Sxem: Azərbaycanda qara metallurgiya sənayesinin perspektiv inkişaf sxemi




Download 0.53 Mb.
bet8/13
Sana25.03.2017
Hajmi0.53 Mb.
#2252
TuriXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13
Sxem: Azərbaycanda qara metallurgiya sənayesinin perspektiv inkişaf sxemi
Mənbə: Azərbaycan Respublikanın qara metallurgiya sənayesinin hazırkı vəziyyəti və inkişaf istiqamətlərı təhlil edilərək müəlliflər tərəfindən hazırlanmışdır.
Metallurgiya müəssisələrindən bəhs edərkən məhsul bazarları haqqında lazımi məlumat toplamaq vacıb məsələdir. Respublikada qeyri-neft sənayesinin inkişafı çərçivəsində böyük miqdarda polad məmulatlarından istifadə edən sahələrin sayının getdikcə artması qara metallurgiyanın inkişafı üçün əlverişli şərait yaradır. Buna ilk növbədə tikinti sektorunun inkişafı, böyükhəcmli infrastruktur layıhələrinin həyata keçirilməsi, maşınqayırma sənayesinin inkişafı kimi sahələr aiddir. Hazırda ölkəmızdə Qaradağ rayonunda istifadəyə verilmiş Bakı Gəmiqayırma Zavodunu polad istehsalının inkişafına zəmin yaradan sahə kimi nümunə göstərmək olar. İldə 70 min ton yük götürmə qabiliyyətinə malik 2 tanker və ya 15 min ton yükgötürmə qabiliyyətinə malik 4 tanker istehsal etmək gücünə malik bu müəssisədə il ərzində böyük həcmdə (təqribən 25-30 min ton) polad məmulatlarının (polad lövhə və s.) istifadə edilməsi zəruridir [14, 18].

Ölkə iqtisadiyyatının flaqmanı olan neft sənayesi böyük həcmli qara metal məmulatları istehlakçısıdır. Həmçinin respublikada müasir neft-kimya kompleksinin yaradılması istiqamətində işlərin aparılması nəzərdə tutulur. “Azərbaycan Polad İstehsalı Kompleksinin” müəssisələrində böyük ehtiyatlara malik dəmir filizindən göstərilən sahələrin tələbatına uyğun yüksək keyfiyyətli polad məmulatlarının istehsalının təşkili iqtisadiyyatımız üçün səmərəli olar.

Bununla yanaşı, enerji tutumlu qara metallurgiya müəssisələrində məhsullarının istehsalı zamanı yalnız daxili bazar nəzərdə tutularsa, bu proses müəyyən müddət cəlbedici görünsə də, bir müddətdən sonra məhsulun satış probleminin yaranması qaçılmazdır. Eyni zamanda, hər bir ölkə iqtisadiyyatı üçün vacib məsələlərdən biri də müxtəlif sənaye məhsulları üzrə idxalın azaldılmasına nail olmaqdır. Bu proses ölkənin sənaye potensialını artırmaqla yanaşı, eyni zamanda, valyuta axının qarşısını alır. Ona görə də respublikada fəaliyyət göstərən qara metallurgiya müəssisələrində əsas prioritet istiqamətlərdən biri də müxtəlif polad məmulatları ilə daxili tələbatı təmin etməkdən ibarət olmalıdır.

Aparılmış araşdırmalar göstərmişdir ki, il ərzində respublikaya böyük həcmdə, təqribən 200 çeşiddə qara metallurgiya sənayesi məhsulları idxal olunur. Ölkədən ixrac olunan eyni adlı məhsulların çeşidi və həcmi adətən xeyli az olur. Bununla yanaşı qeyd etmək lazımdır ki, sahə üzrə idxal olunan məhsulların bütün çeşidlərinin yerli istehsalını təşkil etmək bazar iqtisadiyyatı şəraitində iqtisadi cəhətdən səmərəli olmaya da bilər və bu təcrübə böyük həcmli polad məmulatları istehsal edən inkişaf etmiş ölkələrdə də mövcuddur. Lakin respublika qara metallurgiya sənayesinin müasir standartlara cavab verən məhsullar istehsal edərək daxili bazarı mümkün qədər təmin etmək və ixrac potensialını artırmaqla bu sahədə balansı respublikanın xeyrinə dəyişməsi məqsədəuyğun olardı.



Aşağıdakı cədvəldə Azərbaycanda 2008-2013-ci illərdə qara metallurgiya üzrə idxal və ixraca dair göstəricilər verilmişdir:



Download 0.53 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13




Download 0.53 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Sxem: Azərbaycanda qara metallurgiya sənayesinin perspektiv inkişaf sxemi

Download 0.53 Mb.