Şəhərətrafı avtobus daşımalarının təşkili




Download 294.02 Kb.
bet64/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   60   61   62   63   64   65   66   67   ...   77
Şəhərətrafı avtobus daşımalarının təşkili -Şəhərdənkənar avtobus marşrutlarına şəhərətrafı, şəhərlərarası və ölkələrarası marşrutlar aiddir. Şəhərətrafı marşrutları şərti olaraq 4 qrupa bölmək olar. I qrupa sərnişin axını böyük, hərəkət xüsusiyyətləri şəhər daşımalarına oxşar marşrutlar aiddir. Bu marşrutlarda aşırımların uzunluğu 700-900 m, hərəkət intervalı 15-20 dəqiqə olur. Belə marşrutlarda fəhlə və qulluqçular yaşayış yerindən işə və əksinə daşınır.

II qrupa əsasən kənd yerlərinə xidmət edən marşrutlar aiddir. Bu cür marşrutlarda aşırımın uzunluğu 1000-1500 m, hərəkət intervalı 30 dəqiqədən 90 dəqiqəyədək olur. Belə marşrutlarda bəzən gün ərzində 2-3 reys edilir. Bu cür marşrutlarda gərgin günlər bayram, şənbə və istirahət günləridir.

III qrupa əsasən şəhər ətrafında yerləşən aeroportlara xidmət edən marşrutlar aiddir. Bu cür marşrutlar yumşaq oturacaqlı avtobuslarla təmin olunmaqla, onlarda ekspres hərəkət təşkil edilir.

IV qrupa xüsusi (tikinti) işçilərin (fəhlələrin) daşınması üçün nəzərdə tutulan marşrutlar aiddir.

Şəhərətrafı sərnişin daşımalarında bir sərnişinin orta gediş məsafəsi böyük (11-15 km) olduğu üçün marşrutun uzunluğu 15 km-ə qədərdirsə, orta tutumlu avtobusda 15-ə qədər sərnişinin ayaq üstə durmasına imkan verilir. Marşrutun uzunluğu 15 km-dən artıq olduqda bütün sərnişinlər oturacaq yerləri ilə təmin olunmalıdır. Belə marşrutlarda dörd sıralı yerli avtobuslar tətbiq edilir.



Şəhərətrafı marşrutlarda sərnişin daşımalarının həcmi şəhərətrafı ərazidə yeni yaşayış zonaları və sənaye müəssisələrinin salınması ilə yanaşı ildən – ilə artır. Şəhərətrafı marşrutlarda daşıma həcmini yerinə yetirmək üçün lazım olan hərəkət tərkiblərinin sayı şəhər marşrutlarında olduğu kimi aşağıdakı ifadə ilə hesablanır:


Burada - gündəlik sərnişin daşıma həcmi, - uyğun olaraq istiqamətlər; marşrutun sahələri və günün saatları üzrə qeyri-müntəzəmlik əmsalları; - hər bir avtobusun gündəlik məhsuldarlığıdır.

Şəhərətrafı marşrutlarda ilin mövsümündə (yaz, yay, payız və qış) hərəkət sürəti normalaşdırılmalı və hərəkət cədvəli tərtib edilməlidir. Şəhərətrafı sərnişin daşımalarında hərəkət cədvəlini tərtib etmək üçün aşağıdakı göstəricilər məlum olmalıdır: marşrutun ümumi uzunluğu, pik saatlarında sərnişin daşıma həcmi, marşrutun işə başlama və qurtarma vaxtı, aşırımlarda hərəkət sürətləri, marşrutlarda işləyən avtobusların sayı və markası və s.

Şəhərətrafı marşrutlarda hərəkət sürətinin normalaşdırılması üçün trassa zonalara bölünür. Hər bir zona üçün sürət məhdudluğu nəzərə alınmaqla hərəkət vaxtı müəyyən edilir və marşrut üzrə dövr müddəti hesablanır. Dövr müddəti əsas və əlavə vaxtların cəmi kimi götürülür. Əsas vaxta yaşayış məntəqələri, əlavə vaxta isə onlardan kənarda təhlükəli zonlarda hərəkət vaxtı və dayanacaqlarda dayanma vaxtı daxil edilir. Sonra isə sınaq reysi keçirilir və dövr müddəti müəyyənləşdirilir.



Download 294.02 Kb.
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəhərətrafı avtobus daşımalarının təşkili

Download 294.02 Kb.