Kombinə edilmiş tester cihazı
Kombinə edilmiş tester cihazı sabit və dəyişən cərəyan dövrələrində cərəyan şiddətini, gərginliyi və sabit cərəyanın müqavimətini ölçmək üçün nəzərdə tutulmuşdur. Məsələn Ц 4317 cihazı ilə sabit cərəyanın gərginliyini 100 mV- dan 1000 V- dək, dəyişən cərəyanın gərginliyini 0,5 V- dan 1000 V- dək, sabit cərəyanın şiddətini 50 mkA- dən 5 A-dək, dəyişən cərəyanın şiddətini 0,25 A- dən 5 A- dək, dövrə hissəsindəki elementlərin müqavimətini 200 Omdan 3 MOmadək, dəyişən gərginliyin nisbi səviyyəsini -5 dB-dən +10 dB-dək ölçmək mümkündür. Cihazın iş prinsipinin əsasını cərəyan şiddətini və gərginliyi ölçdükdə ölçmə növündən asılı olaraq çeviricini sabit cərəyanla ölçmə apardıqda “-”, dəyişən cərəyanla ölçmə apardıqda “~” vəziyyətinə qoymaqla müvafiq ölçmələri aparmaq lazımdır. Müqaviməti ölçmək üçün ölçmə növünün çeviricisini “rx” , ölçmə həddinin çeviricisini ölçüləcək müqavimətin gözlənilə bilən həddi vəziyyətinə qoymaqla naqillərin uclarını ölçüləcək elementlərin sonluqlarına toxundurmaq yolu ilə ölçmə aparılır. Yüksək omlu müqavimətləri ölçmək üçün ölçmə həddinin çeviricisini “k Ω” və “M Ω” vəziyyətinə qoymaqla ölçmə aparılır. Bu cihaz vasitəsilə elektrik dövrələrinin bütövlüyünün yoxlanması da mümkündür.
Siqnalın səviyyəsinin ölçülməsi
Rabitə texnikasında gücün, gərginliyin və cərəyanın zəifləməsi və güclənməsi onların mütləq qiymətləri ilə deyil, nisbi qiymətləri ilə ifadə edilir. Nisbi qiymətlər dedikdə yuxarıdakı kəmiyyətlərin çıxış qiymətlərinin giriş qiymətlərinə olan nisbətinin loqarifmi başa düşülür. Buna siqnalın səviyyəsi deyilir. Siqnalın səviyyəsinin ölçü vahidləri onluq loqarifma ilə ölçüldükdə desibel, natural loqarifma ilə ölçüldükdə Neper ilə ifadə olunur. Bu vahidlər arasında aşağıdakı asılılıq vardır:
1 Np = 8,686 dB 1dB = 0,115 Np
Rabitə dövrələrində əsasən siqnalın mütləq sıfır, nisbi və ölçü səviyyəsindən istifadə olunur:
Mütləq sıfır səviyyəsi dedikdə kanalın başlanğıcına verilən gücün, gərginliyin və cərəyanın qiymətlərinin aşağıdakı kimi olması nəzərdə tutulur :
P0 = 1mVt; U0 = 0,775 V; I0 = 1,29 m A
Səviyyə gücə, gərginliyə və cərəyana görə ola bilər:
pgüc = 10 lg PX
pgərg = dB ( 6.4 )
pcər =
Burada Px, Ux, Ix ölçülən gücün, gərginliyin və cərəyanın qiymətidir.
Səviyyənin qiyməti müsbət və mənfi ola bilər. Əgər ölçülən nöqtədə Ux , Px , Ix qiymətləri Ux > U0 ; Px > P0 ; Ix > I0 olduqda səviyyə müsbət, əksinə Ux < U ; Px < P0 ; Ix < I0 olduqda səviyyə mənfi olur.
Adətən rabitə texnikasında siqnalın səviyyəsini mütləq sıfır səviyyəsi ilə deyil, nisbi səviyyə ilə hesablayırlar. Nisbi səviyyə xəttin hər hansı bir nöqtəsində mütləq səviyyənin qiymətinin ( p1 ) onun başlanğıc qiyməti ( p0 ) ilə fərqinə deyilir:
pnisbi = p1 – p0 ( 6.5 )
Ölçü səviyyəsi 1,55 V EHQ - nə və 600 Om daxili müqavimətə malik olan generatordan dövrənin girişinə 800 Hs tezlikli siqnal verdikdə 600 Om yük müqavimətində ayrılan 0,775 V gərginliyə deyilir. Başqa sözlə ölçü səviyyəsi kimi ölçülən nöqtədə gərginliyin mütləq sıfır səviyyəsi qəbul edilir.
Əgər generatorun girişinə 600 Om müqavimət qoşulubsa, bu vaxt generatorun verdiyi gərginlik 0,775V ; 135 Om müqavimət qoşulubsa 0,384 V; 75 Om müqavimət qoşulubsa 0,275V olacaqdır.
İstehsalatda ölçmənin nəticəsini asanlaşdırmaq üçün standart giriş müqavimətlərindən istifadə olunur: 50; 75; 135; 600 və yüksək Omlu standart giriş müqavimətləri vardır.
İstehsalatda standart müqavimət:
simmetrik kabellər üçün 135;150 və 170 Om;
koaksial kabellər üçün 75 Om;
mis rabitə dövrəsi üçün 600 Om;
polad dövrə üçün 1400 Omdur.
Səviyyəni ölçmək üçün səviyyə göstəricilərindən istifadə olunur. Bu məqsədlə şkalası Neper və ya desibellə dərəcələnmiş voltmetrdən də istifadə etmək mümkündür. Səviyyə göstəriciləri 2 növ olur:
Geniş zolaqlı səviyyə göstəricisi;
Selektiv ( seçici ) səviyyə göstəricisi.
Rabitə texnikasında səviyyə göstəricilərinin 2 növ qoşulma üsulu mövcuddur: paralel və ardıcıl. Paralel qoşulmada səviyyə göstəricisi dövrənin iş rejimini pozmamaq üçün böyük müqavimətə malik olmalıdırsa ( bu halda açar yüksək Omlu müqavimətin üzərində olmalıdır ), ardıcıl qoşulma halında isə səviyyə göstəricisinin giriş müqaviməti naqilli rabitənin standart müqavimətinə ( yəni 75; 135; 600 Om ) uyğun olmalıdır.
|