Cəbhədə yeni gərginlik: Azərbaycan əsgəri şəhid oldu
15.12.2015
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dekabrın 14-ü qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrin əsgəri Rəhimli Nihad İltifat oğlu həlak olub.
Rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri isə düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.
Partiya sədrinin qohumlarına hökm oxunub
15.12.2015
Sabirabad Rayon Məhkəməsi müxalif Xalq Partiyasının sədri Pənah Hüseynin 7 qohumunun işi üzrə prosesi başa çatdırıb. “Yeni Müsavat” qəzetinin yazdığına görə, dekabrın 14-də keçirilən prosesdə hökm oxunub. 2014-cü ilin avqustunda rayonun Qaraqaşlı kəndində baş vermiş davada, xuliqanlıq hərəkətlərində təqsirli bilinən İxtiyar Sərxoşova 3 il şərti cəza verilib. Sərxoş Sərxoşov, Adil Hüseynov, Vasif Hüseynov, Mansur Hüseynov, Qaşqay Hüseynov və Xalid Sərxoşov 2 il islah işləri cəzası alıblar. Qarşı tərəfdən təqsirləndirilən Rəsul Dəmirova da 2 il islah işləri cəzası kəsilib.
Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 1993-cü ildən sonra bir neçə dəfə həbsdə yatıb. 2005-2010-cu illərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.
Hökumətin elektron hökumət siyahısına 75 faiz əməl olunub
15.12.2015
Dekabrın 1-nə olan statistikaya əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi 462 xidmətdən 345-i “Elektron hökumət” portalına (2012-ci ilin aprel ayında istifadəyə verilib) inteqrasiya olunub. Bu, siyahıdakı xidmətlərin 75 faizidir. Transparency.az xəbər verir ki, statistik göstəricini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi açıqlayıb.
Elektron xidmət növlərinin siyahısını Nazirlər Kabineti 24 noyabr 2011-ci ildə təsdiq edib (Siyahı).
Azərbaycan nefti 63 sent ucuzlaşıb
15.12.2015
AZƏRTAC-ın 15 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin bir barreli dünya bazarında 63 sent ucuzlaşaraq 38,27 dollara düşüb.
Xəbərdə qeyd olunur ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,03 dollar bahalaşaraq 37,47 dollara, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 38,01 dollara satılır.
Azərbaycan nefti 63 sent ucuzlaşıb
15.12.2015
AZƏRTAC-ın 15 dekabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin bir barreli dünya bazarında 63 sent ucuzlaşaraq 38,27 dollara düşüb.
Xəbərdə qeyd olunur ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,03 dollar bahalaşaraq 37,47 dollara, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 38,01 dollara satılır.
Dövlət Sərhəd Xidməti noyabr ayına dair statistika açıqlayıb
15.12.2015
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi noyabr ayına dair statistika açıqlayıb. Transparency.az rəsmi məlumata əsasən bildirir ki, ay ərzində dövlət sərhədini pozan 40 nəfər saxlanıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən 1 nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşlarıdır.Nigeriya (Nigeria), Nigeriya Federativ Respublikasi (Federal Republic of Nigeria) - Gʻarbiy Afri-kada Gvineya qoʻltigʻi sohilida joylashgan davlat. Maydoni 923,8 ming km². Aholisi 129,93 mln. kishi (2002).
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 17 nəfər, Xəzər dənizində 50 nəfər saxlanıb.
Azərbaycan hüquq mühafizə orqanlarının axtardığı 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal saxlanıb.
Rusiyada separatizmə dəstək pasportları qüvvəyə mindi
15.12.2015
Rusiya vətəndaşlarının separatçı qurumların nəzarəti altında olan ərazilərə rahat gedib-gəlməsi, separatizmdən əziyyət çəkən dövlətlərin belə səyahətlərdən xəbər tutmaması üçün hazırlanmış qanun qüvvəyə minib.
Söhbət Rusiya vətəndaşlarının eyni vaxtda iki xarici pasport almasına imkan verən qanundan gedir.
Novator.az xəbər verir ki, dekabrın 15-də Rusiya prezidenti Vladimir Putin bu qanunu imzalayıb. Vladimir Vladimirovich Putin (rus. Влади́мир Влади́мирович Пу́тин (yordam·maʼlumot); (7-oktabr, 1952, hozirgi Sankt-Peterburg shahri) - Rossiya davlat arbobi. Rossiya Federatsiyasining ikkinchi va toʻrtinchi Prezidenti, sobiq Rossiya Bosh Vaziridir. Qanun Rusiyaya giriş-çıxış qaydalarına dəyişiklər haqqındadır. Putindən qabaq Rusiyanın Federasiya Şurası və Dövlət Duması dəyişikləri qəbul edib təsdiqləmişdi.
Dəyişiklərdə yeganə məqsəd rusiyalıların beynəlxalq aləmdə tanınmamış işğalçı qurumların nəzarəti altında olan ərazilərə gediş-gəlişini asanlaşdırmaq, işğala məruz qalan dövlətlərin isə belə səyahətlərdən xəbər tutmasını çətinləşdirməkdir. Hələ qanun hazırlananda onun müəllifləri bildirirdilər ki, Rusiya vətəndaşı hansısa dövlətdən ayrıldığını elan etmiş bir əraziyə gedəndə sonra həmin dövlətdən viza ala bilmir. Çünki onun pasportunda tanınmamış qurumun nəzarəti (işğalı) altındakı əraziyə səyahət etdiyi barədə qeyd olur. Ona görə də Rusiyada vətəndaşlara iki pasport almağa icazə verən qanun ortaya atılıb. Bu o deməkdir ki, Rusiya vətəndaşı, məsələn, Bakıya bir pasportla, işğal altındakı Xankəndinə isə başqa pasportla gedə biləcək. Azərbaycanın işğal altında olmayan ərazilərinə gəlib-gedəndə istifadə etdiyi pasportunda onun işğal altındakı ərazilərimizə də gedib-gəldiyi barədə qeydlər görünməyəcək.
Qanuna görə, ikinci pasport Rusiya vətəndaşlarına 10 il müddətinə veriləcək və bu pasport daha müasir, elektron informasiya daşıyıcılarına malik bir pasport olacaq.
|