|
Şəkil 8.1. Ossilloqrafın struktur sxemi
|
bet | 19/59 | Sana | 27.05.2024 | Hajmi | 1,11 Mb. | | #255270 | Turi | Mühazirə |
Bog'liq V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F rŞəkil 8.1. Ossilloqrafın struktur sxemi
Elektron ossilloqrafın struktur sxemindən ( şəkil 8.1 ) göründüyü kimi cihaz 3 əsas hissədən:
Elektron - şüa borusundan;
Üfüqi meyletmə kanalından;
Şaquli meyletmə kanalından ibarətdir.
Elektron - şüa borusu aşağıdakı elementlərdən:
K ─ katod, M ─ modulyator, A1; A2; A3 anodlarından, x və y meyletmə lövhələrindən ibarətdir.
Ossilloqrafın X və Y girişləri vardır. Katoddan çıxan elektronlar M modulyatoru tərəfindən şüa şəklinə salınır və ekrana doğru yönəldilir. Bu şüanın sürətini artırmaq üçün A1 və A2 anodlarından istifadə olunur. A3 anodunun vəzifəsi elektron şüasının sürətini lüminofor lövhəsində kifayət qədər işıqlanma yaratmaq həddinə qədər artırmaqdan ibarətdir. x və y meyletmə lövhələrinin vəzifəsi alınan fiquru oxlar boyu hərəkət etdirməkdir. Şaquli və üfüqi meyletmə kanalları giriş qurğusundan və gücləndiricidən ibarətdir.
Giriş qurğusunun vəzifəsi giriş müqavimətini təşkil etmək və ölçüləcək siqnalın amplitudasını tənzim etməkdir. Gücləndiricilərin vəzifəsi ölçüləcək siqnalı tələb olunan səviyyəyə qədər gücləndirməkdir. Ekranda fiqur almaq üçün açma generatorundan istifadə olunur. Bu generator standart tezliklərdə zamana görə xətti asılı olan mişarvari gərginliklər yaradır.
Elektron ossilloqrafın təyinatına görə aşağıdakı növləri vardır: universal ossilloqraf, sürətli ossilloqraf, qeydedici yaddaşlı ossilloqraf, xüsusi təyinatlı ossilloqraf və s.
Ossilloqraflar müxtəlif ölçmələr aparmaq üçün ayrıca cihaz şəklində və yaxud xüsusi təyinatlı cihazların tərkibində hazırlanır. Aşağıdakı xüsusiyyətlərinə görə ossilloqrafların tətbiq sahələri çox genişdir:
Həssaslığına görə;
Müşahidə olunan siqnalın tezlik zolağına görə;
Açılış növlərinə görə;
İmpulsun amplitudunun və davametmə müddətinin xətasının az olmasına görə;
Elektron şüa borusunun ekranının ölçüsünə görə;
Müşahidə olunan proseslərin şəklini istənilən anda əldə edə bilmək imkanına görə;
Tədqiq olunan siqnalın gərginliyinin buraxıla bilən maksimal amplitud qiymətinə görə;
Ossilloqrafın dəqiqlik sinfinə görə;
Ossilloqrafın qidalanmasına görə;
Qabarit ölçülərinə və çəkisinə görə.
Ossilloqraf vasitəsilə gərginliyi ölçmək üçün amplitud kalibratorundan yaxud idarə olunan nümunəvi yüksək gərginlikdən istifadə olunur. Siqnalın tezliyinə nəzarət etmək üçün xüsusi açma generatoru şüanı üfüqi istiqamətdə stabil standart sürətlə hərəkət etdirir. Tezliyi ölçərkən həmin nümunəvi mişarvari gərginlik yüksək dəqiqliyə və sabit tezliyə malik olan nümunəvi generatordan götürülür. Ossilloqrafın X və Y girişlərinə sinusoidal gərginlik verildikdə ekranda Lissaju fiqurları alınır. Şəkil 8.2 - də Lissaju fiqurları göstərilmişdir:
|
| |