Əhalinin nəqliyyat hərəkətliliyi. Gediş anlayışı




Download 294.02 Kb.
bet14/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   ...   10   11   12   13   14   15   16   17   ...   77
Əhalinin nəqliyyat hərəkətliliyi. Gediş anlayışı.

Əhalinin istehsal və mədəni məişət ehtiyatları ilə əlaqədar yerdəyişmələri yaşayış evlərinin mənzillərində, zavod və fabriklərdə işçi yerində, mağaza və univermaqlarda, teatr və kinoteatrların tamaşa zallarında, kütləvi istirahət yerlərində başlayır və qurtarır. Bütün bu obyektlər sadəcə olaraq cazibə mərkəzləri və ya nəqliyyat cazibə mərkəzləri adlanırlar. Əhalinin nəqliyyat cazibə mərkəzləri arasında yerdəyişməsini ümumi halda cazibə mərkəzlərinin daxilində yerdəyişməyə tələbatın yarandığı nöqtədən həmin mərkəzdən çıxana qədər yola düşmə məntəqəsinin qapısından (YDM) təyinat məntəqəsinin (TM) qapısına və TM-nin qapısından yerdəyişməninməqsədinə qədər olan yerdəyişmələrin məcmusu kimi təsəvvür etmək olar.

Sərnişin daşımalarında, adətən adamların YDM-nin qapısından TM-nin qədər olan yerdəyişmələrə baxılır.

Cazibə mərkəzlərinin daxilində olan yerdəyişmələr nəqliyyat sisteminin yükünə daxil olmadığı üçün onlar nəzərə alınmırlar. YDM və TM –nin daxilində olan yerdəyişmələrə sərf olunan vaxt məsrəfləri bəzi hallarda ümumi yerdəyişməyə sərf olunan vaxtın dəqiqləşdirilməsi zamanı nəzərə alınır. Sərnişin daşımalarında əhalinin yerdəyişməsini xarakterizə edən əsas anlayışlar yerdəyişmə və gediş anlayışlarıdır.

Sərnişin hər hansı bir dayanacaqda nəqliyyat vasitəsinə mindiyi andan digər dayanacaqda düşdüyü ana qədər tsikl kimi baxılan sadə nəqliyyat yerdəyişməsi marşrut gedişi adlanır. Marşrut gedişi nəqliyyat növünün dəyişdirilməməsi ilə xarakterizə olunur. YDM və TM arasında bir və ya bir neçə marşrut gedişindən təşkil olunmuş nəqliyyat yerdəyişməsi şəbəkə gedişi adlanır.

Beləliklə, şəbəkəı gedişi sadə və mürəkkəb ola bilər. Mürəkkəb şəbəkə gedişləri sadələrdən yolda nəqliyyat növünün (və ya marşrutun) dəyişdirilməsi ilə fərqlənir. Bir nəqliyyat vasitəsinin digərinə dəyişdirilməsi həmişə bir mqrşrut gedişinin qurtarması və digərinin başlanması deməkdir.




Download 294.02 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Əhalinin nəqliyyat hərəkətliliyi. Gediş anlayışı

Download 294.02 Kb.