|
Şəkil 10.2. Müqayisə üsulunun sxemi
|
bet | 24/59 | Sana | 27.05.2024 | Hajmi | 1,11 Mb. | | #255270 | Turi | Mühazirə |
Bog'liq V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F rŞəkil 10.2. Müqayisə üsulunun sxemi
fx - naməlum G2 generatorun tezliyi, f0 – məlum etalon G1 generatorun tezliyidir. Bu zaman fx və f0 tezlikləri qiymətcə çox fərqli olduqda telefondan iki ton eşidilir. Dəyişən intensivlikli fdəy = fx - f0 tezlikli ton fx və f0 tezliklərinin yaxın qiymətlərində, monoton səs fx = f0 qiymətində eşidilir. Beləliklə ölçmə zamanı tezliklər arasında fərqi azaltmaqla döyünmə siqnalını eşitmək və bu döyünməni tamamilə aradan qaldırmaq lazımdır. Nəticədə
fx = f0 olduqda monoton səs alınacaqdır. Ölçmə yüksək omlu telefondan istifadə etməklə aparılır.
Ossilloqraf üsulu. Sinusoidal formalı tezlikləri Lissaju fiqurları və ya dairəvi açılış vasitəsilə müqayisə etmək üçün elektron ossilloqraf tətbiq edilir. Lissaju fiqurlarını almaq üçün ossilloqrafın daxili xətti açılışı söndürülür. Nümunəvi G1 generatorun siqnalı Y girişinə, tezliyi ölçülən siqnal isə X girişinə verilir ( şəkil 10.3 ).
Şəkil 10.3. Ossilloqraf üsulunun sxemi
Ümumi halda ( təsadüfi tezliklərdə) işıqlanan düzbucaqlı ( kvadrat ) müşahidə edilir. Tezliklər bərabərdirsə ekranda ellips, dairə və ya diaqonal üzrə düz xətt görünəcəkdir. Tezliklərin nisbəti tam ədədlərdirsə ( 2; 3 və s.) ekranda “səkkizvari” və daha mürəkkəb fiqurlar müşahidə olunacaqdır. Şaquli və üfüqi oxlar üzrə fiqurun kəsişmə nöqtələrinin sayları nisbəti, tezliklərin nisbətini təyin edir:
f0 / fx = ny / nx buradan (10.5)
Burada nx - x oxu ilə fiqurun kəsişmələrinin sayı, ny - y oxu ilə fiqurun kəsişmələrinin sayıdır. f0 – məlum tezlikdir. Nümunəvi tezlik kimi 50 Hs sənaye tezliyindən istifadə etmək olar.
Fransız alimi Lissaju ilk dəfə bu üsulla ölçmə apardığına görə bu üsulun digər adı Lissaju əyriləri üsulu adlanır. Şəkil 10.4 – də Lissaju fiqurları ilə tezliyin ölçülməsinə aid nümunələr göstərilmişdir:
|
| |