Kombinə edilmiş daşımalar




Download 294.02 Kb.
bet75/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   69   70   71   72   73   74   75   76   77
Kombinə edilmiş daşımalar
Hər bir daşıma növü xarakterik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər nəqliyyat vasitələrinə, daşıma texnologiyalarına və daşımanın təşkili formalarına xüsusi tələblər irəli sürür. Burada ən böyük rolu kombinəedilmiş daşımalar adlanan birinci qrup oynayır.

Eyni yük vahidlərində daşınan yüklər özündə geniş məhsul növlərini birləşdirir. Adətən onlar qiyməti yüklərə aid edirlər. bu yüklər yaxşı qorunma məqsədilə konteynerlərdə, çıxarılan kuzalarda, konteynerlərdə, yarımqoşqularda, qoşqularda daşınırlar ki, bunlara da ümumiləşdirilmiş halda yük vahidi deyilir.

Kombinə edilmiş daşımalar əksər hallarda kəskin seçilən üç mərhələyə malikdir:


  1. yüklərin yerli yollarla yük göndərəndən başlanğıc terminala gətirilməsi;

  2. yüklərin magistral nəqliyyat növləri ilə son terminala kimi daşınması;

  3. yüklərin son terminaldan yük alanlara paylaşdırılması.

Yüklərin magistral nəqliyyat növləri ilə daşınması adətən, uzaq məsafələrə yerinə yetirilir. Bu əməliyyatı aparan nəqliyyat kommunikasiyaları özündə yolları hərəkət ətrkibinə xidmət və onun təmiri üçün qurğuları, aralıq terminalları və s. birləşdirir. Bu kommunikasiyalar nəqliyyat istiqamətləri və ya nəqliyyat dəhlizləri adını almışdır. Kombinə edilmiş daşımaların başlanğıc və son mərhələsində həlledici rolu terminalllar oynayır. Məhz onlar yüklərin yük göndərənlərdən nəqliyyat dəhliziznə və nəqliyyat dəhlizindən yük alanlara çatdırılmasını təmin edirlər.

Nəqliyyat dəhlizinin və onun bir hissəsi kimi son terminalların fəaliyyəti vahid məqsədə - qapıdan – qapıya kombinəedilmiş daşımaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə xidmət edir. Kombinəedilmiş daşımaların yerinə yetirilmə texnologiyasına qoyulan əsas tələb nəqliyyatın bütün növlərində yükün maksimal yerdəyişmə sürətini təmin etmək və qovşaq məntəqələrində, həmçinin son terminalllarda yüklərin boş dayanmalarını maksimum qısaltmaqdır.

Azərbaycan Respublikasının ərazisindən keçən TRACECA (Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi) nəqliyyat dəhlizi sanki Avropanın İstanbulda qurtaran IV nəqliyyat dəhlizinin davamıdır.




Download 294.02 Kb.
1   ...   69   70   71   72   73   74   75   76   77




Download 294.02 Kb.