• Elektron voltmetrlər
  • Şəkil 6.3. Elektron voltmetrin struktur sxemi
  • Şəkil 6.2. Voltmetrin struktur sxemi




    Download 1,11 Mb.
    bet13/59
    Sana27.05.2024
    Hajmi1,11 Mb.
    #255270
    TuriMühazirə
    1   ...   9   10   11   12   13   14   15   16   ...   59
    Bog'liq
    V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

    Şəkil 6.2. Voltmetrin struktur sxemi

    Voltmetrin giriş qurğusu gərginliyi müəyyən nisbətdə bölmək üçün və daxili müqaviməti yaratmaq üçün istifadə olunur. Detektorun vəzifəsi siqnalı düzləndirməkdir. Sabit cərəyan gücləndiricisi ölçüləcək zəif siqnalı gücləndirmək üçün istifadə olunur. Cihazla sabit və dəyişən gərginliyi ölçmək mümkündür. Bu məqsədlə struktur sxemdə çeviricidən istifadə olunur. Göstərici qurğunun vəzifəsi nəticəni göstər­məkdir. Bu qurğu analoq ölçmə cihazlarında əqrəbli maqnitoelek­trik tipli cihazdan, rəqəm ölçmə cihazlarında isə xüsusi rəqəmli göstəricilərdən ibarətdir.



    Elektron voltmetrlər

    Hal – hazırda gərginliyi ölçmək üçün istifadə edilən elektron voltmetrin geniş yayılmasına səbəb onların çox kiçik kəmiyyətləri ölçmə qabiliyyətləri, dəqiqliyi, cəld işləməsi və nəticənin ekranda rəqəm formasında görünməsidir. Elektron voltmetrlər təyinatına və sxemlərinə görə müxtəlifdir. Bu cihazlar çox geniş tezlik diapazonunda ölçmə apara bilirlər ( infraalçaq tezlikdən yüzlərlə MHs-ə qədər ). Təyinatına görə elektron voltmetrlərin aşağıdakı növləri vardır: sabit cərəyan voltmetrləri; dəyişən cərəyan voltmetrləri; impuls voltmetrləri; selektiv ( seçici ) voltmetrlər; universal voltmetrlər və s.


    Elektron voltmetrin giriş müqaviməti çox böyük (10 15 Oma qədər ) olması onlardan çox kiçik güclü elektrik dövrələrində ölçmələr aparmağa imkan verir. Elektron voltmetri elektromexaniki cihazlara nisbətən daha yüksək həssaslığa ( 0,1 mkV- a qədər ) malikdir.
    Elektron voltmetrin struktur sxemi şəkil 6.3 – də göstərilmişdir:

    Şəkil 6.3. Elektron voltmetrin struktur sxemi

    Giriş qurğusunun vəzifəsi voltmetrin giriş müqavimətini təmin etmək və böyük gərginlik ölçüldükdə onu müəyyən nisbətdə bölməkdir. Müqayisə qurğusu elektron açarlarını işlətmək üçün nümunəvi standart tezliklər istehsal edir və elektron açarlarında alınan tezliyi müqayisə edir. Kod çeviricisi ölçüləcək siqnalı kodlaşdırmaq üçün istifadə olunur ki, gərginliyin qiymətini rəqəm ölçmə qurğusuna vermək mümkün olsun. Elektron açarları məntiq sxemlərdən yığılır və ölçüləcək kəmiyyəti hesablamaq üçün istifadə olunur. İdarəetmə qurğu­su sxemin bloklarının işini idarə edir, avtomatik və əllə idarə olunma üsulu ilə işləyir. Rəqəm ölçmə qurğusu nəticəni göstərmək üçün istifadə olunur. Bu qurğu 4; 8; 12; 16 bölümlü olur və rəqəmli göstəricilərdən yığılır.


    Elektron voltmetrləri universal cihazdır: tərkibində sabit və dəyişən cərəyan gücləndiriciləri, sabit gərginliyi dəyişən gərginliyə və dəyişən gərginliyi sabit gərginliyə çevirən ölçmə çeviriciləri olduğundan sabit və dəyişən gərginliyi və müqavi­məti böyük hüdudda ölçə bilir .
    Elektron voltmetrlərin xətaları dəyişən gərginliyi ( ~ U ) ölç­dükdə 0,005%, sabit gərginliyi ( - U ) ölçdükdə 0,001% olur. Rəqəmli ölçmə qurğusunun çıxışında bəzi hallarda şkala desibellə dərəcələnir ki, bundan səviyyəni ölçmək üçün istifadə edilir.



    Download 1,11 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   59




    Download 1,11 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəkil 6.2. Voltmetrin struktur sxemi

    Download 1,11 Mb.