• Şəkil 7.2. Döyünmə üsullu generatorun struktur sxemi
  • Tezlik sintezatorları
  • Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat




    Download 1,11 Mb.
    bet17/59
    Sana27.05.2024
    Hajmi1,11 Mb.
    #255270
    TuriMühazirə
    1   ...   13   14   15   16   17   18   19   20   ...   59
    Bog'liq
    V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

    Döyünmə üsullu generatorlar

    Döyünmə üsullu generatorlar öz sxemlərinə və quruluşuna görə RC generatorlara nisbətən mürəkkəbdir. Şəkil 7.2 - də göstərilən döyünmə üsullu generator 2 ədəd yüksək tezlikli LC generatorlarından təşkil olunmuşdur. Bu generatorlardan biri nümunəvi f1 tezlikli, digəri isə dəyişən f2 tezlikli gərginlik hasil edir. Sxemdə hər iki LC generatorundan sonra ET emitter təkrarlayıcısı və gücləndirici yerləşir.




    Şəkil 7.2. Döyünmə üsullu generatorun struktur sxemi

    Sxemdə qarışdırıcıdan və alçaq tezlik süzgəcindən istifadə edilir. Döyünmə üsullu generatorun iş prinsipi iki yüksək tezlikli generatordan daxil olan gərginliklərin qarışdırılmasından sonra çıxışda süzgəcdən keçirilmiş


    f1 – f2 alçaq tezliyinin alınmasından ibarətdir. Məlumdur ki, qarışdırıcının çıxışında f1; f2; f1 – f2 ; f1 + f2 tezlikli gərginliklər alınır. Alçaq tezlik süzgəci bunlardan ancaq f1 – f2 tezlikli gərginlikləri buraxır. Misal üçün nümunəvi tezlikli generator 400 kHs tezlikli gərginlik hasil edir. Dəyişən tezlikli generatorun tezliyi fmin=360 kHs – dən fmax= 400 kHs diapazonunda tənzimlənir. Hər iki gərginlik gücləndikdən sonra qarışdırıcının girişlərinə verilir və onun çıxışında 0 – dan 40 kHs tezliyə qədər dəyişən gərginlik alınır (döyünmə tezliyi ). Alçaq tezlik süzgəcinin çıxışında ancaq döyünmə tezliyi alınır. Çıxış siqnalının tezlik diapazonu C kondensatorunun rotorunun bir dönüşü ilə örtülür. Beləliklə çıxış siqnalının tezlik diapazonunun örtülməsi rəqs dövrələrində kommutasiya elementlərindən istifadə etmədən baş verir. Döyünmə üsullu generatorlardan istifadə etməklə müxtəlif radiotexniki və akustik qurğuların tezlik xarakteristikalarını böyük diapazonda tədqiq etmək mümkündür.

    Tezlik sintezatorları

    Müasir dövrdə rabitə texnikasında ölçmələrin avtomatlaş­dırılması məsələsinə böyük əhəmiyyət verilir. Bu əsasən geniş tezlik spektrində tezlik xarakteristikasının çıxarılması zamanı çoxsaylı ölçmələr aparılarkən nəzərə alınır. Nəticədə



    • ölçmələrə ayrılan vaxta qənaət olunur;

    • ölçmə xətalarının azalmasına səbəb olur;

    • ölçmə nəticələrinin hesablanması asanlaşır.

    Avtomatlaşdırılmış qurğuların quruluşu çox mürəkkəb, maya dəyəri bahadır. Ölçmələrin avtomat­laşdırılması prosesini həyata keçirərkən tezlik sintezatorlarından geniş istifadə olunur. Müasir tezlik sintezatorları amplituda və tezliyin proqramla dəyişməsini həyata keçirən çox funksiyalı və geniş diapazonlu cihazlardır. Tezlik sintezatorları müxtəlif tezlik diapazonlarında tezliyə görə stabil siqnallar formalaşdırır. Tezlik sintezatorlarında çıxış siqnalının tezliyinin formalaşdırıcısı kimi yüksək stabil kvars generatorundan istifadə olunur. Bu siqalların parametrlərini idarəetmə orqanlarını məsafədən idarə etməklə dəyişmək mümkündür. Tezlik sintezatorlarının struktur sxemi şəkil 7.3 – də göstərilmişdir:


    Download 1,11 Mb.
    1   ...   13   14   15   16   17   18   19   20   ...   59




    Download 1,11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat

    Download 1,11 Mb.