• Yunimodal daşımalar
  • İntermodal daşımalar
  • Müxtəlif nəqliyyat növlərinni qarşılıqlı əlaqəsi




    Download 294.02 Kb.
    bet71/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   67   68   69   70   71   72   73   74   ...   77
    Müxtəlif nəqliyyat növlərinni qarşılıqlı əlaqəsi
    Yük və sərnişin daşımalarının əsas hisssəsi iki və daha çox nəqliyyat növünün iştirakı ilə həyata keçirilir. Dəmir yolu ilə daşınan yüklərin 80 %-i sənaye nəqliyyatında, yəni dalan yollarında yaranır və udulur. Dəniz limanlarına gələn yüklərin təxminən 90 %-i dəmir yolu nəqliyyatına ötürülür. Çay nəqliyyatının yüklərinin 50 %-ə qədəri də dəmir yolu nəqliyyatına qəbul olunur. Neft yüklərinin böyük miqdarı boru kəməri ilə dəmir yolu, dəniz, çay və avtomobil nəqliyyatı növlərinə ötürülür. Avtomobil nəqliyyatı praktiki olaraq bütün nəqliyyat növləri ilə qarşılıqlı təsirdə olur. Avtomobil nəqliyyatının rolu digər nəqliyyat növləri ilə yerinə yetirirlən sərnişin daşımalarında xüsusilə böyükdür.

    Nəqliyyat növlərinin qarşılıqlı təsirdə olduqları məntəqələr müxtəlif nəqliyyat növlərinin qovuşduğu qovşaqlardır. Tarixən nəqliyyatın ayrı-ayrı növlərinin obyektlərinin yerləşdirilməsi prosesində onların bir-birilə rahat əlaqələndirilməsi nəzərə alınmamışdır. Bu vəziyyət hər nəqliyyat növü qovşaqlarının yük və sərnişinlərin son mənzili kimi qəbul edilməsi konsepsiyası əsasında yaranmışdır. Hüquqi və faktiki olaraq qovşaqlarda tranzit axınların nəqliyyat prosesi qırılmışdır. Qovşağa bir nəqliyyat növü ilə gələn sərnişin gedişin davam etdirilməsi üçün digər nəqliyyat növünə yeni bilet almalı, yük sahibi isə gələn yükü boşaltdıqdan sonra onu yola salmaq üçün başqa nəqliyyat növünə təhvil verməli idi.

    Yalnız birbaşa qarışıq daşımalarda, yəni yük birinci göndərmə məntəqəsindən “birbaşa sənəd” əsasında göndərildikdə yük sahibi boşaldıb-yükləmə məntəqəsində yükün bir nəqliyyat növündən digərinə yüklənməəsi qayöısından azad olur. Bu işi nəqliyyat işçiləri yük sahibi olmadan yerinə yetirirlər.

    Yüklərin və sərnişinlərin çatdırılmasında iştirak edən nəqliyyat növlərinin sayından asılı olaraq şatdırma sistemləri bir növlü (yunimodal) və çox növlü (multimodal və intermodal) olurlar. Yunimodal daşımalar dedikdə hər hansı bir nəqliyyat növü ilə yerinə yetirilən birbaşa daşımalar başa düşülür. Multimodal daşımalar ən azı iki müxtəlif nəqliyyat növü ilə, adətən ölkə daxilində yerinə yetirilən birbaşa qarışıq daşımalardır. İntermodal daşımalar beynəlxalq rabitələrdə yüklərin vahid daşıma sənədi əsasında bir neçə nəqliyyat növü ilə dəyişməz yük vahidində çatdırılması sistemidir. Bu sistemdə yükün boşaldıb-yükləmə məntəqələrində bir nəqliyyat növündən digərinə ötürülməsi yük sahibinin iştirakı olmadan həyata keçirilir.




    Download 294.02 Kb.
    1   ...   67   68   69   70   71   72   73   74   ...   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Müxtəlif nəqliyyat növlərinni qarşılıqlı əlaqəsi

    Download 294.02 Kb.