Avtomobil sərnişin daşımaları




Download 294.02 Kb.
bet63/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   59   60   61   62   63   64   65   66   ...   77
Avtomobil sərnişin daşımaları

Avtomobil nəqliyyatının sərnişin daşımalarında aparıcı yer tutmasına səbəb onun bir sıra şəhərlərdə, əksər şəhərətrafı və şəhərlərarası rabitələrdə yeganə nəqliyyat növü olmasıdır. Avtomobil nəqliyyatı yeganə sərnişin daşıma vasitəsi olmadığı yerlərdə də digər sərnişin nəqliyyatı növləri ilə müqayisədə başlanğıc xərclərin nisbətən az olması, nəqliyyat vasitələrinin sərbəst şəkildə hərəkət etmə imkanı, hərəkət tərkibinin müxtəlifliyi, yüksək çatdırma sürəti, dəyişkən ətraf mühitə tez uyğunlaşması və s.kimi xüsusiyyətləri hesabına daşımaların daha çox hissəsini yerinə yetirir. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi əhalinin nəqliyyat hərəkətliliyinin öyrənilməsindən başlayıb xətdə avtomobillərin işinin idarə edilməsinə qədər bir sıra nəzəri və praktiki məsələlərin həll edilməsini tələb edir. Daşımaların optimal şəkildə təşkili sərnişinlərə yüksək keyfiyyətli nəqliyyat xidməti göstərməklə yanaşı sərnişin nəqliyyatının da gəlirli sahəyə çevrilməsini təmin edə bilər.

Azərbaycan Respublikasında, bütün ölkələrdə olduğu kimi, sərnişin daşımaları ilə müxtəlif nəqliyyat növləri məşğul olur. Avtomobil nəqliyyatı ilə sərnişinlərin daşınması isə həm ümumi təyinatlı, həm də idarə tabeliyində olan nəqliyyat vasitələri ilə yerinə yetirilir. Respublikamızda keçid dövrü ilə əlaqədar nəqliyyatda baş verən proseslərə baxmayaraq avtobus nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 2000-ci ildə 1990-cı il səviyyəsini ötmüşdür. Sərnişin daşımalarında avtomobil nəqliyyatının payı ildən – ilə artmış və 2000-ci ildə 85,3% təşkil etmişdir. Avtomobil nəqliyyatının digər nəqliyyat növlərinə nisbətən aşağıdakı üstünlükləri vardır:

1. Yüksək manevretmə qabiliyyətinə malik olması

2. Yük və sərnişinləri “qapıdan-qapıya” daşımaq qabiliyyəti

3. Nisbətən asan idarə olunması

Avtomobil nəqliyyatı ilə yük daşımalarının ildən-ilə artmasını, respublikamızın coğrafi mövqeyinə görə gələcəkdə də beynəlxalq yükdaşımaların əhəmiyyətli rol oynayacağını nəzərə alsaq,avtomobil nəqliyyatının iqtisadi həyatımızda,xalq təsərrüfatında rolunu inkar etmək mümkün deyildir. Ona görə də yeni avtomobil yollarının salınması, mövcud yolların bərpası daim diqqət mərkəzində olmalıdır.

Ümumi təyinatlı avtomobil nəqliyyatı ilə yerinə yetirilən sər.kilometrlərin Danimarkada 56 %-ni, Almaniyada 48 %-ni, İsveçdə 50%-ni, Finlandiyada 64%-ni yerinə yetirir. Fərdi nəqliyyat vasitələri də nəzərə alınarsa əksər inkişaf etmiş qərb ölkələrində sərnişin dövriyyəsinin 88-92% avtomobil nəqliyyatının payına düşür. (88% ABŞ-da, 89% Danimarka və Norveçdə, 91% Almaniyada və 92 % Finlandiyada).

Sərnişin nəqliyyatının, xüsusilə şəhər nəqliyyatının işi Azərbaycan Respublikası prezidentinin 1999-cu ilin iyun ayında imzaladığı “Şəhər avtomobil nəqliyyatı haqqında Qanuna” müvafiq şəkildə inkişaf etdirilməlidir.



Download 294.02 Kb.
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Avtomobil sərnişin daşımaları

Download 294.02 Kb.