• Daşıma prosesinin texnologiyasının əsas prinsipləri.
  • Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




    Download 294,02 Kb.
    bet12/77
    Sana04.04.2021
    Hajmi294,02 Kb.
    #14090
    1   ...   8   9   10   11   12   13   14   15   ...   77
    Nəqliyyat vaxtı olaraq daşıma prosesi üçün lazım olan vaxt kəsiyi qəbul edilir. Onun ölçü vahidi isə saat, sutkadır.

    Bu əsas 3 kəmiyyətdən – nəqliyyat kütləsi, nəqliyyat yolu və nəqliyyat vaxtı – yeni törəmə kəmiyyətlər



    Ifadəsinin köməyi ilə yaranır.

    Burada Q – nəqliyyat kütləsi (daşıma həcmi), t;

    L- nəqliyyat yolu (daşıma məsafəsi), km;



    T- nəqliyyat vaxtı, saat; x.y.z – qüvvət göstəriciləridir.
    Daşıma prosesinin texnologiyasının əsas prinsipləri.
    Texnologiya dedikdə müddəti, ardıcıllığı, əmək və material sərfi göstərməklə uyğun əməliyyatların yerinə yetirilmə qaydası başa düşülür. Nəqliyyat prosesinin texnologiyası yük daşınması zamanı nəqliyyat vasitələrinin daşımalara hazırlanması əməliyyatları da daxil olmaqla xətti nəqliyyat müəssisələrinin sərt məhdudlaşdırılmış iş qaydasını əks etdirir. Texnologiyanın vəzifəsi - daşıma prosesində yerinə yetirilən əməliyyatların və mərhələlərin ixtisarı hesabına yük daşımalarının müddəti və əmək tutumunun azaldılmaslıdır. Yük daşımaları prosesinin texnologiyası dedikdə yüksək səmərəliliyə nail olunması məqsədilə daşıma prosesinin ardıcıl yerinə yetirilən mərhələ və əməliyyatlar sisteminə bölünməsi yolu ilə həyata keçirilməsi başa düşülür.Yük daşımalarının texnologiyasının mahiyyəti iki əsas anlayış mərhəkə və əməliyyat – vasitəsilə aydınlaşdırılır. Mərhələ - bu və ya digər prosesin yerinə yetirilməsinə şərait yaradan əməliyyatlar yığınıdır. Əməliyyat – daşıma prosesinin, müəyyən məqsədə nail olmaq üçün, bir və ya bir neçə icraçı tərəfindən yerinə yetirilən məntiqi bölünməz hissəsidir. Daşıma prosesinin texnologiyasının prinsipləri aşağıdakılardır: daşıma prosesinin hissələrə bölünməsi, uzlaşma və mərhələlik, təsirlərin eyniliyi. Yük daşıma prosesinin mərhələlərə parçalanması baxılan texnologiya ilə işləyəcək, subyektlərlə olan tələblərin sərhədlərinin müəyyən olunmasıdır. İstənilən əməliyyat idarəetmə obyektinin qoyulmuş məqsədə yaxınlaşmasını və bir əməliyyatdan digərinə keçidi təmin etməlidir. Mərhələnin son əməliyyatı sonrakı mərhələnin birinci əməliyyatına giriş xarakteri daşımalıdır. Fəaliyyətin konkret məqsədə nail olmağa yönəldilmiş uzlaşdırılması və mərhələliyi müəyyən daşıma prosesinin inkişafı və fəaliyyətinin daxili məntiqinə əsaslanmalıdır.

    Download 294,02 Kb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   77




    Download 294,02 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

    Download 294,02 Kb.