• Terminalların tərkibində aşağıdakılar fəaliyyət göstərə bilər
  • Nəqliyyat dəhlizləri və onların vahid nəqliyyat




    Download 294.02 Kb.
    bet74/77
    Sana04.04.2021
    Hajmi294.02 Kb.
    #14090
    1   ...   69   70   71   72   73   74   75   76   77
    Nəqliyyat dəhlizləri və onların vahid nəqliyyat

    sistemində rolu

    Yük daşımalarının terminal sisteminin əsas elementi terminalllardır. Qeyd edildiyi kimi terminalllar nəqliyyat şəbəkəsinin qovşaqlarında, magistral və yerli nəqliyyat növlərinin görüş yerlərində tikilən yük toplanılan və paylanılan boşaldıb-yükləmə və anbar kompleksləridir. Bu halda nəzərdə tutulur ki, şəhərlərarası və beynəlxalq rabitələrdə daşınan yüklərin əksər hissəsi terminallardan keçir.

    Terminalllarda müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsi həyata keçirilir. Terminallar həmçinin bir nəqliyyat növü ilə müxtəlif rabitələrdə (magistral və yerli) yerinə yetirilən yüklərin daşınmasına da xidmət göstəririlər.

    Yüklərin anbarlanması və saxlanması funksiyalarını yerinə yetirən anbar müəssisələrindən fərqli olaraq terminalllarda yüklərin toplanması ilə bərabər yük partiyalarının xırdalanması və iriləşdirilməsi, istiqamətlər üzrə formalaşdırılması, qablaşdırılması və paketləşdirilməsi, yüklərin markalanması və s. xidmətlər yerinə yetirilir. Terminalların tərkibində aşağıdakılar fəaliyyət göstərə bilər: müxtəlif yüklərin emalı və saxlanması üçün xüsusiləşdirilmiş anbarlar; gömrük funksiyalarını yerinə yetirən orqanlar; nəqliyyat – ekspedisiya firmaları və sığorta kompaniyaları; təhlükəsizlik və qoruyucu xidmətlər; müştərilərin inzibati tikililəri və ofislər; danışıq otaqları və biznes – mərkəzlər; poçt; teleqraf; hesablama mərkəzləri; nəqliyyatın hərəkət tərkiblərinə texniki xidmət göstərmək üçün mərkəzlər və motellər; sürücülərin istirahəti üçün otaq və mehmanxanalar; restoran və barlar; topdan və pərakəndə satış mağazaları; avtomobillərin dayanması üçün gözləmə meydançaları.

    Terminalların sahəsi 60-100 ha və daha çox olur. Anbar korpuslarını yüklərin çoxmərtəbəli yığılmasına imkan verən, hündürlüyü 9,5 – 12 m olan tezquraşdırılan, yığılıb-sökülən konstruksiyalardan tikilir. Beynəlxalq rabitələrdə daşınan yüklərin artması şəraitində yüklərin kömrük emalını yerinə yetirən çoxfunksiyalı terminal komplekslərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.



    Download 294.02 Kb.
    1   ...   69   70   71   72   73   74   75   76   77




    Download 294.02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Nəqliyyat dəhlizləri və onların vahid nəqliyyat

    Download 294.02 Kb.