Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr




Download 294.02 Kb.
bet5/77
Sana04.04.2021
Hajmi294.02 Kb.
#14090
1   2   3   4   5   6   7   8   9   ...   77
Nəqliyyat sistemlərinin təsnifatı
Vahid nəqliyyat sistemi mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq qarşılıqlı əlaqədə olan nəqliyyat növlərinin məcmusudur. Struktur cəhətdən nəqliyyatı iki alt sistemdən: ümumi və qeyri - ümumi təyinatlı nəqliyyatdan ibarət təsəvvür etmək olar. Sistemin hər iki tərəfi dövlət və özəl mülkiyyətdən ibarət ola bilər.

Ümumi təyinatlı nəqliyyat kim tərəfindən təqdim olunmasından asılı olmayaraq bütün idarə, təşkilat və şəxslərin yük və sərnişinlərinin daşınması ilə məşğul olur. Bundan fərqli olaraq qeyri - ümumi təyinatlı nəqliyyat istehsal sferası daxilində konkret müəssisə və təşkilatlar üçün olan daşımaları yerinə yetirir. Nəqliyyat sisteminin struktur sxemi aşağıdakı kimidir (şəkil 1.1).

Nəqliyyatı ümumi və qeyri ümumi təyinatlı kimi bölgüdən başqa magistral və qeyri - magistral olaraq da bölürlər. Bu bölgüdə magistral ümumi, qeyri - magistral isə qeyri ümumi təyinatlı nəqliyyatın sinonimi kimi qəbul olunmalıdır.

Nəqliyyatın ərazicə təşkilati təsnifatı aşağıdakı cədvəldə verilmişdir (cədvəl 1.1).




Nəqliyyat sistemi



Ümumi təyinatlı nəqliyyat:

Dəmir yolu;

Dəniz nəqliyyatı;

Daxili su nəqliyyatı;

Avtomobil nəqliyyatı;

Hava nəqliyyatı;

Boru kəməri nəqliyyatı.

Qeyri - ümumi təyinatlı nəqliyyat:

Maddi istehsal sahələrinin (sənaye, tikinti, kənd təsərrüfatı) nəqliyyatı;

Xidmət sahəsi və idarəetmə təşkilatlarının nəqliyyatı;

Yaşayış məntəqələrinin (ictimai və fərdi) nəqliyyatı



Şəkil 1.1


Nəqliyyat sistemi özündə dörd elementi – bütün nəqliyyat növlərinin nəqliyyat şəbəkəsini, hərəkət tərkibini, nəqliyyatın əmək resurslarını və bütün nəqliyyat növlərinin idarəetmə sistemini – birləşdirir.

Vahid nəqliyyat sistemi iqtisadi, texnoloji, texniki, hüquqi və inzibati - idarəetmə birliyini nəzərdə tutur.

Vahid nəqliyyat sistemində xalq təsərrüfatı və əhaliyə nəqliyyat xidməti səviyyəsi göstəriciləri rabitə yollarının uzunluğundan, onların buraxma və daşıma qabiliyyətindən, nəqliyyat xətlərinin yerləşmə konfiqurasiyasından və başqa amillərdən asılıdır. Bu göstəricilər yuxarı olduqca nəqliyyatın inkişafı daha yüksək hesab olunur. Ayrı - ayrı ölkə və regionların rabitə yolları ilə təmin olunmasındakı fərq şəbəkənin sıxlığı göstəricisi ilə xarakterizə olunur. Şəbəkənin sıxlıq göstəricisi onun istismar uzunluğunun ərazinin sahəsinə olan nisbəti ilə müəyyən olunur

, .

Lakin eyni sahəyə malik regionlardan əhalisi çox olanın nəqliyyata ehtiyacı daha çox olacaqdır. Onda əhalinin nəqliyyatla təminini xarakterizə edən göstərici aşağıdakı kimi olacaqdır



, .

Bəzi tədqiqatlara görə Dünya nəqliyyat şəbəkəsinin ümumi uzunluğu 31 mln. kilometr təşkil edir (dəniz və hava xətləri nəzərə alınmadan), o cümlədən yerüstü nəqliyyat xətlərinin ümumi uzunluğu 25 mln. kilometrdir. Bunlardan avtomobil yolları – 86 %, dəmir yolları – 7 %, boru kəməri – 4 %, gəmiçilik üçün istifadə edilən çay və göllər – 3 % - dir.




Sərnişin nəqliyyatı

Xüsusi

Şəhərdən kənar

Şəhər



Şəhər



Tranzit




Çay

Nəqliyyatı





Şəhər



Şəhərətrafı, yerli




Dəniz

Nəqliyyatı



Beynəlxalq



Uzaq məsafələrə




Beynəlxalq



Dəmir yolu

Nəqliyyatı




Uzaq məsafələrə




Yerli



Şəhərətrafı




Download 294.02 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   77




Download 294.02 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Vahid nəqliyyat sistemi” fənnindən mühazirələr

Download 294.02 Kb.