|
Nəqliyyat sisteminin vahidliyi
|
bet | 72/77 | Sana | 04.04.2021 | Hajmi | 294,02 Kb. | | #14090 |
Nəqliyyat sisteminin vahidliyi
Müştərilərə nəqliyyat xidmətinin oxşarlığını təmin etmək məqsədilə nəqliyyatın müxtəlif növləri bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Nəqliyyat sisteminin vahidliyi aşağıdakıların əsasında əldə olunur:
Texniki sahədə qarşılıqlı əlaqə. Bu müxtəlif nəqliyyat növlərinin texniki vasitələrinin parametrlərinin unifikasiya, standartlaşdırma və qarşılıqlı razılaşdırılması ilə müəyyən olunur;
Texnoloji sahədə qarşılıqlı əlaqə texnologiyasının vahidliyində, nəqliyyatın, yük göndərən və alanların iş qrafiklərinin uyğunluğunda, nəqliyyat qovşaqlarının fasiləsiz plan – qrafiklərində əks olunur;
Informasiya sahəsində qarşılıqlı əlaqə informasiyasının məna, formaya görə uyğunluğunu, bir nəqliyyat növündən digər nəqliyyat növünə ötürülmə sürəti və vaxtlı-vaxtında olmasını təmin edir;
Hüquqi sahədə qarşılıqlı əlaqənin əsasını müxtəlif nəqliyyat növlərinin nizamnamələri, daşıma qaydaları və tarifləri, daşımaların planlaşdırma qaydaları təşkil edir;
Iqtisadi sahədə qarşılıqlı əlaqənin əsasını vahid planlaşdırılma sistemi, daşımaların nəqliyyat növləri arasında paylanması, resursların olub-olmaması təşkil edir;
Qovşaqlarda müxtəlif nəqliyyat növlərinin qazandığı təcrübənin istifadə edilməsi.
Müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsi ümumnəqliyyat qovşaqlarının fəaliyyətinin dəqiqliyi ilə müəyyən olunur.
Müxtəlif nəqliyyat növlərinin qovşaqlarda səmərəli işini sutkalıq və ya daha böyük müddətə hazırlanmış fasiləsiz Plan-qrafiklər təmin edir. Fasiləsiz nəqliyyat prosesi dedikdə nəqliyyat qovşağında elə proses başa düşülür ki, qəbul olunan yüklər qoyulmuş vaxt müddətində yola salınsınlar.
|
| |