Layihənin iqtisadi-texniki və geosiyasi əhəmiyyəti




Download 2.22 Mb.
bet12/31
Sana24.03.2017
Hajmi2.22 Mb.
#1252
TuriXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
8.Layihənin iqtisadi-texniki və geosiyasi əhəmiyyəti

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantı olaraq 102,3 km-i əhatə edir. Bu xəttin 26,3 km-i Gürcüstanın, 76 km-i Türkiyə ərazisinin payına düşür. Bununla belə, layihənin reallaşması üçün Gürcüstan ərazisində Marabda-Axalkalaki stansiyaları arası 154 km yolda reabilitasiya, tikinti-rekonstruksiya işləri aparılmalıdır. Bu layıhəyə həmçinin Gürcüstanın Axalkalaki stansiyasında vağzal və təkər arabacıqlarının dəyişdirilməsi kompleksinin tikintisi də daxildir. Eyni zamanda layihə çərçivəsində 4 stansiyanın, 16 körpünün və 5 yol ötürücüsünün, Türkiyə-Gürcüstan sərhəddində 4350 m uzunluğunda tunelin tikilməsi də nəzərdə tutulub. Qeyd olunmalıdır ki, yeni dəmir yolu xəttinin Qars-Axalkalaki hissəsinin inşası və Axalkalaki-Marabda hissəsinin reabilitasiya-rekonstruksiyası Beynəlxalq Dəmir Yolu İttifaqının (UIC) standartlarına uyğun həyata keçiriləcəkdir. Layihənin maliyyə tutumu 1,1$ trilyondan artıqdır. Onun 775$ milyonu Azərbaycan tərəfinin sərmayaləri ilə Gürcüstanın, 345$ milyonu isə Türkiyənin payına düşür [11].


Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun ümumi uzunluğu 825,0 km təşkil edir. Burada 503 km Azərbaycan, 244,5 km Gürcüstanın və 77,5 km Türkiyənin payına düşür. Dəmir yolu xətti tam istismara verildikdən sonra burada maksimal sürətin 120 km/s olacağı gözlənilir. Marşrut üzrə dəmir yolunda magistral rabitə xətti optik-lifli qurulacaq, dartmanın növü (elektrovozların qəbul etdiyi gərginliyin növü) isə dəyişən elektrik cərəyanı ilə təmin olunacaqdır [8].

Aşağıda Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun xəritəsi verilmişdir:





Download 2.22 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Download 2.22 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Layihənin iqtisadi-texniki və geosiyasi əhəmiyyəti

Download 2.22 Mb.