xüsusi korroziyaya davamlı kimyəvi maddələrlə izolyasiya edirlər. Daxili izolyasiya üçün lak – rəng örtüyü istifadə edilir.

    Təbii- iqlim şəraitindən asılı olaraq boru kəmər vasitəsilə yerə, xüsusi estakadalara və ya qazıb yerə basdırmaqla düzülə bilər. Su hövzələrini keçdikdə boru kəmərini suyun dibinə düzürlər. Təhlükəli rayonlarda çoxqatlı borulardan istifadə edirlər ki, bu da işçi təzyiqi 15 Mpa qaldırmağa imkan verir. Kəmərin hazırlanmasında lazer lehimlənməsi və qaynağından istifadə edilir və bununla tikişlərin keyfiyyəti artır.

    Metal tutumunu, kütləni, korroziyanı azaltmaq üçün plastmas borular tətbiq edilir. ABŞ, Kanada, Almaniya və başqa ölkələrin təcrübəsi bu materialın rentabelliyini təsdiq etdi – 1 t plastmas boru 7,5 t polad və 12 t çuqun borunu əvəz edir. Bəzi plastik materiallar 70 mm diametrdə 25 Mpa təzyiqə davam gətirir. Lakin onların möhkəmliyi və istiliyə davamlığı hələlik lazımi səviyyədə deyildir.





    Download 294.02 Kb.
    1   ...   63   64   65   66   67   68   69   70   ...   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

    Download 294.02 Kb.